Yuxarı

"Azərbaycan öz qüdrətini dünyaya göstərdi"

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Azərbaycan öz qüdrətini dünyaya göstərdi"

Azərbaycan ilk Avropa Oyunlarını yüksək səviyyədə təşkil etməklə öz qüdrətini, iqtisadi imkanlarını, təşkilatçılıq bacarığını bütün dünyaya göstərdi.

Bu sözləri AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində "Bakı-2015" ilk Avropa Oyunlarının iştirakçısı, Gürcüstan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, güllə atıcılığı üzrə beşqat dünya çempionu, dəfələrlə Avropa çempionu Nino Salukvadze söyləyib.

N.Salukvadze deyib: "Bakı-2015" ilk Avropa Oyunlarında oğlumla birlikdə iştirak etdik. Medal qazana bilməsək də Oyunlarda iştirakdan, hər gün gözəlləşən Azərbaycanı görməkdən çox şadıq. Oyunların açılış və bağlanış mərasimləri, Olimpiya kəndində idmançılara yaradılmış şərait təkcə gürcü idmançılarını deyil, digər ölkələrdən gəlmiş həmkarlarımı da valeh etmişdi. Avropa ölkələrindən gələn bəzi idmançılar özləri ilə yemək gətirmişdilər. Lakin onlar Azərbaycan mətbəxinin təamlarından daddıqdan sonra gətirdikləri yeməklərdən istifadə etmədilər. Bir sözlə Azərbaycanda hər şey gözəl idi. Bu ayın sonlarında Gürcüstanda Avropa gənclər festivalı keçiriləcək. İnanmıram ki, biz o cür tədbir təşkil edə bilək. Fəxrlə deyə bilərəm ki, Azərbaycan bu cür təşkilatçılıqla dünyaya sübut etdi ki, nəinki Avropa Oyunlarını, hətta daha böyük tədbirləri keçirməyə qadirdir. Bir sözlə, Azərbaycan tarixin daha bir çətin sınağından üzü ağ çıxdı".

"Azərbaycanın yüksək inkişafı, idmana göstərilən diqqət və qayğı, xalqın qonaqpərvərliyi, bütün dünya dövlətləri üçün nümunədir", - deyə, beşqat dünya çempionu N.Salukvadze vurğulayıb.

Tarix
2015.07.05 / 23:32
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

Tokayevdən Azərbaycan açıqlaması: 20 milyard dollar...

ABŞ İrəvandakı bu mərkəzi Rusiyaya qarşı istifadə edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla