Yuxarı

Lənətlənmiş roman və müəmmalı aktyor ölümləri…

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lənətlənmiş roman və müəmmalı aktyor ölümləri…

Mixail Bulqakovun XX əsrin kultu hesab olunan "Master və Marqarita" romanı tarixdə özünəməxsus iz qoyub.

Axar.az xəbər verir ki, dünya şöhrətli əsərin lənətli olduğu haqda dolaşan söz-söhbətlər illərdir ki, səngimək bilmir.

Belə ki, əsəri səhnələşdirən və ya ekranlaşdıran insanların həyatında ya faciə, ya da ölüm yaşanır.

1972-ci ildə Andrey Vaydanın "Pilat və başqaları" adlı filminin sujeti "Master və Marqarita" əsəri üzərində qurulmuşdu. Sözügedən filmin çəkilişləri bitən kimi İsa obrazını canlandıran aktyor sirli şəraitdə vəfat edir. Bir müddət sonra eyni mövzuda Yuqoslaviya və İtaliya kinematoqrafçıları da film çəkir. Lakin filmin nümayişi İtaliyada qadağan olunur, rejissoru ölkədən qovulur.

İllər sonra sözügedən rejissor səfil həyatı yaşayaraq vəfat edir.

Əsərin Voland obrazını canlandıran Viktor Avilov canlandırdığı roldan sonra qarabasmalar gördüyü, psixoloji problemlər yaşadığını dilə gətirirdi. Aktyor bu mənfi qüvvələrdən qorunmaq üçün üzərində xaç belə gəzdirirdi. Lakin bu xaç Avilovun imdadına yetişmir. Bir müddət sonra o, xərçəng xəstəliyinə tutulur.

Vladimir Botkonun rejissorluğu ilə çəkilən "Master və Marqarita" serialının aktyorları Aleksandr Abdulov, Valeri Zalatuxin, Kiril Lavrov, İlya Oleynikov, Vladislav Qalkin müxtəlif səbəblərdən dünyalarını dəyişir.

Tarix
2016.07.27 / 21:45
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla