UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Bakıda “Sabah” və Bolqarıstanın “Levski” komandaları arasında keçiriləcək cavab oyunu üçün start heyətləri açıqlanıb.
Axar.az UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, komandalar saat 20:00-da Masazırdakı “Bank Respublika Arena”da start götürəcək matçda meydana aşağıdakı heyətlərlə çıxacaq:
Qeyd edək ki, komandalar arasında ilk oyun “Levski”nin minimal hesablı qələbəsi ilə başa çatıb. Bu cütün qalibi pley-off mərhələsində "AZ Alkmaar" (Niderland) - "Vaduts" (Lixtenşteyn) duelinin güclüsü ilə qarşılaşacaq.