Yuxarı

ABŞ, İran və İŞİD-i birləşdirən - Ortaq nöqtə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"PKK-nın yaradılmasında əsas aparıcı qüvvə kimi Sovet İttifaqı iştirak etsə də, Qərb 90-cı illərdən başlayaraq bu kartdan mütəmadi şəkildə Türkiyə əleyhinə istifadə etməyə başlayıb".

Bu sözləri Axar.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu deyib. O, bu günün özündə Türkiyə əleyhinə istifadə edilən iki əsas kartın kürd və erməni faktorları olduğunu deyib:

"Kürd dövləti ideyası ayrı-ayrı dövlətlərin maraqları naminə dəfələrlə gündəmə gətirilib. Bu gün ABŞ tərəfindən regionda baş verən son proseslərin fonunda kürdlərə təşviqedici şəkildə dövlətin yaradılması ilə bağlı referansların edilməsi təəccüblü deyil. Əsəd kürd dövlətinin yaradılmasını ərazisində yaşayan kürdlərin rejimə yaxınlığı şərtilə əl altından dəstəkləyir. Yəni hədəf kimi yenə Türkiyə göstərilir. Kürdlərin məskunlaşdığı geniş coğrafi ərazidə birləşmiş kürd dövlətinin yaradılması ilə bağlı açıq söhbətlər gəzir. Ancaq inanmıram ki, bu ideyanın reallaşması Suriya və İrana sərf etsin. Bu, Türkiyəyə istənilən halda sərf etmir. Ancaq rəsmi Anakara kürdlərin İraq və Suriyada muxtar qurumlarının yaradımasına artıq son dönəmlər loyal yanaşmağa başlayıb. Yəni "məndən kənarda, ancaq harada olursa-olsun" taktikası işə salınıb. Vaxtilə PKK ilə silahların yerə qoyulması kimi məqamlarda da AKP əlində əsas bayraq kimi məhz bunu tutub".

Analitik ABŞ-ın indinin özündə kürd məsələsini gündəmə gətirməsinin arxasına bəzi məqamların olduğunu bildirib:

"İŞİD və İranın güclənməsi iki əsas və önəmli faktordur. Hər ikisində ortaq nöqtə kürdlərdən müəyyən anlamda sözügedən proseslərdə istifadəni zəruri edir. Birincidə ona görə zəruri edirki, İŞİD faktiki olaraq İraq və Suriya iddiasından əl çəkməyib. Qeyd edim ki, İŞİD hələ uzun müddət bölgədə problem mənbəyi olaraq qalacaq. İkincidə isə İran Ənsərullahın vasitəsilə faktiki olaraq Yəmənə nəzarəti əldə edib. Bəli, ABŞ İranla münasibətlərində indiki məqamda hələ o dönəmi açıq bir şəkildə özü üçün problem olaraq görmək istəmir. Çünki ABŞ-ı hazırda daha çox 5+1 formatı düşündürür. İkincisi, Avropanın Rusiyadan enerji asılılığından xilasında İranı konkret faktor kimi görülür, üçüncüsü, İŞİD-ə qarşı regionda ən güclü qüvvə İrandır. Məhz bu üç səbəbə görə ABŞ İranla hələ ki, loyal davranır. Ancaq bununla bərabər, bunların özlərinə də nəzarət edə biləcək bir qüvvə lazımdır. Çünki İran bu gün Rusiya və İŞİD faktoruna görə ABŞ və Qərblə maraqları uzlaşdıra bilir.

Ancaq sonrakı perspektivdə İranla Qərbin münasibətində aralanmalar olacaq. Bax, bu halda kürdlərdən istifadə və onların bir qüvvə kimi ortaya çıxması yenidən gündəmə gələ bilər. Məhz bu səbəbdən də tərəflər bu gün kürd məsələsini əllərində saxlamaq istəyirlər".

Tarix
2015.03.24 / 18:27
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

COP29-da tarixi qərar qəbul olundu

COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi

Azərbaycana rəsmi təşəkkür qətnaməsi qəbul olundu

İndi dünyanın gözü bizə fokuslanıb - Babayev

QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…

COP29-un bağlanış iclası keçirilir - Canlı

Brandon Vu COP29-dan danışdı: Sərfəli olmayan razılaşmadansa...

Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?

İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar

ABŞ iqlim maliyyələşməsindən yayınır - Edou

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla