Yuxarı

Keçmiş deputat Şura üzvü seçildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Keçmiş deputat Şura üzvü seçildi - Foto

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası üzvlüyünə "Narkomaniyaya, korrupsiyaya, insan alverinə və terrorizmə qarşı mübarizə" qrupu üzrə seçki keçirilib.

Şuradan Axar.az-a verilən məlumata görə, iclasa açıq səsvermə ilə Hafiz Həsənov sədr, Ruhəngiz Hüseynova isə katib seçilib. Sonra say komissiyasının 3 nəfərdən ibarət tərkibi müəyyən edilib. Hafiz Həsənov iclasda qeydə alınmış 63 QHT nümayəndəsindən 58-nin iştirak etdiyini deyib və təşkilati-texniki işlər haqqında ətraflı məlumat verib.

Şura üzvlüyünə namizədlər Cəmiyyətin və Vətəndaş Cəmiyyətinin İnkişafı İctimai Birliyinin sədri Əhməd Abbasbəyli, "Güzəran" Sosial Araşdırmalar İctimai Birliyinin sədri Qadir İbrahimli, "Psixososial Reabilitasiya və İnkişaf" İctimai Birliyinin sədri Lamiyə Kərimova və Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev iclasda çıxış ediblər.

Səsvermədən sonra nəticələr açıqlanıb. Ən çox səs toplayan ilk 3 nəfər Əliməmməd Nuriyev (57 səs), Əhməd Abasbəyli (12 səs) və Qadir İbrahimli (11 səs) olub.

Tarix
2016.03.18 / 15:00
Müəllif
Axar.az
Digər xəbərlər

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Ermənistana 490 ton buğda göndərildi

İsrail ABŞ-İran razılaşmasına qarşı çıxdı

İsrail, İran, ABŞ, ərəblər - narazıdır: Bu, nə razılaşmadır?

Ərdoğan Azərbaycanı təbrik etdi

Suriyalı nazir Azərbaycanla münasibətlərdən danışdı

Türkiyə MN Azərbaycanı təbrik etdi - Foto

Ermənistanda neçə azərbaycanlı daşınmaz əmlak alıb?

Ulu Öndərin qayıdışı ölkəmizin taleyində dönüş anı oldu

Rəsmi Bakıdan ABŞ-İran razılaşmasına münasibət

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla