Yuxarı

Qulu Məhərrəmli yazarlara yol göstərdi

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qulu Məhərrəmli yazarlara yol göstərdi

Bu qarşılıqlı proses bir tərəfdən ədəbiyyatı diri saxlayır, digər tərəfdən onu yeni, maraqlı ideya və üslublarla qidalandırır.

Bu sözləri tanınmış jurnalist, professor Qulu Məhərrəmli Axar.az-ın "Çağdaş Azərbaycan ədəbiyyatına dünya oxucusunun diqqətini necə çəkmək olar" sualına cavab verərkən deyib:

"Əslində, milli səviyyədə hər bir ədəbiyyatın müəyyən özəlliyi var və bu da həmin ədəbiyyatın bədii ölçülərini, simasını müəyyənləşdirir. Bu mənada, məsələn, Mirzə Cəlil, Ə.Haqverdiyev, M.Ə.Sabir ədəbi fakt kimi xarici oxucular üçün də çox cazibədardır. Təbii ki, ümumbəşəri hadisə olduğuna görə istənilən xalqın ədəbiyyatı dünya ədəbi prosesinə töhfə verməli, həm də o prosesdən bəhrələnməlidir. Bu qarşılıqlı proses bir tərəfdən ədəbiyyatı diri saxlayır, digər tərəfdən onu yeni, maraqlı ideya və üslublarla qidalandırır. Məncə, Azərbaycan ədəbiyyatı bu prosesdə iştirak etmək və "maraqlı səviyyə"də olmaq üçün müasir insanın ətraf və cəmiyyətlə münasibətindəki dərin qatları, insan və zaman kontekstində fərqli düşüncə qatlarındakı psixologizmi daha maraqlı üsullarla açıb göstərməyi hədəf götürməlidir. Yəni müasir ədəbiyyatımızdakı bu ənənəni bir az da cilalamalıdır. Mən demirəm ki, hamı Panteleyev, Borxes, Kafka, Markes, yaxud Murakami kimi yazmalıdır, amma dünyaya çıxmaq istəyən hər kəs ictimai varlıq kimi insanın yaşadığı cəmiyyətdə onu sıxan sosial-mənəvi mühitə etirazının qeyri-ənənəvi bədii inikasını yaratmağı bacarmalıdır".

Tarix
2016.10.04 / 08:15
Müəllif
Faiq Balabəyli
Digər xəbərlər

Kərki Azərbaycana qaytarılır - Müzakirələr qızışır

Pakistanda azərbaycanlı qadına təcavüz edildi

Azərbaycanın neft-qaz sektorunda formalaşdırdığı müqavilə...

Türkiyədən Azərbaycana haqlı irad: Qardaş dar gündə...

Abbas Abbasovun nəşi Azərbaycana gətirilir

Ələkbərov bir ildə ən çox qazanan iş adamı oldu

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla