Yuxarı

İran Moskvanın könlünü necə alacaq – Rəy

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın Şərq başda olmaqla, bütün dünya İranın beynəlxalq sistemə dönüşünə şahidlik etməkdədir. Əldə edilən razılaşma orta və uzaq gələcəkdə birgə atılacaq son dərəcə önəmli siyasi və iqtisadi addımların müjdəçisidir.

Bu sözləri Axar.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu bildirib. Onun sözlərinə görə, İranın Avropada Rusiya ilə rəqib olması Şanxay Əməkdaşlığı Təşkilatı çərçivəsində Moskvanın könlünü almayacağı anlamına gəlməz:

"İndiki halda bu razılaşma Moskvaya sərf etmir. Avropa isə əksinə, yeni ticari əlaqələrə ciddi şəkildə hazırlaşmaqda və bunun uzunmüddətli olacağına inanır - əsasən də Avropa Birliyinin liderliyi funksiyasını Fransa ilə birgə üstlənmiş Almaniya. Almaniya şirkətləri üçün İran xeyli cəlbedicidir. Fransada bir az tərəddüdlər var və bu tərəddüdlərin qaynağı İsraildir. Diqqət çəkən məqam isə Fransanın Amerikadan daha artıq İsrailin maraqlarını qoruyan tərəf kimi çıxış etməsi hazırda rəsmi Parisin əlini zəiflədir. Lakin Fransa xarici işlər nazirinin növbəti həftələrdə Tehrana gerçəkləşdirməyi planlaşdırdığı səfəri bu nöqtədə son dərəcə ciddi əhəmiyyət daşıyacaq. Belə ki, yunan enerji sektoru da İrandan pay qopara bilmək üçün növbəyə yazılanlar sırasındadır. Yunanıstan sanksiyalardan əvvəl AB-nin neft ehtiyacının 25 faizini məhz İrandan alırdı. Lakin sanksiyalardan sonra Rusiya İranı əvəz etdi. Moskvaya tətbiq edilən iqtisadi sanksiyalardan dolayı İranın yolu hazırda açılmış vəziyyətdədir. Lakin məsələyə birmənalı baxmaq olmaz. İranın Avropada Rusiya ilə rəqib olması Şanxay Əməkdaşlığı Təşkilatı çərçivəsində müttəfiq olaraq Moskvanın könlünü almayacağı anlamına gəlməz. Embarqoların qaldırılması Çini xam maddədə ehtiyacını dolayı yollarla qarşılamaqdan qurtaracağı kimi, Rusiyanın da mübahisəli silah satışlarını leqallaşdıracaq. Məhz silah alveri və Yaxın Şərqdə müttəfiqlik Rusiya ilə İranı hər zaman qırılmaz tellərlə bağlayan incə məqamlar olaraq qalacaq. O ki qaldı müqaviləni heç cür qəbul etməyən İsrailə, rəsmi Tel-Əviv sonunda bu razılaşmanı birmənalı şəkildə qəbul edəcək".

Tarix
2015.07.18 / 09:20
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla