Yuxarı

İlham Rəhimovun kitabı ana dilinə tərcümə edildi

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Rəhimovun kitabı ana dilinə tərcümə edildi

Hüquq elmləri doktoru, professor İlham Rəhimovun Sankt-Peterburqun "Юридический центр" nəşriyyatı tərəfindən rus dilində yeni çapdan çıxmış "О нравственности наказания" ("Cəzanın əxlaqiliyi haqqında") adlı kitabı Azərbaycan dilinə tərcümə edilib.

Axar.az xəbər verir ki, "Cəzanın əxlaqiliyi haqqında" monoqrafiya cəzanın fəlsəfi mahiyyəti haqqında müəllifin əvvəllər "Cinayət və cəza" (M., 2012), "Cinayət və cəzanın fəlsəfəsi" (СПб, 2013) kitablarında ifadə edilmiş düşüncələrinin davamıdır.

Əsərdə isbat edilir ki, hüquq elmi yalnız cəzanın formal tərifini verə bilər, bundan artığına qadir deyil. Bu fenomenin mahiyyəti haqqında fəlsəfi araşdırma isə onun əxlaqi tərəfinə müdaxiləyə cəhd etməyə, kateqoriyaların fəlsəfi fikir əsasında işlənib hazırlanmasına imkan verir.

Cəzalandırmaq, xüsusən söhbət ölüm cəzasından gedirsə, əxlaqidirmi? Cəza əvəzçıxma, qorxutma, psixoloji təsir sayılırmı? Cəzanın əxlaqi əsası nədir? Cəmiyyət qarşısında qoyduğu məqsədə cəza vasitəsi ilə nail ola bilirmi? Müasir şəraitdə cəzadan imtina etmək mümkündürmü? Professor İ.M.Rəhimovun bu maraqlı əsərində cavab verməyə çalışdığı sualların tam olmayan siyahısını bunlar təşkil edir.

Kitab ali məktəblərin tələbələri, doktorantları və müəllimləri, hüquq mühafizə orqanlarının əməkdaşları, cinayət hüququ sahəsində ixtisaslaşmış nəzəri və təcrübi işçilər, həmçinin filosoflar, sosioloqlar, psixoloqlar və cinayət, habelə cəza problemləri ilə maraqlanan bütün oxucular üçün nəzərdə tutulub.

Tarix
2016.09.05 / 16:49
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla