Yuxarı

“Ukrayna Rusiyaya qarşı radikal addım atmayacaq”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Ukrayna Rusiyaya qarşı radikal addım atmayacaq”

"Faktiki olaraq bu gün Ukraynada qalib gələn tərəf Qərbin dəstəklədiyi və Maydan hərəkatının katalizatoru rolunu oynamış qüvvələrdir".

Bunu Axar.az-a açıqlamasında politoloq Vüqar Zifəroğlu Ukraynada hakimiyyət dəyişikliyini və Krım məsələsinin yenidən masaya yatırılmasını şərh edərkən deyib.

Onun sözlərinə görə, əslində Qərb Ukraynaya dəstəyini artırmağa ona görə məcburdur ki, Rusiyaya qarşı alternativ qüvvə kimi çıxan elə özü oldu:

"Qərb Ukraynanı Maydanda Rusiya ilə qarşıdurmada tək qoymayacaq. Ukraynadakı iqtisadi vəziyyət heç də o demək deyil ki, Qərb tam şəkildə problemin həlli üçün şərait yaradacaq. Ən azı ona görə ki, Rusiyaya qarşı tətbiq ediləcək sanksiyalara Moskvanın cavabı Qərbin özünün də iqtisadi vəziyyətini xoşagələn etmir. Bu gün Qərbin də kifayət qədər iqtisadi problemləri var. Bundan əvvəlki iqtisadi böhranda Qərb bunu öz üzərində çox ciddi hiss etdiyindən prosesə ciddi yanaşır. Qərb mümkün olan qədər çalışacaq ki, Ukraynaya yardım etsin. Amma bu dəstəyin ölkəni mövcud durumdan çıxaracağı ilə bağlı suala gəldikdə isə hesab edirəm ki bu, bir o qədər asan olmayacaq. Belə bir vəziyyətin iddia edilməsi sadəcə gülüş doğura bilər. Rusiyadakı seçkilərdən sonra ola bilsin ki, Qərb daha aktiv mövqe sərgiləsin".

Politoloq Ukraynada bugünkü seçkilərin əsasının Maydan hərəkatındakı olaylardan irəli gəldiyini bildirib:

"Məhz Maydan hərəkatındakı qüvvələr bu gün qələbələrini leqallaşdırdılar. Buna görə də Avropa və ABŞ Ukraynaya tərəf müəyyən adekvat addımlar atmaq məcburiyyətindədir. Rusiya ilə qarşıdurmada isə təbii ki, bu qələbə yeni fazaların açılmasına imkan verəcək. Versiyalar müxtəlif ola bilər. Yeni hakimiyyət nə dərəcədə Rusiya ilə danışıqlar masasına oturmağa razılaşacaq? Şərqi Ukraynadakı vəziyyət göz qabağındadır, hələlik arxa planda olan Krım məsələsi gec-tez masaya yatırılmalıdır. Çünki Ukraynanın Krımdan asanlıqla əl çəkməsi inandırıcı deyil. Şərqdəki vəziyyət ortada ola-ola Rusiyanın Krımı müzakirə predmetinə çevirməsi inandırıcı deyil. Bu, Ukrayna-Rusiya və Ukrayna-Qərb münasibətlərində yeni fazaların ortaya çıxmasına təkan verəcək. Proseslər hələ ki bir müddət indiki sürəti ilə davam edəcək. Nə Ukraynada yeni hakimiyyət Rusiyaya qarşı demarş siyasəti yürüdəcək, nə də ki, bunun üçün bir potensial var. Bu gün Ukrayna tərəfindən Rusiyaya qarşı kəskin, radikal addımların atılacağı ilə bağlı iddialar isə mübahisəlidir".

Tarix
2014.10.28 / 21:29
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

WUF13-də BMT və Azərbaycan bayraqları qaldırıldı - Video

Bakı Forumundan gözləntim budur - Tonqva

2030-cu ilə qədər hər gün 96 min ev… - Qarnaqa

İlham Əliyev Oljas Süleymenovu təbrik etdi

Britaniya şirkətləri Azərbaycanda buna yardım edir

Vuçiç Azərbaycana gəldi - Foto

Türklər müraciət etmişdi, Tramp isə Çində buna toxunmadı

İlham Əliyev Keniya prezidentini qəbul etdi

WUF14 bu şəhərdə keçiriləcək

İlham Əliyev III Msvatini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla