Yuxarı

Məşhur İsrail mediası Kamal Abdulladan yazdı

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məşhur İsrail mediası Kamal Abdulladan yazdı

İsrailin məşhur "Yerusəlim Post" qəzetində tanınmış ravvin İsrael Baroukun görkəmli yazıçı, akademik Kamal Abdullanın "Yarımçıq əlyazma"əsəri haqqında yazdığı "Anlama sənəti" ("The Art of Understanding") adlı məqaləsi dərc olunub.

Məqalədə müəllif "Yarımçıq əlyazma"nın bədii- fəlsəfi məziyyətləri ilə bağlı öz fikir və düşüncələrini qələmə alıb:

"Kamal Abdulla "Yarımçıq əlyazma"nın qəhrəmanıolan araşdırmaçı gəncin hər şeylə maraqlanan dərin düşüncə prizmasından tarix adlandırılan bir nəsnənin içərisində bulunan sehri araşdırır və oxucusunu öz şıltaq suallar və ideyalar aləminə aparır. Bəzən hekayələr sadəcə öz- özünə mövcud olur, nə əvvəli bəllidir, nə də sonu. Kitab özündə Dədə Qorqud və tarixi şəxsiyyət Şah İsmayıl Xətai haqqındakı təhkiyəni birləşdirir və bu iki mövzunun kəsişdiyi ortaq və fərqli nöqtələri cəmləşdirərək, həm tədqiqatçını, həm də oxucunu naməlum olanın batinində daha nələrin gizləndiyini açmağa sövq edir.

"Yarımçıq əlyazma" romanında Kamal Abdulla hər bir insanın daxilində olan natamamlıq vəziyyəti haqqında, eləcə də araşdırma və özünüanaliz prosesinin bizim bildiyimizə və inandığımıza necə təsir edəcəyinə dair oxucu qarşısında dərin suallar qoyur.

Əsər cəmiyyətin tarix boyunca qarşıya qoyulan tolerantlıq, sülh kimi dərin fundamental suallara cavab tapması prosesindən keçərək necə inkişaf etməsini analiz edir. Bu xüsusi təhkiyəçilik elementlərinə Azərbaycan tarixində tez-tez rast gəlinir və məhzonlar müasir cəmiyyət və onun problemlərinin öyrənilməsinə maraqlı rakursdan baxmağa imkan verir.

Kamal Abdulla oxucusunu bəşər tarixinin verdiyi çoxsaylı dərslərin dünyanı bürümüş mədəniyyətlərarası və dinlərarası konfliktlərin həll olunmasında hansı müstəsna rola malik olduğunu düşündürməyə vadar edir.

"Yarımçıq əlyazma" və şəxsi müdrikliyi vasitəsi ilə Kamal Abdulla milli tarixin mürəkkəb ideyalar zəminində inkişaf edən, bəşər tarixinin müxtəlif zamanlarını əhatə edən və insanlar arasında mümkün olan yeni dünyanın tədqiqatını aparan özünəməxsus mədəni kontekstini açmağa davam edir. "Yarımçıq əlyazma" Kamal Abdulla şəxsiyyətinin bədiiləşmiş təzahürüdür".

İsrael Barouk məqalədə Kamal Abdullanın bədii yaradıcılığına işıq tutmaqla yanaşı, görkəmli yazıçının elmi və ictimai-siyasi fəaliyyətindən söz açıb və onu Azərbaycan multikulturalizmi modelinin təbliği və təşviqi işində ən görkəmli ekspertlərdən biri kimi səciyyələndirib.

Sim-sim.az

Tarix
2016.08.11 / 14:07
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Saidovla danışdı

Ermənistana daha 7 vaqon buğda göndərildi

Bu səfirin Azərbaycanda fəaliyyəti başa çatdı

Minnixanovdan Əliyevə: Buna ümid edirik...

AİHM-in son qərarı ilə bağlı Əsgərovdan bəyanat

Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı

Baş nazirdən mühüm qərar

Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşdü

TƏBİB sədrindən gözlənilməz qərar: İsrafilov işdən çıxarıldı

Prezident Qurbanova babasının fədakarlığından danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla