Yuxarı

Polislər Kabusun konsertinə icazə vermədi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənc repçi Kabusun sabaha planlaşdırılan "Ergenekon" adlı konsertinə polislər mane olub.

Konsertin elanı təxminən iki ay bundan öncə verilsə də, polislər məhz bu gün axşam saatlarında konsertin keçiriləcəyi "Vətən" kinoteatrına gələrək, konsertin qeyri-qanuni olduğunu bildiriblər.

Konsert təşkilatçılarından Elvin Mahmudovun bildirdiyinə görə, onlar bu gün axşam səs avadanlıqlarını konsertin keçiriləcəyi zala aparanda onları Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin sahə müvəkkili və başqa 3 polis qarşılayıb: "Bizə dedilər ki, siz konsertlə bağlı bizə müraciət etməmisiniz, ona görə də bu konsert qanunsuzdur. Dedilər, biz onlara müraciət etməli idik, onlar da təhlükəsizliyi yoxlayıb bizə icazə verməli idilər. Amma bunu niyə konsertə saatlar qalanda dediklərini bilmədik. Halbuki "Vətən" kinoteatrı dövlətin nəznindədir və burda baş verən hər şey barədə məlumat olur".

İdarə bölmədən xəbərsizdir

Nəsimi Rayon Polis İdarəsinin növbətçisi, mayor Səbuhi Ələsgərov bildirib ki, bölmənin bu qadağasından polis idarəsinin xəbəri yoxdur: "Bizdə bu barədə məlumat yoxdur. 22-ci polis bölməsinin niyə bu addımı atdığını bilmirik".

Kinoteatrdan isə qeyd ediblər ki, bu günə qədər olan orda keçirilən konsertlərin heç birində belə problem yaşanmayıb. Konsert üçün heç bir icazə də alınmayıb.

Polis çəkilişə də mane oldu

Nəsimi Rayon 22-ci Polis İdarəsində polis serjantı Abbasov, 22-ci Polis bölməsində isə növbətçi polis kapitanı Yahya Mahmudov çəkiliş aparmaq istəyən "Etatist.com", "Axar.az" və "Qaynar.info" əməkdaşlarına çəkiliş aparmağa imkan verməyib.

Bizə dəyən maddi ziyan ödənməlidir

Məsələ ilə bağlı açıqlama verən Milli Fikir Mərkəzinin sədri Şəhriyar Məcidzadə bildirib ki, biz gənclərimizin dövlətimizə inancını aşılamağa çalışırdıq. Amma polis gəldi və hər şeyi yerdən-yerə vurdu. Biz etatizmi - dövlətçiliyi təbliğ edirik. Dövlətin qanunları beləmi işləyir? Hardan çıxıb "qapalı yerdə yığıncaq, konsert keçirmək üçün polisə müraciət etmək lazımdır" qanunu? Belə bir qanun varsa, iki ay müddətinə hər gün konsert xəbərini işıqlandırdığımız halda polis niyə bir gün qalmış xəbər tutur?

Bu qanun izah olunmalıdır, bizə maddi və mənəvi zərər dəyib və bunlar da ödənməlidir. Qanunsuzluğu kim törədibsə, o da cəzalanmalıdır. Biz bütün mümkün vasitələrdən istifadə edib, qanuni haqqımızın bərpasına nail olacağıq".

Tarix
2014.02.16 / 01:41
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla