Yuxarı

Gəlin toydan qaçdı, polis mərasimi saxladı

Ana səhifə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağcabədi şəhərindəki "Cavid" Şadlıq Sarayında müdhiş olay baş verib.

Noyabrın 3-də Ağcabədi şəhərindəki "Cavid" Şadlıq Sarayında toy mərasimi zamanı gəlin şadlıq evindən qaçıb. Daha sonra isə "102" qaynar xəttinə zəng vurub və zorən ərə verildiyini bildirərək, hüquq-mühafizə orqanlarından yardım istəyib.

Məlumatı "Axar.az"a verən mənbənin sözlərinə görə, şadlıq evindən qaçan gəlini təhdidlərdən qorumaq üçün polis rəisi və rayon İcra Hakimiyyətinin rəhbərləri toya gəliblər və qudaların mübahisəsinə müdaxilə ediblər.

Qız dayısı oğlunu sevirmiş

Məlumatı dəqiqləşdirmək üçün Ağcabədi rayonunda şahidlərlə əlaqə saxlamağa çalışdıq. Toy şahidlərdən birinin verdiyi məlumata görə, əslində, gəlin toy zamanı yox, toydan sonra, oğlan evindən qaçıb, daha doğrusu, qaçırılıb: "Toyu yarımçıq qalan şəxs Balabəy adlı gəncdir. Uşaq yaşlarından atasını itirib və anası Zülfiyyə xanımın himayəsində böyüyüb. Balabəy kasıbçılıqla böyüyüb, həm də yazıq bir həyat yaşayıb. Toy isə bütün adət və ənənələrə uyğun olaraq baş tutub. Zülfiyyə xanımın ailəsi bir ay bundan qabaq Avşar kəndinə, gəlini kimi gördüyü Z.Q.-nın (ad şərtidir) qapısına elçi gedib. Qızın "hə"-sini alıb, el adəti üzrə nişan verib. Valideyinləri tərəfindən gəlinin adına alınan cehiz oğlan evinə də gətirilib".

Hadisə şahidinin sözlərinə görə, toy şadyanalıqla izlənilib. Toy başa çatdıqdan sonra gəlin şadlıq evindən bəy evinə gətirilib. Elə bu zaman gəlinin anası və digər qohumları otağa hücum edib. Gəlin bəy otağından çıxmaq istəməsə də, valideyinlərinin təzyiqi ilə otağı tərk edib:

"Səhərisi isə o, ərə getdiyi oğlanı yox, dayısı oğlunu sevdiyini deyib. Həqiqətən nələr baş verdiyini bilmirik. Zülfiyyəyə oğlunun toyunu etməyə qonşular yardım göstərib. Hadisə vaxtı Zülfiyyənin ürəyi getdi, indi həkim nəzarətindədir".

Qaynağımızın sözlərinə görə, bu olay bütün Ağcabədidə danışılır və hamı heyrət içindədir.

Polis araşdırma aparır

Ağcabədi rayon Polis Şöbəsinin rəis müavini Fəxrəddin Rzayev "Axar.az"a bildirdi ki, bu məsələ tədqiqatdadır. Rayon Prokurorluğunun nəzarətində istintaq-araşdırma işləri aparılır: "Hadisə haqqında müxtəlif fikirlər səsləndirilir – gəlinin istəmədən bu toya məcbur edildiyi də, ailəsinin narazılığı da deyilir. İndi istintaq gedir, ona görə də qəti söz demək mümkün deyil".

Tarix
2013.11.05 / 18:02
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

ABŞ-dan yeni "dalğa": Şuşa açıqlaması və 600 min rüşvət…

İlham Əliyev və Rəisi bu iki bəndin açılışında iştirak edəcək

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Baxçalı “Əhməd Cavad" Şərəf Medalı ilə təltif olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla