Yuxarı

Kamal Abdullanın trilogiyası Rusiyada - Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kamal Abdullanın trilogiyası Rusiyada - Foto

Görkəmli Azərbaycan yazıçısı Kamal Abdullanın "Yarımçıq əlyazma", "Sehrbazlar dərəsi", "Unutmağa kimsə yox..." adlı romanlarından ibarət trilogiyası Rusiyanın məşhur "Xudojestvennaya literatura" nəşriyyatı tərəfindən "Qarağacın kölgəsində" adlı kitabda (Под сенью Карагача. Москва, "Художественная литература", 2016, 728 c.) bir yerdə nəşr edilib.

Axar.az xəbər verir ki, müxtəlif vaxtlarda dünyanın aparıcı dillərində 20-dən çox ölkədə dərc olunan bu romanlar müxtəlif süjet xəttinə, müxtəlif zamanlarda baş verən hadisələrdən və müxtəlif qəhrəmanlardan bəhs etdiyinə baxmayaraq, ilk dəfə bir ədəbi çevrəni qapayan və bir-birinə dərin ədəbi lağımlarla bağlanan trilogiya halında nəşr olunur.

"Qarağacın kölgəsində" kitabı müəllifin rus oxucusuna müraciəti ilə başlayır. Müəllif burada oxucu ilə romanları barədə fikir mübadiləsi aparır, bir növ əsərlərdə gizlənən mətləblərdən oxucunun xəbərdar olması üçün yardımçı olur.

Kitabdakı ilk roman "Yarımçıq əlyazma" mərhum sənətkarımız Vaqif İbrahimoğlunun, digər iki roman - "Sehrbazlar dərəsi" və "Unutmağa kimsə yox..." isə rus yazarı Lüdmila Lavrovanın tərcüməsində təqdim olunur.

"Qarağacın kölgəsində" kitabına son sözü "Xudojestvennaya literatura" Nəşriyyatının direktoru, rus yazıçısı, akademik Georgi Pryaxin yazıb. Ürək genişliyi ilə yazılan bu sonsözdə Azərbaycan yazıçısının əsərlərinə yüksək qiymət verilir və onun mətnləri dünya ədəbiyyatının korifey yazarlarının əsərləri ilə müqayisə edilir.

Kitabın arxa üzündə Kamal Abdullanın ədəbi və elmi fəaliyyəti, əsərlərinin tərcümə olunduğu dillər, nəşr olunduğu ölkələr və layiq görüldüyü ədəbi mükafatlar ("Scanno Prize" (İtaliya), "Qızıl Delviq" (Rusiya), "Humay" (Azərbaycan)) haqda qısa məlumat öz əksini tapıb.

Tarix
2016.09.09 / 17:17
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla