Hər kəsin bir alın
yazısı, tale yolu, iç dünyası var. Bu iç – məhrəm dünyaya o tale
yolu ilə, alın yazısı ilə varmaq olar. Bəzən üzündən, səsindən
xoşbəxt olduğu görünən birisinin daxilinə nüfuz etdikdə onun heç də
göründüyü kimi olmadğının fərqinə vara bilirsən.Gözlərin qəlbin
aynası olduğunu deyənlər heç vaxt yanılmayıb.Bu, belədir.Göz insanı
ələ verə bilər.
Onu ər evinə aparan qatar
İndi yazdıqlarımın bəlkədə lahiyəmizinbu qəhrəmanına elə də
aidiyyəti yoxdur. Amma onunla, tanınmış şairə Fərqanə Mehdi ilə
sevgi etirafı layihəsində söhbətə gedərkən, ürəyimdən nədənsə bu
hislər keçdi…
- Qız, yol üstəsən, deyəsən, - dedim salamlaşdıqdan
sonra.
Həmişəki gülüş, sevincli, şaqraq səs və gözlərinin kənarına
düşmüş xırda, nəzərə çarpmayacaq qədər gizlənmiş qırışlar boy
verdi:
- Salam, xoş gördük, düz deyirsən, yol üstəyəm. İstəyirəm məni
ərə - ər evinə aparan qatara minib rayona gedim. Gədəbəyə…
- Sevgi etirafı edərsən? Yazacam ha…
- Boy, buna görə gəlmişdin? Harada verəcəksən? "Axar"da?.. -
Yenədə bəxtəvər gülüş və bu gülüşün hələ sirayət etmədiyi bir qədər
uzaqlardan boylanan baxışları: - Mən çiddi yazaram...pesiman da
deyiləm...qatar ən gözəl sərnisin nəqliyyatidir. Sən də nə olsa
yazacaqsan indi?
- Hə, Axar.az-da verəcəm. O qatar yadına haradan
düşdü?
- O qatara minmək istəyirəm ki, 1987-ci ildə məni qucağına alıb
Gədəbəyə apardı...Adamlar qatarla evinə, esiyinə, dərdinin-odunun
dalınca gedirdi. Kimi toya, kimi yasa, kimi də… Mən isə o qatarda
ƏRƏ gedirdim...
- Biletini özün aldınmı heç olmasa, yoxsa nəvələrinin
babası qabaqcadan sifariş vermişdi? Niyə gəlmədilər
qapınıza?Gədəbəydən Salyana yol rahatdır, üzü aşağıdır.Yoxuşu,
dikdiri yoxdur.
Anam da qosulub qaçıb
- Bildim ki, atam verməyəcək. Onun şeir sevən olduğuna
aldanmışdım.Amma anama demişdim...
Məni daga göndər, ay nənə,
Çiyələyə döndər, ay nənə...
Rəhmətlik anam heç razı deyildi, uzaq oldugu üçun.Anam atama
deyibmiş.Atam da dedi, səni agıllı qiz bilirdim. Fikirləşirdim ki,
sevmək ağılsızlıqdırsa, atamla anam bir-birini sevib
evlənmisdilər...Xoşbəxt idilər axı.
- Yəqin anan tərəf atanın kasıblığını üzünə vurubmuş.
Kişi kasıbçılığın acısını çəkibmiş..
- Anam deyərdi ki, atangil çox kasıb idilər. Mən də bəy qızı
idim...Məni ona vermirdilər.Mən də hər gün qaçıb gedirdim Kürün
qıragında otururdum.Gözləyirdim ki, Kürun o tayından atangilin
itləri hürsün, o səsi eşidim. Bilirsən, anam da qoşulub gedib kasıb
atama… Elə xoşbəxt yasadılar ki…
Mən də anam kimi etdim
- Amma səni sevənlər də az olmayıb. Kasıb olduqlarına
görə getmədin?
- Mən varlı, kasıb yox, məni sevəni yox, şeiri sevəni
arzulayırdım...
İlqar da məni televizorda görüb vurulmusdu...şeir
deyirmişəm...Həyat məni sınaqlarındankeçirdi.Hələ imtahanlar sonra
olacaqdı.Mən də anam kimi etdim. Həyatımı Aga Laçınlının "Qırmızı
sap bagla sən barmagıma. Mən onu sayaram nisan üzüyü"... şeiri
üzərində qurdum.
Bilmirdim göz nədi...gözəllik nədi
- Demək, İlqarın şeir vurğunu olması səni
ovsunladı.
- Təkcə şeir vurğunu olması yox. O, məni bəyənmişdi, şeiri də
sevirdi. Mənə Kəlbəcərdən bir şair elçi düsmüsdü. Şəklimi qəzetdə
görüb şeir yazmısdı:
Sənin gözlərinə şeir yazmaram,
Dünyanın yarısı sənə vurular.
Sən mənim evimi elə yıxmadın
Allah özü tikə, çətin qurular...
Mən bir qız istərəm, kasıb daxmamı
Özünə möhtəşəm bir saray bilə.
Tək mənim məhəbbət çeşməmdən içə
Sısqa bulağamsa, coşqun çay bilə.
O, çox şeir yazmısdı kənd ünvanımıza.
- Kəlbəcərli şairə qədər səni sevən olmadı
heç?
- Ondabilmirdim ki, göz nədi...gözəllik nədi.Kəndimizdə orta
məktəbdə və sair.İş stajı toplamaq üçün pambıqtəmizləmə zavodunda
işlədim.Orada bir oglan elçi düşdü mənə.Getmədim ona.Arzularımın
dalıyca gedəcəkdim o vaxt, ərə yox.O mən ailə quran gündən rayonu
tərk edib...Tümenə qardaşının yanına gedib, elə qaldı orada…
O şair dəlixanada dünyasını dəyişdi
- Eşitdim hansısa şair sənə 12 vərəq dəftər dolusu şeir
yazıb…
- Kəlbəcərli Elman Əzizoglu.Allah ona rəhmət eləsin...o zaman
Kəlbəcər şairləri ilə deyişirdim. Bəhmən, Sücaət, Əyyub və Yaqub
Cabbarov qardrdasları. O şair dəlixanada dünyasını dəyisib
dedilər...Eşidəndə çox pis oldum.
Ogulsan ay Elman, di yaşa indi,
Bir Fərqanə adlı yalandan sonra.
Belə yazmışdı o…- deyib, sonra onun bir neçə şeirini də əzbərdən
deyir. Sonra öz yazdığından söyləyir:
Sən mənim bəxtimə dogan bir günəş
Sən mənim ömrümə gün olacaqsan.
Qalıb ürəyimdə arzu da, kam da,
Bəs nə vaxt arzuma tən olacaqsan?
Taleyin hökmüdü; ya bahar, ya qış
İstəsən könlümün oduna qarış
Kim bilir bəlkə də alnıma qırış
Saçıma vədəsiz dən olacaqsan..
Şirin bir arzuya dönə xəyalın.
Kaş ki gözlərimdə gülə vüsalin.
Qaçardım yoluna ayagıyalın
Bilsəm ki qismətim sən
olacaqsan...
Bu mənim İlqara yazdigim ilk sevgi seirimdi…
Şerin üstündə danladı
- İlqarı gözə gətirəcəksən.Qorxmursan onu bu qədər
tərifləyəsən, əlindən alalar?
- Heç kəs onu məndən ala bilməz.Şeirlə İlqardan başqa nəyisə
gözümdən sala bilərlər.Alın yazımdı. Düzdür, çətin ömür
yaşadıq...Şerin üstündə danladı məni, bəlkə hiss etdi ki, şeiri
ondan bir balaca çox sevdim.Amma onu da balam qədər sevdim.Əslində,
yazar elə yazarla evlənməlidi.Şairin şerinin kitabının tozunu
yalnız şair ala bilər.Kaş İlqar başqa qızla evlənəydi.
- Niyə? Yaxşı arvadlıq edə bilmirsən, yoxsa o sənə olan
diqqətini nəvələrinə ayırıb, bəlkə…
- Niyə, evdə hər şey normaldır. O da sadə, zəhmətkeş insandır.
Ailəcanlı, balalrını sevən, şeiri, musiqini sevən. Mən elə bilirəm
ki,ona vaxt ayıra bilmirəm..
Hələ də o məktubu gözləyirəm
- Sənə ilk sevgi məktubunu yazan kim olub?
