Yuxarı

Oqtayın bu davranışı məni heyrətləndirmişdi

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən Oqtay Əliyevin yaxşı insan olduğunu nədən bilirdim!? Dilarə Əliyevanın gözlərindən. Efirdə, səhnədə, kameralar önündə yox, tamamilə fərqli ortamlarda, makiyajsız, dress-kodsuz durumlarda, məişətdə, kulislərdə...

Çox xoşbəxt idi Dilarə. Gözlərinin içi gülürdü. Yalandan gülümsəmək olur, hətta gülmək də. Amma gözlər heç vaxt bu saxtakarlıqda iştirak etmir. Göz satır sahibini. Dilarəninsə gözlərinin içi gülürdü və mən həmişə onu görəndə Oqtayı xatırlayırdım. Çünki bir qadının gözlərinin içindən gülməsi, gülümsəməsi mütləq və mütləq bir Kişinin əsəridir. Özü də şah əsəridir.

Oqtay bizim nəslin intellektual, istedadlı, vətənpərvər və işıqlı insanlarından biri idi. Son dərəcə həssas və nəzakətli idi. Bir neçə dəfə eyni verilişin qonağı olmuşduq. O qədər nəcib və dostanə davranışını görmüşdüm ki, heyrətlənmişdim yaxşı mənada. Hətta veriliş bitəndə qapıyadək ötürüb sağollaşmağı unutmamışdı. Halbuki özü də qonaq idi...

İndi mən bilirəm ki, Dilarəyə necə ağırdı. Sadəcə, həyat yoldaşını yox, sözün əsl mənasında, ömür-gün yoldaşını, dostunu, sevgilisini, həmkarını itirib və bu son dərəcə ağır itkidir. Yeri heç vaxt dolmayacaq ağır itki. İnsan hər zaman bir yanını boş hiss edir. Dilarə Əliyeva həyatının dolu, dopdolu tərəfini itirdi. Alışılması çox çətin olan durumdur...

Allah səbir versin!

Tarix
2023.03.24 / 14:39
Müəllif
Aynur Camalqızı
Şərhlər
Digər xəbərlər

İlham Əliyev bu günü yaddaşımızdan sildi...

Ramiz Novruz evindən, Azər Paşa Azdramdan?..

Niyə Türkiyədə ermənilərə uduzuruq?!

Ermənidən sifariş alan nankorlar...

O məşhura təklif etdik: Saçını kəs, başlayaq…

Onları bir də bu cür görə biləcəksinizmi?

Ermənilər “Valday”da Putini ələ alır, biz “qafiyə” tuturuq

İlham Əliyevin Mehriban xanıma möhtəşəm hədiyyəsi

"İntim video" testi: üzüağ çıxdıqmı?

Nə istəyirsiniz? Nikolun Şuşada yallı getməyini?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla