Yuxarı

Cerablus: Ankaranın siyasətində böyük dəyişiklik

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Cerablus uğrunda əməliyyatlara başlaması Ankaranın Yaxın Şərq siyasətində ciddi dəyişikliklər etmək niyyətindən xəbər verir.

Bu sözləri Axar.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu deyib. Analitik bütün bunların, xüsusilə, ABŞ-ın ikinci adamı Co Baydenin Türkiyə səfəri və Avropa Birliyinin 39 günlük fasilədən sonra Türkiyəyə nümayəndə heyəti göndərməsi fonunda baş verməsinə diqqət çəkib:

"Türkiyənin uzun müddətdən sonra birbaşa müdaxilə qərarının ciddi səbəbləri var. Birincisi, Türkiyəni daxildən sarsıdan terrordur. Ölkədəki terror aktları Suriya ətrafında gedən proseslərlə sıx bağlıdır. Yəni burada daxili - FETÖ-ya qarşı mübarizə faktoru rol aldığı kimi, xarici - Türkiyənin Suriya ilə bağlı Rusiya və İranla əldə etdiyi son razılaşmalar faktoru da var. Ancaq bu mübarizədə hədəf yalnız İŞİD deyil. Bunu həm ABŞ, həm də Suriya məsələsində maraqlarını uzlaşdıran Rusiya və İran yaxşı bilir. Hədəfdə kürd silahlı qruplaşmaları da dayanır.

İkincisisi, sərhəddə təhlükəsizliyin təmini üçün Cerablusun strateji əhəmiyyəti böyükdür. Suriyanın potensial Əfqanıstana çevrilməsi fonunda Türkiyənin Pakistanın rolunu üstlənəcəyi perspektivi baxımından sərhəddə nəzarət bölgəsinin yaradılması birbaşa dövlət təhlükəsizliyi məsələsi olaraq qiymətləndirilə bilər".

İraqda peşmərgə gücləri tərəfindən Mosulun hədəf seçilməsinin hərbi müdaxiləyə alternativ yol qoymadığını deyən ekspert son günlər Aralıq dənizinə çıxış əldə etmək üçün nəzərdə tutulan "kürd zolağı" məsələsinə də toxunub:

"Əminliklə söyləmək olar ki, başlıca hədəf Membiçin YPG-nin nəzarətində olmasını və Türkiyənin qırmızı cizgisi sayılan Fərat çayının qərb sahilinin bu güclərin əlinə keçməsini əngəlləməkdir. Türkiyə haqlı olaraq hər hansı bir "kürd zolağı"nı istəmir və hazırkı hərbi hərəkat da bunu əngəlləməyə yönəlib. Bütün bu səbəblər Türkiyəni istər Suriya, istər İraqda daha aktiv fəaliyyətə təhrik etməkdəydi".

V.Zifəroğlunun sözlərinə görə, son bir neçə ayda dəyişən şərait bu gün Türkiyənin Suriyaya hərbi müdaxiləsinə münbit zəmin yaradıb:

"ABŞ və Türkiyə arasında İŞİD-lə bağlı qeyri-müəyyənliyin digər səbəbi də PYD, PKK faktoru ilə bağlı idi. Qərbin bütün israr və təzyiqlərinə rəğmən, Türkiyənin PYD-İŞİD qarşıdurmasında seyrçi mövqedə dayanması doğru idi. Amma sonra sərhəd bölgələrdə nəzarətin getdikcə kürd silahlı qruplaşmalarının əlinə keçməsi ilə cənub-şərq bölgəsində yeni silsilə terrorların yayılması vəziyyəti dəyişdi. ABŞ və Türkiyə arasındakı fikir ayrılığı da əsasən kürd faktorundan qaynaqlanır".

Analitik hesab edir ki, dəyişən şərtlər Amerikanı da Türkiyəyə münasibətdə müəyyən zəmanətlər verməyə məcbur edib:

"Avropada son bir ildə əsdirilən terror havası ABŞ-ı hər zaman müdafiə etdiyi kürd qruplaşmalarının maraqlarını tam olmasa da, müəyyən mənada qurban verməyə vadar edib. Baydenin Ankaradan Fəratın qərb hissəsi ilə bağlı verdiyi mesajdan bir neçə saat sonra Bərzaniyə yaxınlığı ilə seçilən media orqanlarında YPG qüvvələrinin həmin məntəqələrdən çəkilməsi ilə bağlı xəbərlər yayıldı. Hər halda Suriya məsələsində başından fikir ayrılıqları içində olan bu iki müttəfiq ölkəni yenidən bir araya gətirən şərtlər oldu və İŞİD sadəcə bu şərtlərdən biridir. Türkiyə heç vaxt Suriyaya girməyə tələsmədi. Çünki Ankara İran və Rusiya faktorlarından dolayı bunun nəticələrinin ağır olacağını bilirdi. Lakin hazırda şərtlər dəyişir. Rusiya artıq rəqib deyil, İranla da Suriya məsələsində müəyyən razılıqlar mümkündür. Ən azından nə rəsmi Tehran, nə Ankara, nə də Moskva heç bir halda Suriyanın bölünməsinin tərəfdarıdır".

V.Zifəroğlu Türkiyənin Cerablusda başlatdığı hərbi əməliyyatların üç vacib nəticəsindən də söz açıb:

"Birincisi, faktiki olaraq Suriya hava sahəsi türk şahinlərinin üzünə açılıb. Əslində, tam 9 aydır ki, Suriyada oyundankənar vəziyyətə düşən Türkiyə bu gün Cerablus əməliyyatı ilə təkrar meydanlardadır. İkincisi, Türkiyənin Əsədlə bağlı sərt siyasəti artıq yumşalır, Ankaranın baxış müstəvisi dəyişir. Üçüncü nəticə isə kürd qruplaşmaları ilə bağlıdır ki, bu da öz növbəsində Türkiyənin birbaşa maraq dairəsində olan Suriyanın şimalına öz təsirini göstərəcək. Türkiyə uzun müddətdir ki, prioritet elan etdiyi təhlükəsiz bölgəni bu vasitə ilə formalaşdıra bilər. O ki qaldı PYD-yə, onlar ya Amerikanın çəkdiyi sərhədlər daxilində hərəkət edəcək, ya da yeni istiqamətlərə yönələcəklər. Bu, ilk növbədə özünü Rakkada göstərəcək. Əgər YPG qüvvələri bu bölgəyə toplaşarsa, bu, o anlama gələcək ki, "kürd zolağı" məsələsində Rusiya və ABŞ Türkiyənin gözlədiyi yöndə razılığa gəliblər".

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Cerablusun İŞİD-dən azad edilməsi üçün "Fərat qalxanı" adlı genişmiqyaslı hərbi əməliyyata başlayıb. Əməliyyatlar nəticəsində Türkiyə Silahlı Qüvvələri Cerablus qəsəbəsini İŞİD-dən geri alıb.

Tarix
2016.08.26 / 08:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla