Yuxarı

Paytaxt sakinlərinə sevindirici xəbər

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paytaxt sakinlərinə sevindirici xəbər

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Milli Kitabxananın birgə layihəsi əsasında yaradılan "Açıq kitabxana" layihəsi oxuculara və paytaxt sakinlərinə təqdim ediləcək.

Milli Kitabxanadan Axar.az-a verilən məlumata görə, bu layihəyə əsasən, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının Rəşid Behbudov küçəsinə baxan hissəsində olan bağçasında günün 24 saatı ərzində oxucuların və vətəndaşların sərbəst şəkildə kitab mütaliə etməsinə şərait yaradan sərbəst mütaliə guşəsi açılacaq.

Eyni zamanda açıq kitabxanada "Mən oxudum, sən də oxu" devizi altında "Kitabı kitaba dəyişmə" guşəsi də fəaliyyət göstərəcək. Burada hər bir vətəndaşa artıq özünün mütaliə etdiyi kitabı gətirərək həmin guşəyə təhvil vermək və əvəzində mütaliə etmədiyi kitabı aparmaq imkanı yaradılacaq.

Bundan başqa, istənilən müəllif yeni çap olunan kitabını satış üçün bu açıq kitabxanaya təqdim edəcək və müəyyən müddətdən sonra satılan kitablarının dəyərini geri ala biləcək. Bu guşədə həmçinin Azərbaycanda, Rusiyada və digər xarici ölkələrdə çap olunan istənilən kitabın onlayn sifarişi və oxuculara çatdırılması sistemi də təşkil olunacaq.

Tarix
2016.07.04 / 15:45
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla