Yuxarı

Paradın 10 dekabra salınmasının səbəbi

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həyatımızda barmaqla sayılacaq qədər az, amma çox mühüm – bizi biz edən Anlar olur. Elə bir an ki, ətrafında, gözünün önündə, Yerin üstündə, Göyün altında baş verən hər şey üçün şükr edirsən.

Tanrıya şükranlıqla dualar edirsən...

Hər şey üçün təşəkkür edirsən: Qarabağının hər qarışı üçün, Şuşan üçün, Laçının üçün, Kəlbəcərin üçün, qəhrəman Əsgərlərin üçün, qəhrəman yaralı Qazilərin üçün, qəhrəman Şəhidlərin üçün, Milli Qəhrəman Polad Həşimovun üçün, xınalı quzun Mübariz İbrahimovun üçün, qəhrəman generalın Hikmət Mirzəyevin üçün... və Bayraq Adam, Dövlət Adam, Millət Adam İlham Əliyevin üçün!

Müzəffər Ali Baş Komandanın üçün, Qarabağ Zəfərinin Müəllifi üçün, Ata vəsiyyətini qətiyyətlə və fədakarlıqla yerinə yetirən Böyük Oğul üçün, Əzəmətli Xilaskarın üçün Şükr edirsən!

Şeir kimi pıçıldayırsan, mahnı kimi zümzümə edirsən şükranlıqlarını...

Allahın özünə də şükr edirsən... Var olmasına... Başımızın üzərində olmasına... Qələbəmizə yardım etməsinə...

Hər şeyə, hər kəsə, Qələbəmizə yardım edən, kömək edək, dəstək verən Günəşə də, Yağışa da, Küləyə də... şükr edirsən!

Kəlbəcərdə və Laçında başı kəsilən kötüklərə görə də, alışıb-yanan evlərə görə də... şükr edirsən, dua edirsən, Kainatın bütün pozitiv enerjisini gözəl Vətənə səsləyirsən...

Bu gün, bax, belə bir gündür!

Bu gün Azadlıq meydanı illər sonra əzəmətli bir olaya şahidlik etdi: Zəfər Paradına...

Biz bu günü düz 30 il gözləmişdik. Bu 30 ildə çox acı çəkdik, ağrılarımız 300 ilə sığmayacaq qədər ağır oldu, dözülməz-çəkilməz oldu. Ruhumuzu qırmaq istədilər. Namusumuzla imtahana çəkib sındırmaq istədilər, öldürmək, yox etmək istədilər. Amma... bacarmadılar. Alnımızın ağı ilə, qolumuzun gücü ilə qazandıq Zəfəri. Müzəffər Ordumuz rəşadət qazandı, düşmən rəzil oldu...

Çox gözəl gündür. Əzəmət və Məhəbbət dolu gündür. Qalib olmaq nə gözəlmiş, İlahi! Düşməni məğlub etmək nə gözəlmiş, Ya Rəbbim! Ədalətli olmaq nə gözəlmiş!

Nə yazsaq, az; nə qədər yazsaq, az; nə qədər sevinsək, az!

Daha çox sevinək. Bir az da daha çox sevinək. Çünki haqq edirik. Haqqımızdır. 30 illik Ağrını 44 günə Dəmir Yumruqla yox etmək bilirsiniz nə deməkdir?! Biz o Dəmir Yumruq üçün nələrə hazır deyildik, nələrdən keçməzdik, nələrdən keçdik...

Biz 2783 nur üzlü igidimizi Qurban verdik. Bir hilal uğruna! Qarabağ uğruna!!!

Bu Yer üzündə alnı açıq, üzü ağ gəzə bilməyimiz üçün 2783 İgid Şəhid oldu. Qarabağ torpağı onların qanıyla islandı, daha da əziz, daha da doğma, daha da qiymətli oldu...

Bir sirrimi bölüşümmü? Mən indiyədək – bu günədək hərbi paradlara baxmamışam, dəvət olunanda da getməmişəm. Çünki içim sızlayırdı, baxa bilmirdim, gedə bilmirdim, çilik-çilik olurdum Qarabağsız hərbi paradlarda.

Amma bu gün Qəhrəman Orduma, Qəhrəman Ali Baş Komandanıma, Dəmir Yumruğa, Zəfər Paradına qürurla baxdım. Şükranlıqla, minnətdarlıqla, bəxtiyarlıqla, sevgiylə baxdım. Bu ölkənin vətəndaşı olmaqdan şərəf duydum.

Qələbə Paradı niyə məhz bu gün – dekabrın 10-da keçirildi? Dəfələrlə demişik ki, Prezident İlham Əliyev hər şeyi əvvəlindən sonunadək, ən incə detalınadək hesablayaraq ən doğru addımı atır. Bu günün mesajları təbii ki, var.

29 il öncə - 1991-ci ilin 10 dekabrında ermənilər Dağlıq Qarabağda qanunsuz “referendum” keçirərərək “müstəqillik” elan etmişdilər. İlham Əliyev Zəfər Paradını məhz 10 dekabrda keçirərək, 44 günlük müharibədə əldə edilən hərbi qənimətləri və Ordumuzun qüdrətini nümayiş etdirərək saxta erməni mifini darmadağın etdi, onların cəfəng “müstəqilliyini” tarixin zibilliyinə göndərdi, özü demiş, GORBAGOR etdi...

İlham Əliyev həm də Zəfər Paradı ilə yaralarımızı sağaltmaq istədi. Bizə nə qədər yaxın, içdən, doğma olduğunu bir daha nümayiş etdirdi.

O, bilir ağrılarımızı. 2783 Şəhidimizə necə yandığımızı, ağladığımızı. Qüssəmizi, kədərimizi görür. Bu Parad həm də ona görəydi ki, Qazanclarımızı, Uğurlarımızı, Böyüklüyümüzü, Nəhəngliyimizi, Gücümüzü görək. Çünki o, dərdimizi bildiyi kimi, dərmanımızı da bilir. Bizi necə sağaldacağını bilir...

İlham Əliyev, həmçinin, BMT qətnamələrini yerinə yetirdiyini bəyan etdi Zəfər Paradıyla. Dünyaya yönəlik bir vacib mesaj da bu idi: 27-28 il kağız üzərində qalan qətnamələr Azərbaycan Ordusunun qətiyyəti ilə gerçəkləşdirildi, beynəlxalq hüquq təmin edildi...

Zəfər Paradı həm də Qardaş Paradı idi: Azərbaycan və Türkiyə Prezidentləri Qələbə Paradını birlikdə izlədilər.

Zəfər Paradı böyük türk dünyasının açar ölkələrini də göstərmiş oldu. Azərbaycan-Türkiyə qardaşlığı bütün türk dövlətlərinə nümunədir. Çətin gündə mənəvi-siyasi dəstəyilə Türkiyə böyük qardaş duruşu sərgilədi. Eyni zamanda, Türkiyənin bölgədə və dünyada nüfuzunu bir daha bəlirlədi. Rəcəb Tayyib Ərdoğanın təkcə Türkiyə üçün deyil, bütün türk dünyası, Yaxın Şərq üçün əvəzolunmaz siyasətçi, dövlət adamı olduğunu təsdiqlədi. Son 20 ildə bütün nüfuzlu rəy sorgularında adı dünyanın siyasi liderləri arasında ilk onluqda gələn Ərdoğan Türkiyənin və türk dünyasının mənəvi sərvətidir. 1993-cü ildə işğal ərəfəsində Kəlbəcərdən mülki əhallini çıxarmaq üçün 2 helikopter göndərə bilməyən Türkiyə 2020-də dünya güclərinin qarşısına sinə gərdi, Azərbaycanın haqq savaşına kimsənin mane olmasına imkan vermədi, “babamın oğlu da gəlsə, güzəşt etmərəm” mövqeyini ortaya qoydu...

Daha bir ismarış: Şuşaya sancılan üşrəngli bayrağımız – Zəfərimizin Simgəsi Azadlıq meydanına gətirildi...

Ali Baş Komandanımız tərəfindən təltif olunan şərəfli zabit və əsgərlərimiz Azadlıq meydanında keçid etdilər...

İlham Əliyev dedi ki, Zəngəzur, İrəvan və Göyçə bizim tarixi torpaqlarımızdır.

Rəcəb Tayyib Ərdoğan dedi ki, Azərbaycan Ordusu dastan yazmağa davam edəcək...

Bu, o deməkdir ki, mübarizəmiz bitməyib, davam edir, qələbələrimizin ardı gələcək. Bu müqəddəs davada nə xoşbəxtdir, türkəm deyən, azərbaycanlıyam deyən...

Azərbaycanda yeni bir mərhələ başlayır: işğaldan azad olunan ərazilərimizə həyat aparmaq, tikmək, qurmaq, dirçəltmək...

Və... ərazi bütövlüyümüzü bərpa etmək!

Yəni Savaşımızın davamı...

Prezident İlham Əliyev gedəcəyimiz yolu nişan verdi!

Tarix
2020.12.11 / 22:56
Müəllif
Aynur Camalqızı
Oxunub
37 210
Şərhlər
Digər xəbərlər

Xankəndidə yaşanan mistika və Əliyevin eyhamı...

Bu gün Xankəndi Paradına Onlar da qatılacaq…

“Xocalı alınsın...” Niyə belə qarğımışdın, Qənirə?

Xankəndi, Xocalı, Ağdərə, Xocavənd artıq bizdədir!

Prezident nöqtə qoydu: Xankəndi də, Xocalı da…

Mehriban xanımın Laçında dediyi bu söz...

Ad gününü Laçın Gününə qatan Xanım…

Rasim Balayev nəyi “səhv” etdi ki…

Əliyevi əcnəbi jurnalistlərə sevdirən səbəb…

İlham Əliyev bu günü yaddaşımızdan sildi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla