Əgər bütün rus ədəbiyyatı təsadüf ucbatından yохa
çıхsaydı və təkcə Çeхоvun hekayələri qalsaydı, bunlar əsl rus
həyatı barədə bütün dünya хalqlarında aydın təsəvvür yaratmaq üçün
kifayət edərdi.
Axar.az xatırladır ki, bu sözləri dünya ədəbiyyatının görkəmli
nümayəndəsi Lev Tоlstоy Anton Çeхоvun yaradıcılığı haqqında
deyib.
Antоn Çeхоv 29 yanvar 1860-cı ildə anadan olub. Çeхоv dramaturq
kimi klassik rus ədəbiyyatının ən yaхşı nümunələrini yaradıb.
İхtisasca həkim оlsa da, yazıçı kimi daha böyük şöhrət qazanıb.
Çexov Moskvada məktəbdə oxuduğu illərdə (1876-1879) "Qılaflı adam",
"Ədəbiyyat müəllimi" adlı hekayələrini yazıb. Universitetdə oxuduğu
illərdə lətifələr, hekayələr, dramatik yazılar yazıb və onları
"Molbornun nağılları" adı altında toplayaraq məzun olduğu zaman
kitab kimi dərc etdirib. Həkim kimi fəaliyyət göstərdiyi dönəmlərdə
isə "Qaçaq", "Cərrahlıq", "Cansız cəsəd" hekayələrini qələmə
alıb.
Böyük rus şairi 1904-cü ilin 15 iyulunda vəfat edib. Lakin
ölümündən sonra Çexov möhtəşəm əsərləri ilə yanaşı nəsihət
xarakterli, həyatından süzülən aforizimlərini də qoyub gedib.
Onlardan bir qismini təqdim edirik:
- Həyatdan ilk küskünlüyümüz yanımızda sandığımız insanları
qarşımızda gördüyümüz zaman başlayar.
- Sənə bir yaxşı, bir də pis xəbərim var: Yaxşı xəbər: hələ ki,
ölməmişik. Pis xəbər: hələ də yaşayırıq.
- İki mükəmməl insan heç vaxt bir yerdə ola bilməz. Çünki
mükəmməl qadın heç vaxt ilk dəfədə "hə" deməz. Mükəmməl kişi isə
heç vaxt ikinci şansı verməz.
- Unutma, insanları tanımağın üçün ən uyğun vaxt ayrılığa
yaxınlaşan vaxtdır. Çünki o vaxt saxta üzlər ortaya çıxar.
- Bəsit qadın gözəl görünməyi dərrakəli olmaqdan üstün tutar.
Çünki bəsit kişidə dərrakəni anlayacaq beyin yox, gözəlliyi görəcək
göz vardır.
- İnsana həyatda bir kəpənək bir dəfə qonar: qaçırtsan, başqa
şansın qalmaz. Çünki o kəpənək ertəsi gün ölür.
- Saxta bir gülüşlə gözlərimə baxmaqdansa, üzümə yönələn həqiqi
bir nifrəti üstün tutaram.
- Həyatınızın sonuna qədər yaşamayınca taleyinizdən şikayət
etməyin.
- Özünü tənha hiss edən biri üçün hər yer çöllükdür.
- Ölüm qorxunc bir şeydir, amma insan ölməyi bacara bilməyib
sonsuza qədər yaşasaydı, bu, daha qorxunc olardı.
- Əgər qüsursuz olsaydın, başqalarının qüsurlarını tapıb
göstərməyə bu qədər meyilli olmazdın.
- Siz mənə axmaq xəyalların arxasınca qaçmayan bir qəlb
göstərin, mən də sizə xoşbəxt bir insan göstərim.
- Yalan qədər insanı alçaldan ikinci bir şey yoxdur.
- Aşılması mümkün olmayan heç bir sədd mövcud deyil.
- Üç cür insan var: 1. Çörək kimidir, hər zaman axtararsan,
bəzən taparsan. 2. Dərman kimidir. Ehtiyacın olduğu zaman
axtararsan, çox vaxt taparsan. 3. Mikrob kimidir, sən onu
axtarmasan da, o, hər zaman tapar.