Yuxarı

Yazıçımız Ginnesin kitabına düşə bilər

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yazıçımız Ginnesin kitabına düşə bilər

Firuz Mustafanın yeni əsəri Ginnesin Rekordlar Kitabına düşə bilər.

Bu barədə Axar.az-a yazıçı, dramaturq Firuz Mustafa özü məlumat verib. O, tarixi mövzuda irihəcmli əsər yazdığını və bu əsərin Ginnesin Rekordlar Kitabına düşə biləcəyini deyib:

"Son vaxtlar 20-ci illər hadisələri haqqında bir tarixi dram üzərində işləyirəm. Tarix səhnəsində SSRİ-nin və Demokratik Cümhuriyyətin qurucularıdır. Tərəflər arasında böyük kolliziyalar baş verir, barışmaz mübarizə gedir. Amma mənə elə gəlir ki, bu əsəri tamaşaya qoymaq müşkül məsələ ola bilər. Çünki əsərin həcmi çox genişdir. Bəlkə də dünyada ən irihəcmli səhnə əsərlərindən biri olacaq və bu cəhətdən Ginnesin Rekordlar Kitabına düşə bilər. Doğrudur, dünya teatrı tarixində bir neçə gün ard-arda nümayiş olunan "serial tamaşalar" da olub. Amma mən özüm bu cür "çoxseriyalı" səhnə əsərlərini qəbul etmirəm. Hesab edirəm ki, gələcəkdə bu əsəri bir ssenari kimi işləyib film çəkmək olar.

O ki qaldı artıq görülmüş işlərə... Bu il Rusiya və Türkiyədə pyeslərim tamaşaya qoyuldu. İranlı rejissor əsərimə quruluş verdi. Gördüyünüz kimi, mənim son zamanlar fəaliyyətim xaricdəki teatrlarla bağlı olub. Bu əlaqələr yenə davam edəcək. Bizdə mövcud olan bütün teatrlara pyes təqdim etmişəm. Nədənsə son illər mənim əsərlərim səhnədə az-az görünür. Belə hesab edirəm ki, bu işdə kiminsə görünməz "barmağı" var. Amma mən belə xırda şeylərə çox fikir vermirəm, yaradıcılıq davam edir.

Mənim üçün xoş olan hadisələrdən biri də budur ki, Türkiyədə elmi və pedaqoji fəaliyyətlə məşğul olan professor Babək Qurbanov bu yaxınlarda yaradıcılıq fəaliyyətimlə bağlı "Firuz Mustafanın yaradıcılığına baxış (Dörd bucaq)" adlı bir kitab nəşr etdirdi.

Mən, adətən, görülmüş işlər barədə danışıram. Zira, müşahidə etmişəm, çox vaxt heç bir işlə məşğul olmayan adamlar "gələcək fəaliyyətlərindən", "qarşılarına qoyduqları böyük planlardan" danışmağı xoşlayırlar. Əlbəttə, hər bir yazı-pozu adamının müəyyən bir yaradıcılıq planı olur, amma yazıların gələcək zamanla bir əlaqəsi olmur. Bütün yazılanların tarixi keçmiş zamanla bağlıdır. Bir sözlə, yaradıcılıq, daha doğrusu, əsl yaradıcı adam heç vaxt nəyisə vəd verməyi xoşlamır və xoşlamamalıdır da".

Tarix
2016.09.23 / 10:09
Müəllif
Faiq Balabəyli
Digər xəbərlər

İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış etdi - Foto

BMT-nin heç bir rolu yox idi, özümüz etdik - Prezident

Ermənistanla bunların üzərində işləyirik - Prezident

Bayramov İshaq Darla Bişkekdə görüşdü

Beş ölkənin birinci xanımları Bişkekdə sərgidə - Foto

İlham Əliyev Putinlə ayaqüstü görüşdü - Video

"ŞƏT plyus" formatında yüksək səviyyəli görüş başladı - Canlı

Bu reallığı Ermənistan cəmiyyəti də etiraf edir

Bişkekdə dövlət və hökumət başçılarına ziyafət verildi

Paşinyan Bişkekdə ABŞ senatoru ilə TRİPP-i müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla