Yuxarı

Remarkdan qadınlar haqda möhtəşəm - Fikirlər

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Remarkdan qadınlar haqda möhtəşəm - Fikirlər

Sim-sim.az böyük alman yazıçısı Erix Mariya Remarkın əsərlərindən qadınlar haqda seçmə fikirləri təqdim edir:

— Heç kim qadın hiyləsinə dayana biləcək möhkəm divarlar tikə bilməz.

— Heç kim qadın hiyləsinə dayana biləcək möhkəm divarlar tikə bilməz.

— Qadınla mübahisə etmək mümkün deyil. Ən pis halda ona hirslənmək olar.

— Qadın xoşbəxt olanda onun haqqında çox şey demək olmur. Amma bədbəxt olanda nə qədər şey danışmaq olar…

— Qadınlar sevəndə ağıllanırlar, amma kişilər başlarını itirirlər.

— Mənə elə gəlir ki, qadın heç vaxt kişiyə onu sevdiyini deməməlidir. Qoy onun parıldayan gözləri desin bunu.

— Əgər qadın başqasına aiddirsə, o beş dəfə daha artıq arzu ediləndir.

— Əgər qadın əsəbiləşirsə, deməli, o həm haqsızdır, həm də haqsız olduğunu bilir.

— Qadınlar həmişə kişilərin unutduqları şeylərə görə narahat olurlar, kişilər isə qadınların xatırladıqları şeylərə görə.

— Qadına heç nəyi başa salmaq lazım deyil, ancaq hərəkət etmək lazımdır.

— Ana olmamış qadın onun taleyinə yazılmış ən möhtəşəm şansı qaçırmış qadındır.

— Sevgi… qadını daha itigözlü edir.

— Qadını sevməkdən xilas olmağın yolu onunla müntəzəm olaraq yatmaqdır. Təxəyyüllə azadlıq vermək olmaz.

— Ləçər, yoxsa müqəddəs?.. Nəticədə hansısa bir fərqi varmı? Əsas odur bizim özümüz ona necə yanaşırıq?

— Qadın – sizin üçün metaldan hazırlanmış mebel deyil, o çiçəkdir. O, işgüzarlıq istəmir. Ona işıqlı, xoş sözlər lazımdır. Onun üçün bütün ömrü boyu çalışmaqdansa, ona hər gün xoş sözlər demək yaxşıdır.

— Qadınlara ya gərək ibadət edəsən, ya da tərk edəsən. Qalan hər şey yalandır.

— Mən onun yanında dayanıb ona qulaq asırdım, gülürdüm və düşünürdüm ki, qadını sevib, eyni zamanda kasıb olmaq necə də dəhşətlidir.

— Bir şeyi yadda saxla: qadının gözündə bir də heç vaxt onun üçün nəsə edəndə göründüyün kimi gülməli görünməyəcəksən.

Tarix
2016.07.13 / 08:15
Müəllif
Axar.az
Digər xəbərlər

Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı Konqresə müraciət

Ukraynalı deputatlar AŞPA-da Azərbaycan üçün savaşdı

Bakı İrəvana yeni şərt irəli sürüb? – Qəhrəmanyan

4 xəstəxananın direktoru işdən çıxarıldı

Pakistan MMU-nun nümayəndə heyəti HDQ-ni ziyarət etdi

Əli Əsədov Numan Qurtulmuşla görüşdü

ADY Çində Azərbaycanın bu imkanlarını təqdim edir - Foto

İraq lideri İlham Əliyevə məktub ünvanladı

İlham Əliyev Qalibafa Bakının bəyanatını xatırlatdı

Fransanın bu cavablarını qətiyyətlə rədd edirik - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla