Nəzərdən keçirilən
sivilizasiyanın içərisində və ya ondan kənarda yer almasından asılı
olmayaraq, hər bir müəllifdə hadisələrə özünə məxsus yanaşma tərzi
əmələ gəlir. Bu və ya yekun nəticə ona daxili məntiqin gətirdiyi
inandırıcılıq vektorlarının qarşılıqlı təsiri ilə izah
olunur.
Hər bir tarixi dövrün öz xüsusiyyətləri var, hər tarixi hadisə
öz ilkin şərtlərinə malikdir və bunların birini digərindən ayırmaq
olmaz. Əks-təqdirdə tədqiqatçı mütləq subyektivizmə
uğrayacaqdır.
Şübhəsiz, türklər ta qədimdən müəyyən intellektual və emosional
keyfiyyətləri ilə fərqlənmiş və Altay hüdudlarını da elə bu
özəllikləri ilə adlamışlar. Şübhə yoxdur ki, məhz bu qabiliyyətlər
türklərin yeni ərazilərdə məskunlaşmasına şərait yaradırdı. Buna
müvafiq olaraq da nəhəng dövlətlər ərsəyə gəlirdi. Türklər özləri
üçün ictimai tərbiyə formasına çevrilən, çoxsaylı məziyyətlərə
malik davranış normaları işləyib hazırlayırdılar. Türk hələ
uşaqlıqdan dünya ilə ünsiyyətin prinsiplərinin məcmusunu əxz edir,
vaxt ötdükcə bunlar həyati davranış normalarına çevrir və yaşa
dolduqca bu dəyərlər refleks şəklində onun şüurunda möhkəmlənir.
Nəticədə genealoji olaraq beyin neyronlarında bütün toplananlar
yeni nəsillərə ötürülür.
Osmanlı, Rusiya, Britaniya imperiyalarının və dünyanın digər
güclü dövlətlərinin qarşıya qoyduqları əsas məqsəd idi. Osmanlı
imperiyasının son dövrlərini Avropada hətta "xəstə dövlət"
adlandırırdılar. Vaxtaşırı Çar Rusiyasının maraqları Böyük
Britaniyanın siyasəti ilə təzad təşkil etdikdə, ruslar osmanlılarla
yaxınlaşmaq istəklərini izhar edirdilər. Həmçinin də Osmanlı
imperiyasının Böyük Britaniya ilə və ya vassalı olan Misirlə və
özünün digər şərq qonşuları ilə münaqişə vəziyyətində olduğu
dövrlərdə türklər ruslarla ümumi dil tapırdılar. Və əksinə, Rusiya
Balkanlarda döyüşdüyü zaman ruslar və türklər düşmən mövqelərdə
olurdular. Bu zaman Osmanlı imperiyasını "xəstə dövlət "
adlandıranlar özləri onların müttəfiqinə çevrilirdi.
Bütün bunlar daha çox torpaq ələ keçirməyə can atan ölkələrin
real siyasətinin, regional imperializminin nəticəsi idi. Qeyd etmək
lazımdır ki, son dövrlər Osmanlı sultanları strateji səhvlərə yol
verərək öz ölkələrinə bunların üz verməsinə yol açırdılar.
İqtisadiyyatının modernləşdirilməsi, ölkəyə müasir Avropa
texnologiyalarının cəlb edilməsi, təhsilin və sənayenin inkişaf
etdirilməsi əvəzinə sultanlar imperiyanı diplomatik manevrlərlə
qoruyub saxlamağa cəhd göstərirdilər. Ölkə içəridən zəif, amma
xarici siyasəti baxımından güclü idi, lakin bu, osmanlıların
imperiyasını dağılmaqdan xilas edə bilmədi.
O cümlədən də Birinci Dünya müharibəsinin ilk günlərindən
rəqiblər Osmanlı imperiyasını özləri tərəfdən müharibəyə cəlb etmək
üçün mübarizəyə başladılar. Bu ölkəyə təsir etmək üstündə Antanta
ilə Avstriya-alman bloku arasında çoxdan gərgin mübarizə gedirdi.
"Gənctürklər" hökuməti Avropa ilə münaqişəyə getmək istəmirdi, ona
görə də Antanta ilə müharibədən çəkinirdi. Onlar həm ingilislər,
həm də bütünlükdə Antanta ilə ümumi dil tapmağa çalışırdlar, lakin
avropalılar Türkiyəni "xəstə dövlət" adlandıraraq, onun ərazisini
ələ keçirmək niyyətindəydilər. Türklər isə Almaniya ilə danışıqlara
başlamaq məcburiyyətində qalaraq, digər dövlətlərlə - Fransa,
İngiltərə və Rusiya ilə müharibədə onu dəstəklədilər.
Beəlikədə, 1914-cü il avqustun 2-də alman-türk ittifaqı barədə
müqavilə imzalandı.
1914-cü ildə Antanta rəhbərliyi Osmanlı imperiyasının paytaxtı
İstanbulu döyüşlə ələ keçirib, şərqdən hücum edən rus qoşunları ilə
birləşmək niyyətində idi. Müharibə başlayandan sonra Şərqi
Anadoluda erməni millətçi hərbi dəstələri fəaliyyətə başladı, onlar
müharibənin qızğın çağında erməniləri üsyana qaldırmaqla, Şərqi
Anadolunun ruslar tərəfindən asan ələ keçirilməsini təmin etmək
istəyirdilər. Bununla onlar Antantanın etibarını qazanaraq, türk
torpaqlarında monoetnik erməni dövləti quracaqlarına inanırdılar.
İş o yerə çatmışdı ki, Türkiyə hökuməti arxa cəbhədə erməni
təhlükəsini önləmək üçün ön cəbhədən bütöv bir diviziyanı geri
çəkməyə məcbur olmuşdu.
Müttəfiqlər ekspedisiya korpusunu Gelibolu yarımadasına
çıxarmağı planlamışdılar. Dardanelə nəzarət edən türklər düşmənin
fəaliyyətini minumuma endirə bildilər.
Türk ordusu Dardanel boğazının müdafiəsi üçün 20 diviziyadan
ibarət güclü qoşun qruplaşması yaratmışdı. Türklərin desant
əleyhinə müdafiəsi möhkəmləndirilmiş sahil məntəqələri və
batareyaları sisteminə söykənirdi. Antanta gəmilərindən açılan
güclü artileriyya atəşlərinin müşayiəti altında sahilə çıxan desant
dəstəsi qəhrəman türk əsgərinin çəsarətli müqaviməti ilə üzləşdi;
çətin şəraitdə müdafiə olunanlar düşmənin üzərinə dəfələrlə
hücumlar təşkil edirdilər. Bütün cəhdlərə və dənizdən düşmənə
dəstək verən artileriyya atəşlərinə baxmayaraq, desant qoşunları
Gelibolu yarımadasında irəliləməyə müvəffəq ola bilmədi. Döyüşün
elə ilk günlərində müttəfiqlər 18 min nəfər itki verməklə, cəmi
1-1,5 km. irəliləyə bildilər.
Qabatəpə burnu yaxınlığında sahilə çıxan avstraliyalılar
Cunukbayir yüksəklilərinə qalxmağa başlayanda polkovnik Mustafa
Kamal onları qabaqlamağa qərar verdi. O, şəxsən özü batalyonunu
piyada əlbəyaxa döyüşə apararaq, bütün diviziyanı ardınca çəkməyə
müvəffəq oldu. Döyüşdə 5 min nəfər itki verən avstraliyalılar
hündürlükdən geriyə, sahil kənarına oturduldular və elə orada da
möhkəmləndilər.
Polkovnik Mustafa Kamalın komandanlığı altında olan türk
qoşunları əsas möhkəmləndirilmiş mövqelərini müdafiə edə bildilər,
baxmayaraq ki, dənizdən ingilis-fransız donanması onları daim atəş
altında saxlayırdı. Çanaqqala döyüşlərinə qədər Mustafa Kamal artıq
iki müharibənin - 1911-12-ci illər italyan-türk, 1913-cü ilin
Balkan - iştirakçısı olmuşdu. Çanaqqala savaşında isə o, dəniz
boğazlarının müdafiəsində duran 1-ci ordunun piyada diviziyasına
komandanlıq edirdi. Gələcək marşal Gelibolu yarımadasının
ingilis-fransız desantından müdafiəsi zamanı şanlı türk əsgərləri
ilə bərabər göstərdikləri şücaətə görə böyük şöhrət qazanmışdı. Bu
təşkilatçılığına və igidliyinə görə sonradan 16-cı ordu korpusuna
komandanlıq ona tapşırıldı. Aramsız döyüşlərdə və xəstəliklərdən 25
min nəfərə qədər itki verən (türk qoşunlarının itkisi də təxminən
bu qədər olub) müttəfiqlər öz qoşunlarını (145 min nəfər, 400
artilleriya qurğusu) Gelibolu yarımadasından evakuasiya etməyə
məcbur oldu.
Müttəfiqlər öz qoşunlarını Geliboludan evakuasiya edərək, təcili
şəkildə Saloniki cəbhəsinə keçirdilər. Bir sözlə, Antantaya
boğazları ələ keçirmək nəsib olmadı. Türk xalqının qəhrəmanlığı
nəticəsində Çanaqqala döyüşlərində düşmən tamamilə uğursuzluğa
düçar oldu.
1916-cı il yanvarında türk xalqı İstanbulda Çanaqqala
müdafiəsinin qəhrəmanlarını qızğın alqışlarla qarşıladı. Göstərdiyi
igidliklərə görə Mustafa Kamal çoxdan layiq olduğu general-mayor
rütbəsini və "Paşa" titulunu aldı və xidmət sahəsində sürətlə
irəliləməyə başladı.