Yuxarı

“Medvedyev susur”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Medvedyev susur”

Əgər Putin Krımı işğal etmək əvəzinə, yarımadada yaşayan rusların təhlükəslzliyi üçün ciddi təminatlar alsaydı, indi həqiqətən Suriyada fərqli situasiya olardı.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Ekspertin sözlərinə görə, Rusiya Krımı işğal etməklə qlobal xaosun əsasını qoyub:

"Kremlin ittihamının məğzi dəyişməyib: "Bütün günahlar Qərbdədir, çünki ABŞ və onun "vassalı" Avropa İttifaqı Rusiyanın "sülhpərvər" çağırışlarına cavab vermir və dünyadakı indiki xaos da buna görədir". Medveydev nöqtəni beli qoyur: "Biz soyuq müharibə dövrünə qayıtmışıq".

Bəs "soyuq müharibənin" baiskarı kimdir? Bu haqda Medvedyev susur. Əslində xaos Rusiyanın Krımı işğal etməklə başladı. Rusiya prezidenti Vladimir Putin heç kimlə məsləhətləşmədən Krımı işğal edərkən düşünməliydi ki, bundan sonra Qərblə bütün məsələlər üzrə əməkdaşlıq imkanlarını minimuma salacaq. Əgər Putin Krımı işğal etmək əvəzinə yarımadada yaşayan rusların təhlükəsizliyi üçün ciddi təminatlar alsaydı, indi həqiqətən Suriyada fərqli situasiya olardı".

Eksperin fikrincə, Putin Krımda siyasi səhv buraxmasaydı, Yaxın Şərq məsələsində Qərb Rusiya ilə əməkdaşlıq edəcəkdi:

"Krım işğal olunmasaydı, Qərb ilk gündən Suriya böhranının yoluna qoyulmasında Kreml ilə ciddi əməkdaşlıq edər, hava bombardmanları koordinasiyalı şəkildə həyata keçirilər və nəhayət Rusiya ilə Türkiyə arasında bəlli gərginlik baş verməzdi. Çünki İŞİD-ə qarşı koordinasiyalı mübarizədə Rusiya və Qərb ölkələri ilə yanaşı Türkiyə də yer alacaqdı və bu zaman əgər Türkiyənin hava sahəsi pozulsaydı belə, bu fərqli dəyərləndiriləcəkdi. İndi isə Putinin və Medvedyevin sözlərindən belə çıxır ki, Qərb Krımın Rusiyaya birləşdirilməsini unutmaq və bu mövzuya daha heç zaman qayıtmamaq şərti daxilində Suriya və digər məsələlərdə əvvəlki illərdəki geniş əməkdaşlığını bərpa etməlidir. Bu isə mümkün deyil".

Tarix
2016.02.14 / 09:30
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

İran bu ölkəni tam itirdi: “Şiə hilalı” batdı

Nazirlik bu universiteti cərimələdi

Bu saziş regionda sülhün təməl daşıdır - Boçorişvili

Gələn il Ermənistanla sülh sazişi bağlanacaq - Əmirbəyov

Türkiyə ilə sərhədlərin açılması... - Mirzoyan

Merz İlham Əliyevi Almaniyaya dəvət etdi

Azərbaycan-NATO əməkdaşlığı müzakirə olundu

Erməni kilsəsi dağıdıcı təbliğat aparır - Şeyx

Almaniya kansleri İlham Əliyevə zəng etdi

Mehdiyevin agentura şəbəkəsinin hədəfi - Zahid Oruc

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla