Yuxarı

Amerika İranı Seyid Əhməd əli ilə tutmaq istəyir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ərəb ölkələrinin vahid ordu yaratması hələ onların vahid şəkildə hərəkət etməsi demək deyil".

Bu sözləri Axar.az-a açıqlamasında "Oğuz" müstəqil araşdırmaçılar qrupunun rəhbəri, politoloq Vüqar Zifəroğlu ərəb ölkələrinin Doha sammitində qəbul etdiyi qərarla bağlı deyib.

O, sammitdə vahid ordu, donanma və polis qüvvələrinin yaradılması barədə qəbul olunmuş qərara münasibət bildirib:

"Belə bir qərarın qəbul olunması ilk növbədə İran faktoru ilə bağlıdır. Ona görə ki, son proseslərlə bağlı Yəməndə baş vermiş hadisələrin hamısı əslində ərəb ölkələrinin İran problemini müəyyən mənada gündəmə gətirməsinə səbəb oldu. Çünki Avropa ölkələrilə İran arasındakı buzların əriməsi, eyni zamanda, İranla ABŞ-ın müəyyən razılığa gəlməsi, Rusiya ilə münasibətlər, Ukraynada baş verən hadisələr, Avropa Rusiya münasibətləri və Avropanın Rusiyadan enerji cəhətdən asılı olması İranı son dərəcə qiymətli bir tərəfdaşa çevirdi. Eyni zamanda, İraq və Suriyadakı son hadisələr İranın xeyrinə cərəyan etdi. İŞİD xeyli geri çəkildi, Əsəd hakimiyyətdə qaldı və bütün bu proseslərdə həm İraqın indiki iqtidarı, həm də Əsədin İrana yaxın bir qüvvəyə çevrilməsi Tehranı mövqeyi daha güclü bir fiqura çevirdi. Bununla da ərəb ölkələri anladılar ki, İran Yəmənə də əl uzatmaqla artıq daha böyük bir iqtidar istəyir. Belə bir məqamda ərəblərin vahid ordu yaratmaqla bağlı addımı əslində gözlənilirdi. Amma burada başqa bir məqam ortaya çıxır. 20-dən artıq ərəb ölkəsi var ikən, onlardan altısının birləşməsi nə dərəcədə effekt verə bilər?

Bu addımın geniş bir perspektivə hesablandığını güman etmirəm. Ərəb ölkələrinin geosiyasi hədəflərində prinsipial fərqlər var. Bu ölkələrin daxilində gedən rəqabətin özü belə yaradılacaq ordunun daha geniş strateji hədəflərə doğru irəliləməsinə mane olacaq. Bu addım daha çox Yəmən böhranı üçün atılıb. Eyni zamanda, Yaxın Şərqdə mövqeləri güclənən Türkiyəyə də bir göstərmədir. Bu 6 ərəb ölkəsinin sayının çoxala bilməsi də şübhəli məsələdir".

Politoloq qəbul edilmiş qərarda ABŞ-ın da müəyyən bir rol oynadığını qeyd edib.

"Bu gün İranla ABŞ müəyyən mənada nüvə danışıqları ilə bağlı ortaq bir razılığa gəliblər. Artıq İran Avropa üçün çox qiymətli tərəfdaşa çevrilib. Lakin Qərb anlayır ki, sonrakı mərhələlərdə İran qiymətli tərəfdaşa çevrilməklə yanaşı, Yaxın Şərqdə öz mövqeyini də möhkəmlədəcək. Yaxın Şərqdə yeni bir qüvvənin formalaşması isə Qərbin maraqlarına tamamilə ziddir. İndiki şəraitdə müəyyən mənada uzlaşmalar gedir. Amma bu o demək deyil ki, ABŞ İranla münaqişəsinə tamamilə son qoyacaq.

Hazırda ABŞ bu qərar vasitəsilə İranın mövqeyini ərəblərin vasitəsilə zəiflətməyə çalışır. Başqa sözlə, Amerika İranı Seyid Əhməd əli ilə tutmaq istəyir".

Tarix
2015.03.31 / 09:10
Müəllif
Nigar Məmmədova
Şərhlər
Digər xəbərlər

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla