Yuxarı

Nazirlərin aylar sonra ilk görüşü: İrəvan nəyə çalışır?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlərin aylar sonra ilk görüşü: İrəvan nəyə çalışır?

Ceyhun Bayramov və Ararat Mirzoyan Antalya Diplomatik Forumu çərçivəsində görüşüb. Bu, sülh sazişi mətninin razılaşdırılmasından sonra iki ölkə rəsmiləri arasında ilk təmasdır.

Son aylar tərəflər arasında təmaslar səngiyib, xüsusilə İrəvanın Bakının tələblərini müzakirə etməmək üçün danışıqlardan yayınması fonunda. Əliyevlə Paşinyan sonuncu dəfə ötən ilin oktyabrında Kazanda qeyri-rəsmi formatda görüşüb. Ondan öncə Paşinyan Londonda keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Əliyevlə görüşdən imtina etdi. Məqsəd Avropa siyasi düşərgəsində təşkil olunan Bakı-İrəvan danışıqlarında balansın yaranmasının, Ermənistanın istəmədiyi situasiyanın formalaşmasının qarşısını almaq idi.

Xarici işlər nazirləri isə sonuncu dəfə ötən ilin sentyabrında BMT Baş Assambleyasının Nyu Yorkda keçirilən 79-cu sessiyası çərçivəsində ABŞ-ın həmin vaxt dövlət katibi olan Blinkenin təşəbbüsü ilə görüşüb. Dekabrda ATƏT-ə üzv ölkələrin XİN rəhbərlərinin Malta toplantısında Vaşinqton yeni görüş təşkil etmək istəsə də, Bayden Administrasiyasının Ermənistan yönümlü siyasəti təmasın qurulmasına mane oldu.

Bu müddətdə yeganə təmaslar Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında davam edib, digər səviyyədə görüşlər olmayıb. Sülh sazişi mətninin razılaşdırılmasından sonra Ermənistan tərəfi görüşlərin keçirilməsinə ciddi səy göstərir, hətta bütün səviyyələrdə. Misal üçün, Ermənistan parlamentinin xarici əlaqələr komitəsinin rəhbəri Sərkis Xandanyan Azərbaycan parlamentinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri ilə görüşmək istəyib, belə bir görüşün sülh sazişinin imzalanmasında nə qədər rol oynaya biləcəyi sual altında olsa da.

Ermənistanın məqsədi razılaşdırılmış sülh sazişi mətninin qısa müddətdə imzalanmasına nail olmaq, Bakının digər tələblərini gündəmdən çıxarmaq, ən azı arxa fona keçirməkdir. Azərbaycanla təmas qurmaq cəhdləri də bundan qaynaqlanır. Rəsmi Bakı isə davamlı sülhə töhfə verməyəcək nəticəsiz müzakirələrə o qədər də isti yanaşmır, çünki İrəvanın yerinə yetirməli olduğu tələblər – konstitusiyanın dəyişdirilməsi və s. – var və bu kimi məsələlərdə irəliləyiş olmadığı təqdirdə təmasların effektivliyi də sual altına düşür.

Bu kontekstdə Bayramovla Mirzoyanın ADF çərçivəsində görüşü diqqət çəkir. İrəvan üçün bu görüş “nəhayət təmasın qurulması” olsa da, Bakının irəli sürdüyü tələbələr fonunda mövqeyi dəyişməyib. İstisna deyil ki, Bakı görüşə məhz Türkiyədə keçirilməsinə görə razılaşıb və məqsəd ADF-nin dialoq platforması rolunu gücəndirmək olub.

Tarix
2025.04.13 / 09:00
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Baş Prokurorluğun axtarışa verdiyi Zəkəriyə kimdir?

BMT-də Qarabağdakı vəhşiliklər barədə məlumat verildi

İrandan təsdiq gözləyirik - Overçuk

Bakının axtardığı Kaya İŞİD-çidir? - Cübbəli ifşa etdi

İlham Əliyev: Sülh hələ də kövrəkdir - Video

Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı

Azərbaycan və BƏƏ-nin HHQ komandanları görüşdü

Parisdə polis bir kanakı amansızcasına döydü - Video

Dövlət əleyhinə çağırışlar yayan 7 türkiyəli axtarışa verildi

Arda Gülərin bu hərəkəti İspaniyanı qarışdırdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla