Yuxarı

Düşmənə nifrəti Qarabağa sevgi ilə əvəzləyək

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tarixdə çox müharibələr olub. Haqlı-haqsız, ədalətli və ya ədalətsiz.

İbtidai cəmiyyətlərdə müharibələr ovçu-toplayıcıların, qəbilə və tayfaların mövcudluq şərti idi. Homo Sapiens öz dəstəsindən olmayan bütün özünə bənzər məxluqlarda həyat riski görürdü və “öldürməkdən başqa onlarla nə etmək olar” haqqında heç düşünmədən rast gəldiyi bütün özünəbənzərləri öldürürdü.

Daha sonrakı cəmiyyətlərdə müharibələr tayfaların ürəyib-artan üzvlərini kifayət qədər qida ilə təmin etmək, özünə bənzərlər tərəfindən artıq sahmana salınmış yeni yaşayış yerlərinə sahib çıxaraq həyatını daha rahat davam etdirmək cəhdləri ilə şərtlənirdi. Onlar üçün də öldürmək yenə də sağ qalmaq zərurətindən irəli gəlirdi.

Sağ qalmaq nə üçün zəruri idi? Daha sonrakı dönəmdə digər özünəbənzərlərin hücumlarından qoruna bilmək və öldürülməmək üçün. Sağ qalmaq isə yenidən müharibə etmək, yaşayış arealını genişləndirmək və daha geniş ərazilərdə daha çox qida mənbəyini əldə etmək üçün vacib idi. Bəşəriyyət beləcə qapalı dairə çərçivəsində özünün müharibələr seriyalarını bu günümüzə qədər davam etdirməkdədir.

Bütün müharibələrin hər iki tərəf üçün ümumi olan və tarix boyu dəyişməyən cəhətləri var - itkilər, məhrumiyyətlər və onlardan doğan nifrət. İnsan itkisi, torpaq itkisi, sərvət itkisi və s. düşmənə nifrəti gücləndirir və bir müharibə başa çatmamış insanları yeni müharibəyə kökləyirdi. Qazananlar qənimətlərini əllərində saxlamaq, məğlublar isə itirdiklərini bərpa etmək üçün yenidən savaşmalı olacaqdılar.

Məğlublar həyatı ilə birlikdə həyatı davam etdirmək üçün zəruri olan hər şeyini itirirdilər. Qaliblərin də nəsibi məğlubların taleyindən çox fərqlənmirdi. Onların da itkiləri olurdu. Bütün dövrlərdə hər bir qalibiyyət qan bahasına əldə olunub. Müharibə qalibiyyətlə yekunlaşsa belə, yaxınlarını müharibədə itirən qaliblərin də nifrəti tükənmir, əksinə nəsildən-nəsilə keçərək davam edirdi. Beləcə qalibiyyət də daha sonra rahat yaşamaq və bir daha itkilərlə üzləşməmək, nifrətdən uzaq və xoşbəxt həyat yaşamaq anlamına gəlmirdi.

Bugünkü müharibələrin məqsədi, qaydaları və nəticələri çox fərqlidir. Amma ibtidai dünyanın müharibələrini müşaiyət edən və hər iki tərəfin nəsibi olan ölüm, məhrumiyyət və itkilər müasir müharibələrin də ayrılmaz atributları olaraq qalmaqdadır.

Lakin yeganə bir fərq var – tərəflərdən yalnız birinə nəsib olan Zəfər xoşbəxtliyi. Bu gün o sevincin və o xoşbəxtliyin həmişəlik sahibi Azərbaycan xalqıdır. Ölkənin baş meydanında keçirilən Zəfər Paradı - qalib Ordumuzun düşmən üzərində tam və birdəfəlik Qələbəsinin tərənnümüdür.

Zəfər Paradı ümumxalq həmrəyliyimizin təcəssümü və düşmənə qarşı yumruq kimi birləşmiş bir xalqın müqəddəs vətən sevgisinin təzahürüdür. Zəfər yalnız qalib xalqın alnına və birdəfəlik yazılır. İtkilərimiz olsa belə, Ali Baş Komandanımızın rəhbərliyi altında yenilməz Ordumuzun qazandığı Möhtəşəm Zəfər xalqı nifrətə yox, qurub-yaratmağa, xoşbəxt həyata səsləyir. Bu Zəfərdən sonra düşmənə nifrətimizi Qarabağın hər addımına sevgimizlə əvəz edəcəyik, bütün gücümüzü gələcək nəsillərin daha xoşbəxt və daha firavan yaşamasına yönəldəcəyik. Zəfər Paradı yalnız zəfərlərlə davam edəcək Yeni Həyatın başlanğıc addımıdır. Bu addımlar xalqımıza yeni və daha parlaq zəfərlər gətirəcək.

Zəfər Bayramınız mübarək!

Tarix
2020.12.11 / 12:11
Müəllif
Cavanşir Feyziyev
Şərhlər
Digər xəbərlər

Bakının II Müttəfiqlik Sazişi: daha bir türk ölkəsi ilə…

Qarabağın azad olunması sonuncu aşırım idi

Laçında yeni həyat

Dağlarda qalamız Kəlbəcər

Orda yalnız ruhlar uçuşurdu...

Bakıya qarşı növbəti təxribat: Kin səfirdən təlimat alıb

Azərbaycanda “boz zona” birdəfəlik ləğv edildi

Heydər Əliyev Azərbaycan xalqının həyatının hər günündə var

Gənclik öz tarixi missiyasını ləyaqətlə yerinə yetirdi

20 Yanvar – qanlı, amma şərəfli bir tarix

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla