Yuxarı

Rusiyanın Suriyada iflasa uğramasının səbəbi

Ana səhifə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyanın Suriyada iflasa uğramasının səbəbi

Rusiya qoşunlarının Suriya əməliyyatlarındakı məqsəd və vəzifələri hələ də müəmma olaraq qalır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspert Rusiyanın Suriyada iflasa uğramasını belə şərh edib:

"Rusiyanın Suriyadan çəkilməsi ilk növbədə Əsədə çox böyük zərbə vuracaq. Əsəd müqavimətə uzun müddət tab gətirə bilməyəcək. Suriyada hazırkı vəziyyəti hələlik atəşkəs ört-basdır edir. Reallıqda durum çox acınacaqlıdır. İŞİD zəifləsə də, terrorçuların əsas dayaqları yerindədir. Rusiyanın Suriyadan çıxmasının əsas səbəbi itkilər və nəticəsiz əməliyyatlara sərf edilən xərclərlə bağlıdır. Suriyanın bəzi şəhərlərinin kəskin atəşə tutulması nəticəsində xeyli insanın həlak olması beynəlxalq ictimaiyyətin kəskin qəzəbinə səbəb olub. Eyni zamanda, regionda olan qüvvələrlə, xüsusilə Türkiyə, Səudiyyə və digər ərəb ölkələri ilə münasibətlərin kəskinləşməsi bu ölkələrin xarici siyasətinə hansısa bir divident gətirməyib. Bu kontekstdə Rusiya üçün siyasi risklər artmaqdadır".

Politoloq hesab edir ki, Rusiyanın Suriyadan çıxması İŞİD-in hökumət qüvvələrinə qarşı müqavimətini artıra bilər:

"Bu, istənilən halda bölgədəki balansı pozacaq. Əsəd öz opponentləri ilə, o cümlədən, Cenevrədə razılaşmaya getməyə məcbur olacaq. Bu isə ümumilikdə Cenevrədəki danışıqların nəticəsinə böyük təsir edə bilər".

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin ötən gün rus qoşunlarının mərhələli şəkildə Suriyadan çıxarılması barədə əmr verib.

Tarix
2016.03.16 / 10:13
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

AB-dən Ermənistana yaşıl işıq - Rusiyaya görə...

Almaniyadan Rusiyaya cavab: minlərlə raket göndərir

Bu türk ölkəsi ilə viza rejimi sadələşdirilə bilər

İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul etdi

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla