10:30
"Ermənilər unutmamalıdırlar ki, əgər Rusiya olmasaydı, onları öz
qonşularından heç kim qorumazdı".
Axar.az teref.info-ya istinadən
xəbər verir ki, bu açıqlama ilə "Reqnum" informasiya agentliyinin
baş redaktoru, daima Kremlə və ermənilərə yaxınlığı ilə seçilən
Modest Kolerov çıxış edib.
O, Ermənistanda Rusiyaya qarşı olan mitinqlərə sadəcə tarixi
xatırlatmaqla cavab verib:
"18-ci əsrdəki böyük rus döyüşçüləri ilə məmurları sayəsində
onlar artıq dövlət və paytaxta sahibdirlər. Onlar Suriya çöllərində
yaşaya-yaşaya üzüm yarpaqlarına qiymə doldurub bükə bilməzdilər.
Belə ki, orada nə üzümü, nə də qiyməni bilirdilər. Bunun əvəzində
isə çörək bişirmək üçün yanacaq kimi istifadə edilə bilinəcək dəvə
peyini bol idi. Deputat Jirinovski havayı yerdən ermənilərə
deməmişdi ki, rus qazı ermənilərin xoşuna gəlmirsə, qoy onda gedib
peyin yandırsınlar. 70-ci illərdə ermənilər İrəvanın tarixindən
müsəlman keçmişini silmək üçün Sərdar sarayını dağıtdılar. Bir
xalqın tarixini ədəbiyyat nümunələri müəyyən edir, amma ermənilərdə
bu sadəcə olaraq yoxdur. Öz mətbəxlərini isə tamamilə türk və
azərbaycanlılardan götürərək, hətta adlarını dəyişməyərək
lülə-kabab, basdırma, bozbaş, dolma, kabab, düşbərə, piti kimi eyni
saxlayıblar. Tarixi sənədlərdən göründüyü kimi, İrəvanın sadəcə 500
yaşı var və o, 1918-ci ildə məhz Rusiyanın köməkliyi ilə
Ermənistanın paytaxtı olub. Buna qədər isə həmin ərazi İrəvan
xanlığının mərkəzi idi. Tarix isə hələ də heç bir erməni imperiyası
tanımır və əgər 1918-ci ilə qədər Qafqazda erməni dövləti olubsa, o
zaman onun hara itməsindən tarixçilər indiyə qədər baş çıxara
bilmir. Onlar 19-cu əsrdə meydana çıxan Xaçatur Abovyana qədər heç
bir yazıçıya sahib deyildilər. Yüzillər ərzində xalqı idarə edənlər
onun başına soxurlar ki, biz ən qədim və ağıllıyıq, amma özləri
Ermənistandan qaçaraq sərhədlərini ruslardan qorumağı xahiş
edirlər.
Rusiyada əlyazmalar yanmır. Bunu ermənilərə daima xatırlatmaq
lazımdır ki, dünyanı özlərinə güldürməsinlər".
17:58
Modest Kolerov öz Feysbuk səhifəsində bu fikirlərin ona məxsus
olmasını təkzib edib. Axar.az xəbər verir ki, sözügedən fikirlərin
əksini tapdığı paylaşım artıq Kolerovun səhifəsindən yoxa çıxıb,
əvəzində isə o, teref.info-nun
yazısını bu qeydlə paylaşıb:
"Yalnız qoyunlar bu yalan fikirlərin mənə aid olduğuna inana
bilərlər".