Yuxarı

İran Suriya uğrunda İraqda savaşa hazırlaşır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran Suriya uğrunda İraqda savaşa hazırlaşır

Qərbin ikili yanaşması nəticəsində Mosulun İranın dəstəklədiyi şiə könüllülərin nəzarətinə keçməsi, eləcə də, ABŞ-ın hərəkətsizliyi fonunda Tehranın arxa çıxdığı Suriya hökumət qüvvələrinin Rakkanı tutması İranın "şiə zolağını" tamamlaması ilə nəticələnə bilər.

Bu sözləri Axar.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu deyib. Onun sözlərinə görə, Moskvanın Suriya ilə bağlı son qərarı İranın mövqelərinə təsirsiz ötüşməyəcək:

"Rusiyanın hərbi kontigentini Suriyadan geri çəkməsi ilə Tehran və Moskva arasında polemika yaşandı. İran Rusiyanın Suriyadakı mövqelərini hər zaman qorumaq məcburiyyətində olmadığını açıqladı. Məhz bundan sonra Rusiya İrana verməli olduğu raket komplekslərinin Hizbullah terror təşkilatının əlinə keçməsini bəhanə edərək prosesi dayandırdı. Rusiya Suriyadan postsovet məkanı, ən əsası isə Ukraynaya daha çox resurs sərf etmək niyyəti ilə çıxdı. Buna paralel olaraq İran İraqda aktivliyini artırmaqdadır. Son günlər İraqda baş qaldıran etirazlar isə bunun əyani sübutudur".

Analitik qeyd edib ki, İraqdakı etirazların Türkiyənin Mosul uğrunda mübarizəsinin alovlanması fonunda baş qaldırması ortaya çox maraqlı bir mənzərə çıxarır:

"Belə ki, Əsədin Suriyada mövqelərini gücləndirməsi ilə İran öz aktivliyini İraq istiqamətinə doğru dəyişəcək. Çünki hazırda Mosulun əldə edilməsi İran üçün prinsipialdır. Qərbin ikili yanaşması nəticəsində Mosulun İranın dəstəklədiyi şiə könüllülərin nəzarətinə keçməsi, eləcə də, ABŞ-ın hərəkətsizliyi fonunda rəsmi Tehranın arxa çıxdığı Suriya hökumət qüvvələrinin Rakkanı tutması İranın "şiə zolağını" tamamlaması ilə nəticələnə bilər. Ankara və Ər-Riyad isə buna seyrçi qalmayacaq".

Tarix
2016.03.31 / 09:09
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Paşinyan da bu türk ölkəsinin liderini təbrik etdi

WUF13-də BMT və Azərbaycan bayraqları qaldırıldı - Video

Bakı Forumundan gözləntim budur - Tonqva

2030-cu ilə qədər hər gün 96 min ev… - Qarnaqa

İlham Əliyev Oljas Süleymenovu təbrik etdi

Britaniya şirkətləri Azərbaycanda buna yardım edir

Vuçiç Azərbaycana gəldi - Foto

Türklər müraciət etmişdi, Tramp isə Çində buna toxunmadı

İlham Əliyev Keniya prezidentini qəbul etdi

WUF14 bu şəhərdə keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla