Bu gün bütün Avropada nəinki türkofobiya, həmçinin
islamofobiya da çox körüklənir. Bu əlbəttə, liberal dəyərlərlə
pərdələnərək ictimai şüurlara hökm kəsilməyə başlayan avropa
milliyətçiliyidir. Bunun da əsas təbiğçiləri Fransa və
Almaniyadır.
Əslində Almaniya siyasiləri çox gözəl anlayırlar ki, Birinci
Dünya savaşında bütün cəbhələrdə baş verən proseslərə Almaniya
hərbi komandalığı məsuliyyət daşıyırdı. Çünki bütün Osmanlı
cəbhəsindəki hərbi və mülki əməliyyatlar öncə alman hərbi
qərargahında hazırlanırdı. Hətta ermənilərin təhcir qərarı belə
alman baş qərargahından Osmanlı Hərbi Nazirliyinə tövsiyyə
edilmişdi. Bu, ümumilikdə rus-türk cəbhəsindəki yerli separatizmə
son qoymaq üçün hərbi dövrün şərtlərinə uyğun həyata keçirilməsi
ilə bağlı Almaniya Baş Qərargahının Osmanlı Hərbi Nazirliyinə
göndərdiyi bir direktiv idi. Bunu sübut edən Berlindəki
"Politisches Archiv des Auswärtigen Amtes" ilə "Bundes Archiv" və
Freiburqdakı "Bundesarchiv-Militärarchiv"də "Ermeni məsələsi" ilə
bağlı çox sayda sənədlər var.
Yaxud da bunu Birinci Dünya müharibəsi zamanı Osmanlı Baş
Qərargahında fəaliyyət göstərən və orduda mühüm vəzifələr daşıyan
alman subaylarının nəşr edilmiş xatirələrində də görürük. Onlar
aşağıdakılardır:
1.Felix Guse, Die Kaukasusfront im Weltkriege bis zum Frieden
von Brest, Leipzig, 1940. Türkçesi: Büyük Harpte "Kafkas"
Cephesi’ndeki Muharebeler: Harbin Zuhurundan Brest-Litovska Kadar,
Çev: Kaymakam Hakkı, 79 Numaralı Askeri Mecmua’nın Tarih Kısmı,:
20, İstanbul,1931.
2. Friedrich Freiherr Kreß von Kressenstein, Mit den Türken zum
Suezkanal, Berlin, 1938. Türkçesi: Türklerle Beraber Süveyş
Kanalı’na, Çev: M.B Özalpsan, Askeri Matbaa, İstanbul,
1943.
3. Joseph Pomiankowski (İstanbul’daki Avusturya Askeri Ataşesi),
Der Zusammenbruch des Ottomanischen Reiches – Erinnerungen an die
Türkei aus der Zeit des Weltkrieges, Zürich. Leipzig. Wien, 1928.
Türkçesi: Osmanlı İmparatorluğunun Çöküşü 1914–1918 I. Dünya
Savaşı, Çev: Kemal Turan, İstanbul, 1990.
4. Hans Meier-Welcker, Seeckt, Frankfurt/M, 1964.
5. Carl Mühlmann, Das Deutsch-Türkische Waffenbündnis im
Weltkriege, Leipzig, 1940.
6. Gerold von Gleich, Vom Balkan nach Bagdad
(Militärisch-politische Erinnerungen an den Orient), Berlin,
1921.
7. Freiherr Colmar von der Goltz, Denkwürdigkeiten, Berlin,
1929.
Generalfeldmarschall von Hindenburg, Aus Meinem Leben, Leipzig,
1920. Türkçesi: Hayatım, Çev: Tahsin İsmail, İstanbul, 1941.
8. Liman von Sanders, Fünf Jahre in der Türkei, Berlin, 1919.
Türkçesi: Türkiyede Beş Yıl, Çev: M.Z.Yazman, İstanbul, 1968.
9. Erich von Ludendorff, Meine Kriegserinnerungen 1914–1918,
Berlin, 1919. Türkçesi: Harp Hatıralarım, I-III, İstanbul,
1336.
10. Friedrich von Rabenau, Seeckt: Aus seinem Leben 1918–1936,
Bd. II, Leipzig, 1941.
11. Paul Leverkuehn, Posten auf ewiger Wache –aus dem
abenteuerreichen Leben des Max (Erwin) von Scheubner-Richter;
Essen, 1938.
12. Almanyanın Ərzurum Konsolu, Max von Scheubner Richterin türk
dilində kitabı: Sonsuz Nöbette Görev - Max Erwin von
Scheubner-Richter’in Anıları, Çev: Zekiye Hasançebi, İstanbul,
1998.
13. Wladimir Giesl, Zwei Jahrzehnte im Nahen Orient,
Aufzeichnungen des Generals der Kavallerie, Baron Wladimir Giesl;
Berlin, 1927.
Yaxud da məhşur türk tarixçisi İlber Ortaylı öz kitabında
yazır:
"Birinci Dünya Savaşındakı ilk yenilginin ardından istilacı
ordulara gösterilen silahlı Ermeni desteği Alman Genelkurmayının da
israrlı önerileriyle tehcir (zorunlu göç) kararının alınmasına
sebep oldu"(İlber Ortaylı, "Ermeni Sorunu: Soykırım İddialarının
Arkasındaki Gerçekler", Popüler Tarih, Sayı: 8, Ocak 2001, s.
44.)
Əslində, bu gün bu qoca qitənin bəzi siyasiləri bu mənasız,
mazoxist-xəstə təfəkkürdən əl çəkməyərək milli-eqoist
mənfəətpərəstlik edirlər. Bunun əvəzinə soyqırımla bağlı mifi
tarixin "göyərtəsindən" birdəfəlik, qəti şəkildə kənara tullamaq
lazımdır, onsuz da uydurmalara deyil, tarixi reallıqlara istinad
etsək, aydın olar ki, belə bir soyqırım heç vaxt olmayıb. Belə ki,
Birinci Dünya müharibəsinin elə ilk günlərindən rəqiblər Osmanlı
imperiyasını özləri tərəfdən müharibəyə cəlb etmək üçün mübarizəyə
başladılar. Bu ölkəyə təsir etmək üstündə Antanta ilə
Avstriya-Almaniya bloku arasında çoxdan gərgin mübarizə gedirdi.
Gənctürklər hökuməti Avropa ilə münaqişəyə getmək istəmirdi, ona
görə də Antanta ilə müharibədən çəkinirdi. Onlar həm ingilislər,
həm də bütünlükdə Antanta ilə ümumi dil tapmağa çalışırdlar, lakin
avropalılar Türkiyəni "xəstə dövlət" adlandıraraq, onun ərazisini
ələ keçirmək niyyətindəydilər. Türklər isə Almaniya ilə danışıqlara
başlamaq məcburiyyətində qalaraq, digər dövlətlərlə - Fransa,
İngiltərə və Rusiya ilə müharibədə onu dəstəklədilər.
Baxmayaraq ki, Gənctürklərə tam aydın idi ki, alman
diplomatiyasının guya Osmanlı imperiyasının torpaq bütövlüyünü
saxlamağa çalışacağı ilə bağlı vədləri gözə kül üfürməkdən başqa
bir şey deyildi.
Buna baxmayaraq, Gənctürklər Almaniya ilə ittifaqda olmaq qərarı
verdi. 22 iyul 1914-cü ildə nəhayət ki, hərbi nazir Ənvər paşa bir
çox hökumət üzvlərini xəbərdar etmədən alman səfirinə Osmanlı
imperiyasının Almaniya ilə bir ittifaqda çıxış edəcəyini bildirdi.
1914-cü il avqustun 2-də alman-türk ittifaqı barədə müqavilə
imzalandı.
Osmanlı baş qərargah rəisi keçərli olaraq Prussiya Albayı
Bronsart von Schellendorf olur.
Osmanlının müharibəyə qoşulduğu andan bütün qərarlar Almaniya
ordusunun Baş Qərargahından verilməyə başladı. Nədənsə, bu gün
Avropa Parlamentində bunlardan danışılmır... "erməni genosidi"
mifini hazırlayanlar yaddan çıxarmamalıydılar ki, hələ 1948-ci ildə
BMT genosidin hansı şərtlər əsasında tanına biləcəyi barədə sənəd
qəbul edib. Orada aydın və birmənalı şəkildə qeyd olunur ki, bu və
ya digər qrup insanların "məqsədyönlü şəkildə qətlə
yetirilməsindən" söhbət getmirsə, o, "genosid" kimi qəbul edilə
bilməz. Osmanlı hakimiyyətinin belə bir niyyətinin olduğunu isə nə
o vaxt, nə də indi sübut etmək mümkündür.
Almanlar Osmanlını müharibəyə soxmaqla Rusiya və İngiltərə
qüvvələrinin bir hissəsini alman cəbhəsindən çəkərək, Türkiyəyə
yönəltmək məcburiyyətində qoydu. Osmanlı imperiyasının müharibədə
iştirakının daha bir nəticəsi boğazların ticarət gəmilərinin üzünə
qapadılması oldu. Bu isə öz növbəsində Rusiya ilə müttəfiqlərinin
Qara və Aralıq dənizləri vasitəsilə əlaqəsini kəsdi.
Bu zaman erməni silahlı dəstələri türk kişilərinin kütləvi
şəkildə müharibəyə səfərbərbərliyindən istifadə edərək, müdafiəsiz
qalmış ərazilərdə öz dövlətlərini qurmaq həvəsinə düşdülər... Bu
məsələdə Rusiya xüsusi xidmət orqanlarının da əli olduğu şübhə
doğurmur, onlar erməniləri silahla təchiz edir və erməniləri
mərkəzi hakimiyyətə qarşı üsyanlara təşviq edirdilər.
1914-cü ildə erməni millətçi partiyası Daşnaksütyun tərəfindən
təhrik edilən Zeytun vilayətində yaşayan ermənilər orduya
çağırışdan imtina etdilər. Müharibə başlayandan sonra Şərqi
Anadoluda erməni millətçi hərbi dəstələri fəaliyyətə başladı, onlar
müharibənin qızğın çağında erməniləri üsyana qaldırmaqla, Şərqi
Anadolunun ruslar tərəfindən asan ələ keçirilməsini təmin etmək
istəyirdilər. Şərqi Anadolunun türk kəndləri müdafiəsiz qalmışdı,
özündə 100 min nəfərə qədər silahlı erməni quldurunu birləşdirən
dəstələr dinc əhaliyə qarşı daim hücumlar təşkil edirdilər. Onlar
kommunikasiya xətlərini dağıdır, terror aktları həyata keçirir,
körpüləri partladır və türklərin arxa cəbhəsində faktiki olaraq rus
ordusunun hərbi hissələri kimi fəaliyyət göstərirdilər. İş o yerə
çatmışdı ki, Türkiyə höküməti arxa cəbhədə erməni təhlükəsini
önləmək üçün ön cəbhədən bütöv bir diviziyanı geri çəkməyə məcbur
olmuşdu.
1915-ci ilin martında Türkiyənin Van vilayətində yaşayan
ermənilər üsyana qalxdı.
Erməni terrorçu dəstələri Vanı ələ keçirərək, 3000 türkü qətlə
yetirdilər. Bitlis əyalətinin əhalisi də Vanın taleyini yaşadı.
J.Malevilin "1915-ci il erməni faciəsi" kitabında göstərilir ki,
Şərqi Anadoluda erməni terrorçuları və quldur dəstələri tərəfindən
planlı şəkildə qətlə yetirilən müsəlman əhalisinin sayı az qala 1
600 000 nəfərə çatır. Müəllifin sözlərinə görə, hətta bu qanlı
qətliamdan dəhşətə gələn bir çox rus zabitləri dözməyərək, erməni
başkəsənlərinə qarşı güc tətbiq etməyə başlamışdılar. Təbii ki,
dinc əhaliyə qarşı törədilən bu vəhşiliklər və qətliamlar, erməni
təbliğatının ikiüzlülüyü mərkəzi hakimiyyətin səbr kasasını daşırdı
və Ali Baş Komandanın 24 aprel 1915-ci il tarixli əmri ilə Daxili
İşlər Nazirliyi İstanbulda və digər iri şəhərlərdə fəaliyyət
göstərən erməni komitələri terror təşkilatlarının dərhal
qapadılması haqqında sərəncam verdi.
Amerikalı tarixçi Stenford C.Şouya görə, erməni quldur dəstələri
14-16 may tarixində "yerli müsəman əhalisini kütləvi şəkildə məhv
etmişdilər". Bu barədə fikrini bildirən J.Malevil qeyd edirdi:
"Otuz il ərzində ermənilər tərəfindən sistemli şəkildə həyata
keçirilən terror aktları, 1915-ci ildə onların başqa ərazilərə
köçürülən həmvətənlərinin talelərində çox ciddi "əks-səmərə"
doğurdu. Müxtəlif tərəflərdən qızışdırılan bu absurd qiyamlar
yalnız heç kimə lazım olmayan ölümlərə yol açdı. Həm də bunun
müəyyən psixoloji nəticələri də oldu, belə ki, erməni "gərginlik
təşviqatçıları" erməniləri osmanlıların gözündə "sədaqətli
millətdən" "şübhəli millətə" çevirməyə nail oldular. Bir neçə on il
sürən qətllər və dəhşətli qiyamlar bunun üçün kifayət etdi".
1915-ci il mayın 17-də erməni terror və quldur dəstələri
tərəfindən qədim Van şəhəri yandırıldı. Dinc əhali tərəfindən çoxlu
qurban verildi. C.Makkartni və K.Makkartninin tədqiqatlarına görə,
XX əsrin əvvəlində baş verən qanlı hadisələr nəticəsində 1,5 milyon
müsəlman qətlə yetirilib.
22 iyun 1915-ci ildə hökumət qoşunları Vana daxil olanda
dəhşətli mənzərə ilə üzləşdilər: meyitlərdən dağ qalaqlanmışdı.
Qaçmağa imkan tapmayan bütün müsəlman əhalisi - türklər,
azərbaycanlılar və kürdlər - hamı erməni terror dəstələri
tərəfindən qətlə yetirilmişdi. Ermənilər müsəlman əhalini böyük
arxın kənarına toplamış, sonra onları vəhşicəsinə öldürmüşdülər.
Üstündən səkkiz gün keçəndən sonra, 1 iyul 1915-ci ildə general
Nikolayev özünün göndərdiyi məlumatlarda Tero və Xeço adlı
ermənilərin quldur dəstəsinin vəhşiliklərindən söz açırdı və
bunlardan dəhşətə gəlmiş rus zabiti onlara toplardan atəş açmağı
əmr etmişdi.
Körpələri analarından alıb, yanar oda atırdılar. Dəhşətli
işgəncələr verərək öldürürdülər. Bu qətllərin təşkilatçılarından
biri, gizli fəaliyyətə keçən erməni terror tşkilatı Qnçakın
ideoloqlarından olan, türk parlamentinin deputatı Stepan
Ter-Danielyan idi. Ərzrumdan keçmiş deputat, özünə yeni Armen Karo
adını götürmüş Karekin Pastirmasyan isə rus qoşunları ilə birlikdə
Osmanlı sərhədini keçən ilk erməni dəstələrinə başçılıq edirdi.
Digər keçmiş Osmanlı parlementarı Murad ləqəbli Namparsum Boyasyan
isə arxa cəbhədə türk kəndlilərini qətlə yetirən quldurlara
başçılıq edirdi. Bu əmr ona məxsus idi: "Bütün türk uşaqlarını
öldürün, çünki onlar erməni milləti üçün təhlükədilər".
Osmanlı parlamentinin daha bir keçmiş üzvü Papazyan erməni
quldur dəstələrini Van, Bitlis və Muş rayonlarında terrora
yönəldirdi.
Amerikalı tarixçi Stenford C.Şounun "Osmanlı imperiyasının
tarixi" kitabında yazılır: "Bütün müharibə dövründə ermənilər
müsəlman əhalisini kütləvi şəkildə amansızcasına qətlə yetirmişlər.
Milyon nəfərdən artıq türk kəndlisi öz doğma ocağından qaçmağa
məcbur olmuşdu. Minlərlə qaçqın tikə-tikə doğranmışdı".
1914-cü ildə beş vilayətdə - Trabzon, Ərzurum, Ərzincan, Van və
Bitlisdə 3 300 000 müsəlman əhali yaşayırdısa, müharibədən sonra
təkcə oradan qaçqın düşənlərin sayı 600 000 nəfər idi. Erməni
quldur dəstələri kürd kəndlərinə də hücum edir, bütün dinc əhalini
vəhşiliklə qətlə yetirir, nə qadınlara, nə qocalara, nə də uşaqlara
aman verirdilər.
Türk və kürd kəndlilərinn qətliamının bilavasitə təşkilatçısı və
əsas ideoloqu erməni terror təşkilatı Daşnaksütyunun üzvü, Atom
ləqəbli Arutyun Şahrikyan idi.
Osmanlı dövləti erməniləri hərbi əməliyyat meydanlarından
uzaqlaşdırmaq üçün o vaxt imperiyanın tərkibində olan Suriyaya
köçürməklə bağlı çətin qərar qəbul etmək məcburiyyətində qaldı.
Deportasiya türk ordusunun müşayiəti ilə həyata keçirilirdi, bu da
onların keçdikləri ərazilərdə türklər və kürdlər tərəfindən qisas
məqsədilə öldürülməsini önləmək məqsədi daşıyırdı. Ona görə ki,
qarşılıqlı toqquşmalar baş verirdi, əzizlərini öldürmüş erməni
canilərini ələ keçirən sakinlər onları qətlə yetirirdilər. Əslində
insani bir tragediya yaşanırdı. Köçürmə zamanı xəstəlik və aclıqdan
çoxlu erməni həlak oldu. Lakin müasir ermənilərin bununla bağlı
gətirdiyi rəqəmlər təbii ki, həqiqətdən çox uzaqdır. Tarixi təhrif
edənlər 800 mindən 2 milyona qədər insanın öldüyünü deyirlər.
Müasir erməni tədqiqatçıları öz siyahılarına bu və ya digər
səbəblərdən ölən digər millət və xalqları, eləcə də həmin
vilayətlərdə yaşamış və bilavasitə hərbi əməliyyatlar zamanı
ölənləri də əlavə ediblər.
Türk tədqiqatçıları isə ən çoxu 130 min erməninin öldüyünü
təsdiq edirlər. Bu saya "quldur dəstələri" tərkibində türk ordusuna
qarşı vuruşmuş ermənilərlə yanaşı, rusların tərəfində vuruşan və
bilavasitə rusların tərəfinə keçən ermənilər də daxildir.
Əslində müharıbə şəraitində Şərqi Türkiyədə bütöv kəndlər məhv
edilir, erməni quldur dəstələri uşaqları, qocaları və qadınları
vəhşicəsinə öldürürdülər. Belə şəraitdə Osmanlı hökuməti öz
vətəndaşlarını qorumaq və cinayətkarlara qarşı güc tətbiq etməyə
məcbur idi. Yeri gəlmişkən, bu hadisələr barədə mütərəqqi erməni
yazıçılarının özləri dəfələrlə yazıblar. İndiyədək nə Osmanlı, nə
də digər arxivlərdən "erməni soyqırımı" faktını təsdiq edəcək bir
sənəd tapılmayıb. Əksinə, günahsız türklərin erməni terrorçularının
vəhşiliyinə məruz qalmasını subut edən kifayət qədər sənəd var.
Bu sənədlərdən birini təqdim edirik: (Sənədin fotosurəti yazının
sonunda)
Bâb-ı Âlî
Dâhiliye Nezâreti
Emniyyet-i Umûmiyye Müdîriyeti
Erzurum Vilâyeti'nden alınan 10 Mayıs sene [1]332 târîhli
telgrafnâmenin sûretidir.
C. [cevab] 8 Mayıs sene [1]332. Rusların işgâl eyledikleri
yerlerde İslâm ahâlî hakkında yapdıkları mezâlim büyük bir târîh
teşkîl eder. Geçen sene Rusların Hasankala hattından hudûd-ı
asliyyeye tard ve teb‘îdi üzerine Pasinler ahâlîsinden iki binden
ziyâde ahâlî-i İslâmiyyeyi berâber getirerek bir kısmını itlâf,
diğer kısmını dâhile sevketmişlerdir. O zaman Salimli karyesine
giren bir Ermeni çetesi, köyde ne kadar bâkir varsa ırzlarına
tasallut etdikleri gibi kendilerine teslîm olmayan Reşid Bey'in
gelini[ni] katl ve kâ’imvâlidesini cerheylemişlerdir. Garb
ordusu[nun], Yüzveren köylerinde elli üç İslâm cenâzesi götürdüğünü
Köprü köyünden 19 Kânûn-ı Evvel sene [1]331 târîhinde arzetmiş
idim. Bu sene Erzurumun sukûtundan sonra, Rusların işgâl etdikleri
yerlerde yapdıkları kıtâl ve i‘tisâf geçen seneden pek fazladır.
Erzurum şehrinde dokuz kişiyi i‘dâm ve on dört yaşına kadar bütün
nüfûs-ı zükûru muhtelif ve mechûl istikâmetlere sevketmişlerdir.
Erzurum'dan, Aşkala'dan ve ahîren Tercan'dan firâr edip gelebilen
Reşid Bey ve rüfekâsının verdikleri îzâhâta göre Kazak ve Ermeni
çetelerinden mürekkeb müfrezelerin Aşkala, Ilıca, Tercan
kazâlarında mal nâmına ne gördülerse kâmilen gasb ve gerilere
sevkeylemekde bulundukları ve Hovik karyesiyle Pekeriç nâhiyesinde,
başda imâm olduğu hâlde yüzü mütecâviz İslâmı çoluk çocukları
önünde katl ve pek çok muhadderât-ı İslâmiyyeye tasallut etdikleri
ve Rusların pîşdâr kuvvetlerinin Ermeni bakâyâ süvârîlerinden
ibâret bulunduğu anlaşılmışdır. Ruslar Erzurum'da bütün
câmi‘lerdeki halıları toplamış ve geriye sevketmişdir. Geçen sene
taht-ı işgâlimizde iken terkolunan Tavuskerd ve Artvin
cihetlerinden kaçanların ifâdesine göre, Ruslar orada İslâm nâmına
birşey bırakmamışlardır. Pekeriç nâhiyesinde Ermenilerin teşkîl ve
mahkeme tesmiye etdikleri hey’et-i zâlimenin verdiği karârla Tercan
ve civâr kurâsında kalan ileri gelenlerden üç-dört yüz kişi i‘dâm
edilmişdir. Bunların esâmîsini yakında arzederim. Erzurum
vilâyetinde elli binden fazla mevâşî ve üç yüz bin koyun Ruslar
tarafından alınmış ve ahâlî-i İslâmiyye yedinde çift hayvânâtı bile
bırakmamışlardır. Ermenilerin en büyük mezâlimi Van'da cereyân
etmişdir. Vanın sukûtu ihtimâliyle on dört kayığa irkâben Tatvan
iskelesine sevkedilen bin iki yüz kadın ve çocukdan, ancak yedi
yüzü Bitlis'e vâsıl olmuş, muhâlefet-i havâdan dolayı Erciş önüne
düşen yedi kayıkdan üçü Ermeniler tarafından batırılmışdır. Diğer
kayıklara karşı dört sâ‘at devam eden yaylım ateşi üzerine, elliyi
mütecâviz kadın ve çocuk şehîd olmuş ve bu miyânda Erzurumlu Ârif
Efendi ile iki polis, bütün efrâd-ı â’ileleriyle şehîd
düşmüşlerdir. Van'dan Norduz tarîkıyla Bitlis'in Pervari kazâsına
kaçmak isteyen sekiz-on bin Müslüman, Mamhuran [Mahfuran] deresinde
kâmilen katli‘âm edilmişlerdir. Bunlar içerisinde kurtulabilen Van
Ma‘ârif Müdîri Şerif Bey bu ahvâle şâhiddir. Adana Vâlîsi Cevdet
Bey o zaman Halil Bey müfrezesiyle binlerce kadın, çocuk cesedi
görmüşlerdir. Ordunun lutf-ı hakla ahd-i karîbde ilerilemesi
üzerine Rus ve Ermenilerin yapdıkları fecî‘alar tamamen görülecek
ve tafsîlâtı arzedilecekdir.
Bâb-ı Âlî
Dâhiliye Nezâreti
Emniyyet-i Umûmiyye Müdîriyeti
Bir sözlə, soyqırım –
uydurmadan başqa bir şey deyil.
Erməni yazıçısı Qrant Matevosyan isə mənsub olduğu millətin
xarakterinin dəqiq təsvirini verib: "Bizlər heç nədən əsatir
yaratmağı çox gözəl bacarırıq".
Amma zaman Antantanın xeyrinə işləyirdi. Almaniya Qərb
cəbhəsində məğlubiyyətə uğradı. Qarşısıalınmaz fəlakət
yaxınlaşmaqda idi. Bolqarıstanın məğlubiyyəti Antanta qüvvələrinə
Avstriya-Macarıstana yaxınlaşmağa imkan verdi, bu isə Münhenə olan
yolu açdı və Türkiyə ilə Almaniya arasında əlaqənin pozulmasına
gətirib çıxardı. Bu da öz növbəsində Almaniyanın məğlubiyyətinin
əsasını qoydu.
1918-ci il sentyabrın 19-da ingilis ordusu Türkiyə üzərinə qəti
hücuma keçdi. Bir neçə gündən sonra Türkiyənin Fələstində varlığına
son qoyuldu. Sentyabrın sonunda Antanta qüvvələri Qərb cəbhəsində
"Ziqfrid" xəttini yarmağa müvəffəq oldular. Antantanın bu hücumu
Türkiyənin tamamilə məğlub olmasına gətirib çıxardı. Oktyabrın
30-da Lemnos adasındakı Mudros limanında dayanan ingilis gəmisi
Aqamenonda İngiltərə ilə Osmanlı imperiyası arasında sülh
müqaviləsi imzalandı. Bu müqabilənin əsasında Türkiyə öz
qoşunlarını Mesopatamiya, Ərəbistan, Suriya, Zaqafqaziya və
Kilikiyadan çıxarmalı idi. Müqaviləyə görə, qalib gələn tərəf
İstanbuldan Qara dənizə keçid rolunu oynayan boğazları işğal etmək
hüququ qazanırdı.
Türkiyə ağır şərtləri qəbul etmək məcburiyyətində qaldı:
boğazları Antantanın hərbi donanmasının üzünə açmaq və müttəfiqlərə
Bosfor və Dardanel boğazlarını işğal etməyə imkan vermək; ərəb
ölkələrində qalan türk qarnizonlarını təslim etmək; türk
qoşunlarını İran, Zaqafqaziya və Kilikiyadan evakuasiya etmək;
müttəfiqlərə Batumini və Bakını işğal etmək imkanı vermək; "şərait
müttəfiqlərin təhlükəsizliyinə təhlükə yaradarsa", Türkiyənin
istənilən məntəqəsini ələ keçirmək hüququ; türk ordusunun döyüş
ruhunun dərhal qırılması; Türk hərbi gəmilərinin Antantaya
verilməsi; müttəfiqlərin radio, teleqraf və dəmir yollarına
nəzarətinin təmin edilməsi; müttəfiqlərə bütün limanlardan maneəsiz
istifadə etmək hüququnun verilməsi; müttəfiq qoşunlarından əsir
düşənlərin geri qaytarılması, əsir türklərin isə müttəfiqlərin
sərəncamında saxlanılması; Türkiyənin Almaniya və
Avstriya-Macarıstanla əlaqələrini tamamilə kəsməsi məsələləri tələb
olunurdu.
Türkiyənin müharibədə məğlubiyyəti Azərbaycanın ictimai-siyasi
elitasını Azərbaycanda marağı olan ölkələrlə yeni müstəvidə
danışıqlara başlamağa məcbur etdi. Bakı ingilislərin təsir
dairəsinə keçdi.
İmperialist dairələr Osmanlı imperiyasının itkiləri ilə
kifayətlənməyib, Parisdə konfrans (1919-1920-ci illər) çağırdılar,
onlar Türkiyəni parçalamaq, türk xalqını qula çevirmək, Azərbaycanı
isə İtaliyaya vermək istəyirdilər.
Həmin vaxt Azərbaycan nümayəndə heyətinin rəhbəri Əlimərdan bəy
Topçubaşov ABŞ Prezidenti Vilsonla görüşərək, ondan Azərbaycanın
müstəqilliyinin tanınmasını xahiş etdi. Onun xahişinə Vilson belə
cavab verir: "Düşünürsünüz ki, biz müharibəni cırtdan dövlətlər
yaransın deyə aparmışıq?"
Lakin bolşevik işğalı təhlükəsindən əndiləşənən ABŞ, həm də
İngiltərə Azərbaycan Demokratik Respublikasını müstəqilliyini
tanıdılar.
Mudros barışığı Osmanlı imperiyasının varlığına son qoymuşdu.
Osmanlı imperiyası məğlub və gücdən düşmüş vəziyyətdə idi.
Müttəfiqlər Mudros aktından Osmanlı imperiyasının darmadağın
edilərək bölüşdürülməsini başa çatdırmaq üçün Osmanlı imperiyasının
Birinci Dünya Müharibəsinə cəlb edilməsinin əsas təqsirkarları olan
Birlik və İnkişaf Partiyasının (Gənctürklər prosesi kimi tanınır -
müəllif) rəhbər xadimləri üzərində məhkəmə prosesləri keçirilməsini
tələb edirdilər. Onlar bu ölkəyə daxildən zərbə endirmək, türklərin
qürurunu qırmaq və bu xalqı dünya ictimaiyyəti qarşısında gözdən
salmaq istəyirdilər.
Bu gün görünən o ki, tarix təkrar olunur!
Birinci Dünya Müharibə nəticəsində Türkiyəyə məxsus böyük bir
ərazi İngiltərə, Fransa, İtaliya və Yunanıstan arasında
bölüşdürüldü. İradəsiz sultan Osmanlının qaliblərinin qarşısında
təslim oldu və Türkiyənin müstəqil dövlət kimi varlığına son
qoyuldu. Antanta qoşunları ilk növbədə Bosfor və Dardanel boğazları
zonasını ələ keçirdi.
Məhz Atatürk xalqını yunan işğalı və Antantanın imperialist
aqressiyasına qarşı səfərbər edərək, I Dünya müharibəsi nəticəsində
məhv edilmiş Osmanlı imperiyasının qalıqlarından bir dövlət qurmağı
bacardı. Həmvətənlərinə milli qürur hissini, özünəinamı qaytardı və
yeni dövlətin əsaslarını qoydu.
Bu gün isə Türkiyənin dünyada xüsusi yeri var və o, bir çox
ölkələrin xarici siyasi kursuna və daxili siyasi tədbirlərinə təsir
edə bilir, bir sıra dövlətlərə onların iqtisadiyyatının inkişafında
yardım göstərir.
Əgər dünyanın bugünkü geosiyasi vəziyyətinə nəzər salsaq görərik
ki, keçmiş tarixi vəziyyət davam edir və təkrar olunur.
Aydındır ki, çağdaş dünyadakı maraqlar olduqca ziddiyyətlidir.
Tarix boyu həmişə belə olub. Bundan çıxış edərək söyləmək olar ki,
dünyada maraqlarla bağlı ziddiyyətlər həmişə bu cür qalacaqdır.
Fikrimcə, tarixə bu baxımdan nəzər yetirmək daha düz olardı.
Bu həqiqət tarixin bütün gedişi boyu təsdiqlənmişdir.
18 Aprel 2015