- Mən hələ də o məktubu gözləyirəm.O məktub cavabsız qalıb,
gözlədiyim məktub yazılmayıb, əgər yazılsa, o məktubu alsaq və
cavablandırsaq, onda qələmi yerə qoyarıq...eləqoy gözümüz yolda
qalsın.
- Ən çox kimi düşünürsən?Heç fikirləşdinmi gədəbəyli,
yaxud kəlbəcərli gəlini olmaq haqda?
- Bilirsən, onda Kəlbəcər mənə çox uzaq idi. Elə bilirdim qız
qonşuya, qohuma ərə gedər. O zaman uzaq bilib Kəlbəcəri
seçmədim...Amma qismət var, daglar vurgunuydum.Salyanın balaca
təpəsinin üstünə çıxıb 500 km aralıda olan İlqarınişan aldım.
- İlqar hədəfə necə gəldi?
- Hədəfə mən gəldim. Düz 27 il bundan qabaq mindim qatara…
Dedi kasıbıq, uzaq yol… Ürəyim ağrıdı
- Qaçırtdı səni?
- Hə, dedi kasıbıq, uzaq yol… Ürəyim agrıdı...mən də bir qız
usağı.Onda biz qızlara brilyant almasalar,ərə vermirdilər.Həm də
İlqarın təhsili yox idi.
-Heç verməzdilər?
- 1987–ci ilin 16 avqustunda toyumuz olub, - deyir və birdən
yenə də şirin-şirin gülür. A-a, Allahın məni danısdırmağına bax e,
qurban olaram.Hə atam deyirdi ki,ali təhsili olmayan adama səni
vermərəm.O vaxt oxumuş oglan deyirdilər.
Hələ qonşumuzda bir oglanı da danlamışdı ki, sən qızımın adını
tutma.Oglan da gedib "07" almısdı ki, mənim diplomum yox, maşınım
var.
Yenə də şirin, uzaq illərin xoş xatirələrini bu günə
çiləyən gülüş. Bir qədər fikrə gedib sonar
dillənir:
- Fərqanəni nə maşın, nə var dövlət ovundura bilərdi.Təkcə
şeirdən başqa.Amma İlqardan sonra bildim ki, diplom şərt
deyilmiş.Ziyalılıq insanın qanında, canıda olur.İndi də İlqarın
məktublarını saxlayıramvə elə bil onları o vaxt oxumamışam.Bəlkə də
bu gün tamam başqa adamam, o məktubları da tamam başqa adam yazıb.
İlqar və mən başqalaşmışıq.
- Eşittmişəm, pambıq zavodunda işləyəndə başqa elçi
düşənin də olub axı?
- Məcnun idi adı. O da gedib Özbəkistanda ali məktəbə
girdi.Fərqanə şəhərində oxudu.Əslində sevdiyinə adamı nə var, nə
dövlət, nə maşın, nə diplom verir.Adamı istəyinə Allah
qovuşdurur.Qisməti Allah yazır.
Adamı ərə ata-ana vermir, Allah verir…
- Razısan qismətindən?
- Taleyimə qismətimə min şükür.Oglum, qızım, nəvələrim.Mərd,
agıllı, qururlu, zəhmətkeş həyat yoldaşım.Mən Təbriz şəhərində
əməliyyat olunanda onun göz yaşlarını görəndə...bir daha hiss etdim
ki, sevgi nə rəngdə olur.Laqeyd, soyuqqanlı xüsusiyyəti var,
sevgisini heç vaxt büruzə verməz.Amma ürəyində tam başqa
insandır.Bir dəfə bunlarıfikirləşə-fikirləşə qatara bilet
alırdım.Bilet əlimdə islandı, ağlayırmışam.8-ci kassada tələbə
yoldaşım Zabitə idi bilet satan...- Ay Fərqanə, sənsən? O,vaxt
İlqar dilindən düşmürdü, – dedi.Dedim, hə, Zabitə, hə. Dilimdəki də
odur, ürəyimdəki də.Ürəyim doludur. Faiq, çox arzularım ürəyimdə
qaldı... Adamı ərə ata-anası vermir, Allah verir…
Fərqanə xanımın sevgi etirafına son qoyuram. Məncə, oxucu onun
əbədi və əzəli sevgisini şahidi oldu…