Yuxarı

Vahabzadənin Əkrəm Əylisli haqda nadir - Videosu

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vahabzadənin Əkrəm Əylisli haqda nadir - Videosu

Feysbuk sosial şəbəkəsində "Poeziya dəftəri" səhifəsi xalq şairi Bəxtiyar Vahabzadənin ömrünün son illərində çəkilmiş videosunu paylaşıb.

Axar.az xəbər verir ki, videoda Vahabzadənin ətrafındakı adamlarla Əkrəm Əylisli haqda söhbət etdiyi görünür.

Müzakirədə iştirak edən şəxslərdən biri Əkrəm Əylislinin bir vaxtlar Bəxtiyar Vahabzadə haqda xoşagəlməz ifadələr işlətdiyini və bu əməlinin cavabını aldığını deyir.

Qeyd edək ki, xalq şairi Bəxtiyar Vahabzadə illər əvvəl Əkrəm Əylisliyə şeir həsr edib. "Axtarırsan" adlı şeir 1998-ci ildə "Bozqurd" qəzetində dərc olunub.

AXTARIRSAN

Öz gözündə tiri görməyən gəda,

Özgənin gözündə qıl axtarırsan.

Köhnə şakərindir, bulandırmağa

Hər gün, hər ay yeni göl axtarırsan.

Qələmin korlaşıb düşmüsən dərdə,

Hörmətin qalmayıb sənin heç yerdə.

Dölsüz olduğunu bildin nəsrdə,

İndi də "şeirdə" döl axtarırsan?

Bir zaman vətəni Aşota satdın,

Ürək bulandırdın, könül qanatdın.

Palıda, çinara sən çirkab atdın,

İndi gizlənməyə kol axtarırsan!

Qəlbin daş, ağlın da bir ovuc peyin

Döş-döşə gəlməyə qalmayıb heyin

Baxıb ayağına ölmüş eşşəyin,

Kürdənə vurmağa nal axtarırsan.

İçində zülmətdir, səhər bilirsən,

Qatırsan, özünü kəhər bilirsən,

Köhnə palanını yəhər bilirsən,

Belinə salmağa çul axtarırsan.

Özgənin uğuru səni yandırır,

Həsədin kinini qıcıqlandırır.

Özünün yalını bal adlandırır,

Özgənin balında yal axtarırsan.

Bir üzü gəlinsən, bir üzü arvad,

Kommunist, AXC, sonra Müsavat.

Ordan da çıxmısan, ay evi bərbad,

İndi də Daşnaka yol axtarırsan.

Tarix
2016.10.04 / 10:00
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla