Yuxarı

Rüstəm Behrudi AYB-dən istefa verdi - Qalmaqal

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rüstəm Behrudi AYB-dən istefa verdi - Qalmaqal

Azərbaycanın tanınan şairi Rüstəm Behrudi Yazıçılar Birliyindən istefa verib. Bu haqda şair Feysbuk hesabında paylaşdığı statusda bildirib. Şairin bu qərarının səbəbi çox maraqlıdır. Sən demə, illərdir R.Behrudi ad günlərində AYB-dən bir quruca təbrik almayıbmış.

Axar.az Musavat.com-a istinadla R.Behrudinin həmin statusunu təqdim edir:

"Mən az qala 30 ilə yaxındir ki, əvvəllər SSRİ Yazıçılar İttifaqının, sonradan Azərbaycan Yazıçılar Birliyinin üzvü oldum. Və bir Tanrı şahiddir ki, o təşkilatdan heç bir umaçağım olmadı. Ancaq indi baxıb görürəm ki, bu uzun illər ərzində ədəbiyyat tüccarlarına doğum günlərində mədhiyyə oxuyan YB-nin ədəbi orqanları bircə dəfə də olsun, doğum günlərimdə adımı çəkməyib. Niyə? Görəsən şeirləri türk dünyasında dillər əzbəri olan bir şairə bu cür münasibət hardan qaynaqlanır? Bir quruca təbrikə nə deyirsiniz, əfəndilər?

YB üzv olmaq məsuliyyətindən özümü bu gündən qurtarmış hesab eləyirəm.

Hamıya sevgi və sayğılarımla!

Rüstəm Behrudi".

Şair bildirib ki, indəyədək nə "Ədəbiyyat" qəzeti, nə "Ulduz" jurnalı onu doğum günündə yada salmayıb.

"Məni saya salmayan bir qurumda niyə qalmalıyam?!" - deyən şair bu addımının həm də AYB rəhbərliyinə etiraz olduğunu söyləyib.

Tarix
2016.09.13 / 16:00
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış etdi - Foto

BMT-nin heç bir rolu yox idi, özümüz etdik - Prezident

Ermənistanla bunların üzərində işləyirik - Prezident

Bayramov İshaq Darla Bişkekdə görüşdü

Beş ölkənin birinci xanımları Bişkekdə sərgidə - Foto

İlham Əliyev Putinlə ayaqüstü görüşdü - Video

"ŞƏT plyus" formatında yüksək səviyyəli görüş başladı - Canlı

Bu reallığı Ermənistan cəmiyyəti də etiraf edir

Bişkekdə dövlət və hökumət başçılarına ziyafət verildi

Paşinyan Bişkekdə ABŞ senatoru ilə TRİPP-i müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla