Yuxarı

Bakı bir daha onu unutmadı...

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı bir daha onu unutmadı...

Azərbaycan Yaradıcılıq Fondunda, fondun Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə birgə həyata keçirdiyi "Sönməyən Ulduzlar" mənəvi və sosial yardım layihəsi çərçivəsində dahi rus şairi Sergey Yeseninə həsr olunmuş tədbir keçirilib.

Axar.az xəbər verir ki, "Əlvida Bakı" adlı tədbir "Bir aktyorun teatrı" formasında təşkil olunub. Ədəbi-musiqili gecəni Fond sədrinin birinci müavini, əməkdar mədəniyyət işçisi Rafiq Kaşanlı açıb.

Rafiq Kaşanlı qeyd edib ki, 2016-cı ilin oktyabrın 3-də Sergey Yeseninin 121 yaşı tamam olur və o, 1924-1925-ci illərdə bir müddət Bakıda olub, yaradıcılığının ən məhsuldar dövrü də demək olar ki, bu vaxta təsadüf edir.

Gecədə dahi rus şairinin əsərlərindən "Anaya məktub", "Cavab", "Qadına məktub", "İran nəğmələri", "Qara adam" və başqaları səsləndirilib, maraqlı video materiallar nümayiş etdirilib.

Qeyd edək ki, anım gecəsində şair Vahid Əziz, əməkdar incəsənət xadimi, professor, bəstəkar Azər Dadaşov, Rus icmasının sədr müavini Lubov Yakunina, əməkdar mədəniyyət işçisi İldırım Qasımov, jurnalist Hacı Rafiq çıxış edib.

Tarix
2016.10.03 / 17:26
Müəllif
Aqşin Evrən
Digər xəbərlər

Məktəbdə hicab müzakirəsi: Maarifçilər nəyin savaşını aparırdı?

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla