Yuxarı

Vanqanın dəhşətli Qarabağ proqnozu

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vanqanın dəhşətli Qarabağ proqnozu

Gələcəyi görmək marağı insanı hətta kor olmağa da vadar edə bilər. Ancaq "tələsən təndirə düşər" deyən toplumun bu qədər irəliqaçma istəyi də qəribədir, doğrusu. Məsələn, ata-anasının doğum tarixini bilməyən adamlar dünyanın dağıldığı günü saniyəsinəcən bilir. Ya da evlilik ildönümünü unudan kişi tarakanların və qaşqaldaqların qırılacağı günü sənə gözüyumulu deyər.

200 il ərzində Nostradamusun proqnozlarına gülən toplum sonda lobya şorbası bişirə bilməyən bir qocanın – Vanqanın öngörümlərinə sığındı. Əşşi, mən Vanqanı da tanıyıram, Elşad Xoseni də. Məsələ artıq qəlizləşib. Sizə 93-cü ilin yayından danışacam. Ağdam döyüşlərindən.

Atam müharibədən sonra danışırdı: "Ağdamın işğalından sonra 61 döyüşçü yoldaşımla meşədə azıb qalmışdıq. Yalnız bir yolla – aşağı dərənin yanındakı su borusunun içi ilə meşədən çıxa bilərdik. Ancaq borunun hansı tərəfdə olduğunu bilmirdik. Məcbur qalıb meşədə gecələdik. Elə gecə yarısı polkovnik Adışov qoca bir qadını gətirib bizi oyatdı. Dedi ki, bəs, bu kaftar bayaqdan bizi güdür, özü də kor olduğunu deyir". Arvad and aman eləyib ki, həqiqətən, kordur. Polkovnik bıçağı qəfildən onun gözünə yaxınlaşdırıb. Qoca tərpənməyib. "Kordu. Ancaq deyir ki, bizə yol göstərəcək. Müharibədən qabaq azərbaycanlı yeznəsi olub guya. Nəsə, mənim inanmağım gəlmir bu kaftara. Doğru yolu bilsəydi, burda nə iti azmışdı?" – deyib polkovnik. Hamı yorğun imiş, ölüm elə dincəlmək kimi bir şey olardı onlar üçün. Ona görə də heç kim etiraz etməyib.

Ancaq 61 döyüşçü başlarına gələcək fəlakətdən xəbərsiz idilər.

Nəsə bu kor arvad atamgilə yol göstərib ki, bəs, burdan gedin, düz dərənin üstünə çıxacaqsız. Onlar da gedib orda mühasirəyə, yəni kor arvadın tələsinə düşüblər. Şiddətli döyüş zamanı hər iki tərəf itki verib. Köməyə gələn çeçenlərdən də xeyli əsgər qırılıb. "Vanqa" döyüşdən əvvəl bir şey də deyibmiş atamgilə. Deyib ki, çıxın gedin evinizə. 50 ildən sonra Qarabağ Gürcüstana, Gürcüstan da Rusiyaya birləşdiriləcək. Qınamayın, sözdü də deyib, qoca arvaddı, göstərdiyi yolu ki gördük. Bizdə də öz ailəsini idarə edə bilməyən adamlar var ki, sovet divanında oturub Putin siyasətini tənqid edir, Rusiyanı Binəqədidən idarə edir.

İndi sözümü nəyə gətirirəm. Bu qədər texnoloji yeniliklərin olduğu bir dövrdə insanların xəyal aləmində yaşaması ağlasığmazdı. Bütün dünya bir addım qabağı görməyən bir arvadın sayıqlamalarına inanır. Ay qardaş, bu Vanqa evindəki tualetin yolunu tanımırdı, sənin torpağının taleyini necə bilsin?!
61 döyüşçünü uçuruma atan kor qadın indi 6 milyard insanı barmağına dolayıb. Bu da onu göstərir ki, son 20 ildə insanların təfəkkür gözü hələ də açılmayıb.

İndi insanların taleyini ulduzlar müəyyən edir. Birincisi, astroloji proqnozlar – ulduz falı. İkincisi də, şou ulduzları. Hər ikisi təfəkkürün anasını...

Yaxşı ki, bu Vanqa ölüb canını qurtarıb. Yoxsa, vallah, "Real Madrid"-"Yuventus" oyununun hesabını da soruşardılar ondan. Necə ki, Dünya çempionatında məsum, bədbəxt bir asminoqcığazın zəhləsini tökmüşdülər.

İndi bəla bu deyil e... Bəla bilirsiz nədir? Atam deyir ki, 61 döyüşçüdən biri hələ də o qoca kaftarın dediyi istiqamətdə su borusunu axtarır. Axtarırıq. Onsuz da, bizim gözümüzün yaşı onun-bunun bulağından gəlir.
Sitatın sonu: "Vanqa, sənin suların bulanıqdır".

Tarix
2015.05.12 / 11:00
Müəllif
Aqşin Evrən
Digər xəbərlər

Ağdərədə nələr baş verir? - Video

Ermənilərin başına bir milyard pul qoyduğu Pəncəli... - Video

Ramiz Rövşən: Əlimdən qan iyi gəlir...

Tarix: İmperiya idarə edən azərbaycanlı Aristotel - Video

Ölkəmizdə təhlükəli virus tapıldı: CONTEXT-21

Tarixi şans yarandı: Yeni səfərbərlik olmalıdır!

Azərbaycan xalqı yeni müharibəyə başlasın!

Laçınla 29 ildən sonra ölkəmiz üçün ilk yaşandı

Ermənilərin Qarabağdan apardığı qapı...

Ermənilər Ağdamda bu qalanı niyə dağıtmayıb? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla