Azərbaycan Milli Karate Federasiyasının (AMKF) rəhbərlik
və idarə heyətində bir sıra dəyişikliklər edilib.
Federasiyadan Axar.az-a verilən məlumata görə, milli komandanın
baş məqçisi Rəhman Hətəmov 1-ci vitse-prezident təyin olunub.
Yeni formalaşan idarə heyətinin üzvləri isə 9 nəfərdən
ibarətdir. Heyətə AMKF-in prezidenti Yaşar Bəşirov, Azərbaycan
Karate-do Federasiyaları Assosiasiyasının prezidenti, millət vəkili
Ülvi Quliyev daxildir.
Həmçinin, federasiyanın 1-ci vitse-prezidenti Rəhman Hətəmov,
vitse-prezident Yusif Məmmədov, baş katib Mir Cabbar Seyidov,
Gənclər və İdman Nazirliyinin nümayəndəsi Cəbrayıl Həsənov,
Azərbaycan Beynəlxalq Bankının nümayəndəsi Elmir Həbibullayev,
federasiyanın baş hakimi Cahangir Babayev və fiziki hazırlıq üzrə
məşqçi Oqtay Məmmədov da idarə heyətində təmsil olunur.