Yuxarı

Cahangir Əliyevə Fəxri Fərman verildi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cahangir Əliyevə Fəxri Fərman verildi

Rövnəq Abdullayev Cahangir Əliyevi SOCAR-ın Fəxri Fərmanı ilə təltif edib.

ARDNŞ-dən Axar.az-a verilən məlumata görə, bu gün Dövlət Neft Şirkətinin baş ofisində şirkətin prezidenti Rövnəq Abdullayev Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyevi qəbul edib.

Şirkətin prezidenti anadan olmasının 60 illiyi münasibəti ilə Cahangir Əliyevi təbrik edib və bildirib ki, o, 1996-cı ildən indiyə qədər Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri vəzifəsində ölkəmizin neft-qaz sənayesi həmkarlar hərəkatına uğurla rəhbərlik edir. Cahangir Əliyev həm də Beynəlxalq Neft və Qaz Sənayesi İşçiləri Konfederasiyasının Baş katibinin müavini kimi səmərəli fəaliyyət göstərir. Rövnəq Abdullayev Azərbaycan neft-qaz sənayesinin inkişafında xüsusi xidmətlərinə görə Cahangir Əliyevi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Fəxri Fərmanı ilə təltif etdiyini söyləyib və mükafatı ona təqdim edib.

Cahangir Əliyev səmimi təbriklərinə görə SOCAR prezidenti Rövnəq Abdullayevə təşəkkürünü bildirib.

Tarix
2015.03.11 / 16:33
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla