Yuxarı

Kamal Abdulla Düma ilə Coys arasında

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kamal Abdulla Düma ilə Coys arasında

Tanınmış Azərbaycan yazıçısı Kamal Abdullanın yeni "Düma ilə Coys arasında" adlı ədəbi-tənqidi esselər kitabı nəşr olunub.

Axar.az xəbər verir ki, kitab Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəylinin "Bir dünyalıq ədəbiyyat söhbəti, yaxud esselərdən ibarət roman" adlı Ön sözü ilə başlayır.

Müəllif kitabda məşhur italyan yazıçısı Umberto Eko ilə görüş təəssüratlarını, bu görüş əsnasında baş tutan ədəbiyyat söhbətlərinin ədəbi arealının Düma ilə Coys yaradıcılığı arasında cərəyan etdiyini, bu ədəbi məkanda Azərbaycan ədəbiyyatında, ədəbi tənqidində ədəbi prosesin yaratdığı assossasiyalar, müasir Azərbaycan ədəbiyyatının gənc yazarlarının yaradıcılığındakı yeni parıltılar, müstəqillik dövründə qələmə alınan əsərlərlə bağlı düşüncələr, ədəbiyyatımızdakı "boşluq dolduranlar" haqqında fikirlərini ifadə edib.

Kitabdakı "Birun-əndərun oyunları" adlı essedə bədii mətnlərdəki söz oyunlarına, "Don Kixotun ölümü", "Aldanmış oxucu" və başqa esselərində isə müəllif-əsər-oxucu üçbucağında baş verən proseslərə, bu üç faktor arasındakı münasibətlərə K.Abdullanın özünəməxsus münasibəti öz əksini tapıb.

Tarix
2016.08.12 / 13:19
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla