Yuxarı

Polis Kabusun konsertini "təxirə saldı"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənc reper "Kabus"un solo konsertinin keçirilməsinə polis imkan verməyib.

"Axar.az" xəbər verir ki, saat 14:00-da keçirilməsi nəzərdə tutulan konsertə polislər müdaxilə edərək təşkilatçıları "Vətən" kinoteatrına buraxmayıblar.

Konsertin keçirilməsinə mane olmaq üçün əraziyə Nəsimi Rayon Polis İdarəsinin rəis müavini və bir sıra yüksək rütbəli polis zabitləri gəliblər. Konsert təşkilatçılarının verdiyi məlumata görə, onlar konsertə gələnlərin bir yerə toplaşdığını görüncə müdaxilə ediblər. "Özünü təqdim etməyən polis mayoru "Kabus"a yaxınlaşaraq ondan ərazini tərk etməyi tələb etdi. "Kabus" onun tələbini yerinə yetirməyincə tərəflər arasında qısa müddətli gərginlik yaşandı. Sonra Nəsimi Rayon Polis İdarəsinin rəis müavini polislərdən ərazini tərk etməyi tələb etdi. Maraqlısı odur ki, polislər artıq 15:00-da getmişdilər. Elə buna görə də konsertimiz baş tutmadı".

Konsert təşkilatçıları həmçinin biletlərin bir hissəsinin artıq geri qaytarıldığını deyiblər: "Konsert ləğv olunmayıb, bir müddətlik təxirə salınıb. Qısa müddətdə konsertin keçiriləcəyi yer və vaxt bildiriləcək". "Kabus"da təşkilatçıların dediyi sözləri təsdiqləyib.

Vətən kinoteatrının əməkdaşı isə ümumiyyətlə bu müəssisədə belə bir situasiyanın heç baş vermədiyini bildiriblər: "İndiyə kimi burda çox sayda konsert icazə alınmadan keçirilib, lakin belə bir hadisə baş verməyib. Mən özüm də çaşıb qalmışam".

Qeyd edək ki, dünən axşam saatlarında Nəsimi Rayon Polis İdarəsi, 22-ci Polis Bölməsinin əməkdaşları və şəxsən bölmə rəisinin müavini İsa Babaşov Vətən kinoteatrına gələrək konsert keçirilməsinə icazə verilməyəcəyini bildirmişdi.

Tarix
2014.02.16 / 17:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla