Yuxarı

Türkiyə İrana qarşı iki dövlətlə birləşir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə İrana qarşı iki dövlətlə birləşir

İran-Türkiyə münasibətlərinin soyuq olmasını şərtləndirən amillər təkcə Yaxın Şərqdə rəsmi Tehranın sərgilədiyi siyasətdə deyil, eyni zamanda, Ankara üçün prinsipial hesab edilən nöqtələrdə - Suriya və İraqda kəsişməsi ilə bağlıdır.

Bu barədə analitik Vüqar Zifəroğlu Axar.az-a açıqlama verib. Onun sözlərinə görə, Türkiyə Yaxın Şərq siyasətində prinsipial elan etdiyi əsas nöqtələrdə İranla ziddiyyətə girir:

"Əslində, Türkiyənin İslam koalisiyasına qoşulması da İran faktorunun güclənməsi ilə bağlı idi. Bu səbəbdən də güclü İran regionda aktiv siyasət yürüdən Türkiyə üçün arzulanan deyil. Əslində, İran bazarı Türkiyə üçün lojistik baxımdan iqtisadi gəlirlər vəd edə bilər. Ancaq İran heç vaxt siyasi ambisiyalarını qurban verməyib. İranın Suriya və İraqda Türkiyənin maraqlarına güzəştə getməsi inandırıcı olmadığı kimi, Türkiyənin də Əsəd məsələsində yumşalma sərgiləyəcəyi və ya Şimali İraqdakı maraqlarından vaz keçəcəyi indiki məqamda mümkünsüzdür".

Analtikin sözlərinə görə, münasibətlərdə olan bu düyünlər iqtisadi sferadakı perspektivlərin də qarşısını alır:

"Türkiyənin İsraillə yaxınlaşması, əslində, İran faktoruna görədir və bu nisbi xarakter daşıyır. Liderliyə iddialı yerli güclər - Türkiyə, İsrail və Səudiyyə İranın güclənməsində maraqlı deyillər. Bu isə konkret bir problem ətrafında güclü müttəfiqlər formalaşdırır. İsrail-Türkiyə, Türkiyə-Səudiyyə, İsrail-Səudiyyə münasibətləri son dərəcə mürəkkəb konturlar üzərində formalaşıb. Bir məqam da var ki, bu üçlüyün nəinki Yəmən, digər məsələlərdə eyni mövqe sərgiləməsini gözləmək absurd olardı.

Qərb-İran münasibətlərinin səmimi tərəfdaşlıq üzərində qurulmasına hələ çox var, təbii ki, buna aparan yol hamar olarsa. İstənilən halda münasibətlərin normallaşması Türkiyənin önəmini müəyyən qədər uzatmış oldu. Unutmayaq ki, məhz İran böhranı Qərb, xüsusən də ABŞ üçün Türkiyəni geosiyasi və strateji cəhətdən ön planda tuturdu".

Tarix
2016.01.21 / 09:27
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Bayağı verilişlər bağlandı, efir təmizlənir: İndi nə olacaq?

Cövdət Yılmaz Azərbaycana gəldi

Elxan Mikayılov işdən çıxarıldı

Putin bunu istədi, Paşinyan açıq şəkildə rədd etdi

Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq

Əli Əsədov TDT baş katibi ilə görüşdü

Daha bir ölkənin baş naziri Azərbaycana gəldi

İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar

“Urban Expo” sərgisinə qeydiyyat müddəti uzadıldı

Bu, Paşinyanla Əliyevin sayəsində mümkün olub - Putin

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla