Yuxarı

Böyük yazıçımızın məktubu üzə çıxdı: “Stalin...”

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Böyük yazıçımızın məktubu üzə çıxdı: “Stalin...”

Azərbaycanlı yazıçı Məhəmməd Əsəd Bəyin 1941-ci ildə yazdığı məktub üzə çıxıb.

Axar.az Admiral.az-a istinadən Məhəmməd Əsəd Bəyin 1941-ci ildə İtaliyanın Daxili İşlər və Hərbi Nazirliklərinə ünvanladığı məktubu təqdim edir:

"Hörmətli Daxili İşlər naziri, hörmətli Hərbi Nazirliyin nəzərinə:

1919-cu ildə Stalin şəxsən mənim evimi və əmlakımı tutmuşdur. Bu insanın sadizmindən qaçmaq üçün həmin il mən evimi və vətənimi, Bakını (Qafqaz) tərk etdim.

Bir müddət İtaliyaya sığındıqdan sonra Avropaya gedib, Berlində öz təhsilimi tamamladım. Sonra Avropadan başqa, Afrika, Asiya və Amerikaya səyahət etdim.

Mənim dinim islam, irqim isə qafqazlıdır. Həyatım boyu bolşevizmə qarşı mübarizə aparmışam. Bunun sübutu mənim çoxsaylı – iyirmi cildi aşan, dünyanın bütün mədəni dillərinə tərcümə olunmuş əsərlərimdir. Bolşevizmə qarşı mən yalnız nəşr vasitəsi ilə yox, bütün mümkün vasitələrlə mübarizə aparmışam. Çünki insaniyyətin bu cür dəhşətli ifadəsi mənim varlığımı həmişə maraqlandırırdı. Çoxsaylı Avropa və müsəlman ləhcələrindən başqa mən təkcə rəsmi rus dilini yox, həm də Rusiya ərazisində danışılan bütün dilləri bilirəm. Bunlar onu göstərir ki, mən bolşevizmə qarşı mənəvi mübarizədə bir mütəxəssisəm.

Asse qüvvələri nəhayət SSRİ-yə qarşı mübarizəyə başladığına görə mən İtaliya hökumətindən "Bolşevizm" adını daşıyan vəhşi və qaranlıq qüvvələrə qarşı mübarizədə hər hansı bir şəkildə iştirak etməyimə icazə vermənizi itaətlə xahiş edirəm.

Məhəmməd Əsəd Bəy

Positano

18.07.1941"

Qeyd edək ki, Məhəmməd Əsəd Bəy 1905-ci ildə anadan olub, 1942-ci ildə vəfat edib. O, "Şərqdə neft və qan", "Qafqazın 12 sirri", "Stalin", "Ağ Rusiya", "Dünyaya qarşı cəhd", "Allahu əkbər" və başqa əsərlərin müəllifidir.

Tarix
2016.08.19 / 09:38
Müəllif
Aqşin Evrən
Digər xəbərlər

Berdiməhəmmədovun səfəri ilə bağlı - Videoçarx

Bu tarixədək Azərbaycanla sərhəd açıla bilər - Kostanyan

Hakan Fidan səfirimizlə görüşdü

Numan Kurtulmuş Azərbaycana gəldi

Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər Şuşada birgə nahar etdi

Prezidentlər Şuşada Bülbülün ev-muzeyində... - Foto

Maqdalena Qrono Azərbaycana gəlir

ABŞ-da azərbaycanlılarla bağlı konfrans keçiriləcək

Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanışlıq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla