Yuxarı

“Dağılma meyilləri Moskvadan başlayarsa...”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Dağılma meyilləri Moskvadan başlayarsa...”

Tarixən Rusiyanın bəzi regionlarında müstəqillik meylləri görünüb. Lakin bu, güclü Rusiya qarşısında özünü doğrultmayıb.

Bu sözləri politoloq Zərdüşt Əlizadə Axar.az-a açıqlamasında şimal qonşumuzun hazırkı vəziyyətini şərh edərkən deyib. Rusiyanın çox çətin bir sınaq qarşısında olduğunu bildirən politoloq Kremlin hər zaman daxildən və xaricdən gələn təhlükələri dəf etməyə müvəffəq olduğunu qeyd edib:

"İqtisadi quruluşu, potensialı baxımından kiçik xalqarın böyük Rusiyada inteqrasiyası prosesi tarixən çox ağır olub. Hazırda Altay, Çuvaşiya, Tatarıstan, Buryatiya müstəqilliyə can atırlar. Ancaq Rusiya nə qədər zəifləsə də, bu dövlətlərin müstəqillik imkanları yoxdur. Bu ərazilərin müstəqilliyi Rusiyanın mərkəzində güclü hakimiyyət olduqca mümkün olmayacaq. Yox, əgər dağılma meyilləri Moskvadan başlayarsa, onda bu ərazilər müstəqillik əldə edəcəklər. Rusiyanın dağılması ilə bağlı proqnozlar həm ölkənin daxilində, həm də xaricində yayılır. Rusiyanın parçalanması məsələsi bir qədər riskli olsa da, qarşıda bu ölkəni çox ağır zaman və sarsıntılar gözləyir".

Politoloq Rusiyanın zəifləməsinin Pekin-Moskva əlaqələrinə təsir etməyəcəyini açıqlayıb:

"Müasir Çinlə Rusiyanı bir çox iri iqtisadi və siyasi layihələr birləşdirir. Düzdür, tarixən iki imperiya arasında savaş olub və Rusiya mübahisəli torpaqları sonradan Çinə qaytarıb. Hazırda isə Çin iqtisadi potensialından istifadə edərək Rusiyadan almaq istədiyini alır. Rusiyanın iqtisadi cəhətdən zəifləməsi fonunda Çin Rusiya ilə əlaqələrini pozmayacaq".

Tarix
2016.01.23 / 09:58
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Laos prezidentinin şərəfinə rəsmi nahar verildi - Foto

Azərbaycan məktəblərində hicab qadağası... - Saakaşvili

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Fələstinin erməni əsilli XİN rəhbəri Bakıya gəlir

Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq... - Prezident

Azərbaycan ilə Laos arasında Birgə Bəyanat...

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Paşinyan: Azərbaycanla sülh “təməl daşı” olacaq

Prezidentlərin təkbətək görüşü oldu

Laos prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla