Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
15 Dekabr 2017


Qara sevdamız

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəlin, sizə çoxuşaqlı ailədə doğulmaq azmış kimi, bir də oğlan eşqiylə ildə bir çocuk yapan ər-arvadın dördüncü qızı olmağın faciəsindən danışım.

Arzuolunmaz uşaq olmaq qədər tragikomik bir şey yoxdu.

Geyim xəstəsi

Məsələn, mən uşaqlığımda heç vaxt diqqət mərkəzində olmadığımdan ürəyim istəyən yaramazlığı nəzərə çarpmadan edə bilmişəm. Künc-bucaqda azdan–çoxdan nəsə tapıb yeyərək, böyük bacılarımın köhnə geyimləriylə böyümüşəm. Nənəm demişkən, demək olar ki, "ərlik qızdım", amma heç vaxt adıma alınmış bir uzunboğaz corabım – "kalqotkam" belə yoxdu.

Bu yaşıma qədər hələ də uşaqlıqdan yaranmış geyim kompleksimi üstümdən ata bilmirəm. Hətta bəzən vicdanımın kefi-kök vaxtına düşəndə geyim xəstəsi olduğumu belə etiraf edirəm.

Bir sözlə, qarderobumun qapıları üzümə durub.

Bu azmış kimi, 8 yaşlı oğluma da öz "xəstəliyimi" bulaşdırmaqla məşğulam.

Qaramat vitrinlər

Ötən bazar oğluma tutdurdum ki, keçənilki gödəkcənin qolları qısa qalır. Gedək, yenisini alaq. İnandırım sizi, şəhərdə girmədiyimiz dükan-bazar qalmadı. Bu böyüklükdə şəhərdən bir dənə rəngli gödəkcə tapa bilmədik. 4-5 yaşından yuxarı oğlan uşaq paltarlarının hamısı bom-boz rənglərdəydi. Elə bil, uşaq mağazalarının vitrinlərini qaramat basmışdı.

Hələ qoca kişi geyimini andıran demode-dəbdən düşmüş pencək-gödəkcə, ayaqqabı modellərini bir yana, geyimlərin rəngi gələcəyimiz olan uşaqların psixologiyasının ciddi təhlükə altında olmasından xəbər verir. Qara, boz, göy, uzaq başı qəhvəyi rəngli paltarlarla uşaqların rəngarəng aləmini söndürmək nə dərəcədə doğrudur? Sualı bir az da poetikləşdirsək:

- Nədir sizin bu "qara sevda"nızın səbəbi?

Yox, narahat olmayın, sizinlə işim yox, sualı elə girdiyim bütün mağaza müdir və satıcılarına tuşladım. Cavabları yazmazdan əvvəl rənglərin insan psixologiyasındakı rolundan bilgilərimi bölüşmək istəyirəm.

Uzmanlar bildirir ki, mədənin qidaya ehtiyacı olduğu kimi, beynin də rənglərə böyük ehtiyacı var. Hər bir insanda müəyyən yaş və zamanlarda müxtəlif rənglərə xüsusi psixoloji bir meyillilik olur. Uşaqlarda isə doğal olaraq rəngarəngliyə daha çox meyl olmalıdır. (Təbii ki psixologiyalarında hər hansısa problem yoxdursa.) Ətrafda mövcud olan müxtəlif rənglər və rəng çalarları insan emosiyalarına və psixo-fizioloji vəziyyətinə bilavasitə təsir göstərir. Hətta eyni bir rəngin müxtəlif intensivlikdə təsiri insanda pozitiv və ya neqativ emosiyalar yarada bilər.

Mütəxəssislərin fikrincə, rənglər o dərəcədə möhtəşəm, güclü təsirə malikdir ki, hətta insanın iş qabiliyyətinə, iştahasına, emosiyalarına, qan təzyiqinə, diqqətinə və eşitmə itiliyinə də təsir göstərə bilər. Müasir tədqiqatların nəticələrinə görə, insan rəngləri dəri təması vasitəsilə də qəbul edə bilər. Məsələn, insanın gözünü bağlayıb qırmızı rəngli otağa saldıqda, onun nəbzi sürətlənir, sarıda normallaşır, göydə isə yavaşıyır.

Hələ tibb sahəsində, xüsusən də Şərq təbabətində min illər boyunca tətbiq edilən "koloroterapiya" adlanan rəng terapiyasının tətbiqindən və müsbət nəticələrindən danışmıram.

Qayıdaq içimi yeyib-tökən sualın cavabına.

- Tələbat bu rənglərədir. Ən çox bu rənglər satılır.

Deyəndə ki, bəlkə elə tələbatları siz tənzimləyirsiz? Niyə daha zövqlü və rəngli geyimlər gətirib adamalrın zövqünü elə siz özünüz formalaşdırmayasınız?!

Satıcı kişi aqressiv, hətta kobud bir tərzdə dedi:

- Millətin dərdi mənə qalıb?

Məqsədimin savaşmaq yox, normal fikir öyrənmək olduğunu deyib, adamı bir az yumşalda bildim.

Bu dəfə sakitcə gətirib qarşımıza bir kataloq qoydu. Vallah, o qədər canlı, gözəl rəngli geyimlər vardi ki, adam elə kataloqu gözünə soxmaq istəyirdi.

And içdi ki, bu kataloqdakı rəngləri bir dəfə gətirdik, filan qədər ziyana düşdük. Mallar qaldı əlimizdə, heç biri alınmadı.

Nə deyəsən?..

Hələ başqa bir satıcının məntiqinə baxın.

- Oğlan uşaqlarını kişi kimi böyütmək lazımdır. Görmürsüz, indi hər iki oğlandan biri qız kimi əzilə-büzülə danışır?! Özü də day bu, uşaq sayılmır ki, 8-9 yaşı var.

Beləcə, qafamdakı "kimdir müqəssir?" sualının cavabından bom-boz mağazaların müdirləri üzü-ağ çıxdı.

Elə jurnalistliyim tutmuşkən

Mağazalardan alış-veriş edən valideyinlərin yanlarındakı uşaqlarına soruşmadan belə, qarasına-göyünə baxmadan əlinə keçən geyimləri alan valideyinlərində məntiqini sorğuya çəkdim.

- Seçimlərinizdə niyə uşaqların da öz fikirlərini almırsız, bəlkə elə başqa rəngi xoşlayırlar?!

Hamısının da cavabı seçimləri kimi yeknəsək oldu.

- Oğlan uşaqlarına qırmızı geyindirəcək deyilik ki. Həm də rəngli paltarlar tez çirklənir.

Burda gördüyümüz kimi vəziyyət artıq daha fərqli məqama keçir.

Qüsurlu düşüncəyə malik olan valideynlərdən sağlam psixologiyalı uşaqlar gözləmək absurddur.

Əlqərəz, qara geyimlər almasaq da, o gün evə qanıqara dönəsi olduq.

Ən böyük koloroterapevt sayılan təbiətin bir parçası kimi şəxsən mən nəinki geyim, əşya və.s., hətta duyğuların, səsin, sözlərin rənginin olduğunu sadəcə görmək yox, hiss etməyi belə vacib sayıram.

Tarix
2013.11.04 / 12:40
Müəllif
Sona
Şərhlər
loading...
Digər xəbərlər

Nəğməkar şair doğum gününü qeyd edir

Azərbaycanda 15 dəqiqəsi 100 manata olan falçı

Adam öldürməyə hazır olan taksi sürücüsü...

Şoumen ölüm xəbərini yalanladı: “Bağışlayın, ölməmişəm”

Falçı Elşən: "İmam Cəfər Sadiqlə bu problemi çözməliyik"

Bakıda iki solçu gənc həbs edildi

Boşanmış qadını pis yola düşməyə vadar etdik

Azərbaycansayağı abırlı kişilər

Sonadan "Adı üstündə" "Qadın"

Falçı Almaz: “Arxamda MTN, DİN durub” - Gizli çəkiliş

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla