Yuxarı

Zəhra dedi, ay aman, biz gəlmişik uzaya...

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zəhra dedi, ay aman, biz gəlmişik uzaya...

Axar.az şair Mina Rəşidin uşaq şeirlərini təqdim edir.

ÇİÇƏYİN ÇƏTİRİ

Yağış yağır səhərdən,

Hələ külək də əsir.

Əlindəki çətirlə

Çiçək yaman tələsir.

Məktəb harada qaldı?

Buludlara uçur o.

Gedə bilmir, çətirin

Arxasınca qaçır o.

AYAQQABI ADASI

Burda çoxlu çeşid var

Götürürdüm, baxırdım.

Zəhraya mağazadan

Ayaqqabı alırdım.

Zəhra dedi: "Ay aman,

Biz gəlmişik uzaya!"

"Ayaqqabı adası" -

Söylədi mağazaya.

GÖY QURŞAĞI

Göy qurşağı kimidir

Bizim balaca Nərmin.

Gör bir neçə rəngi var

Əynindəki köynəyin.

QARA ÜZÜM

Bu qaraca qıza bax,

Qapqara üzüm yeyir.

"Üzümlərin qəşəngi

Qara üzümdür", - deyir.

MƏN MƏKTƏBƏ HAZIRAM

Bu yay anam müəllim,

Mən də şagird olmuşam.

Dərsimi bilməyəndə

Qızarıb ağlamışam.

Sonra da çox çalışıb

"5" almışam anamdan.

Mükafatım da olub

Bu planşet atamdan.

Hərfləri öyrəndim

Oxuyuram, yazıram.

Altı yaşım var daha

Mən məktəbə hazıram.

KİM DƏRSİNİ BİLMİRSƏ

Bacını tərifləsən

Qardaş küsür o anda.

Qardaşı tərifləsən

Bacı inciyir onda.

"Mən sizi çox sevirəm" -

Axırda ana deyir.

Kim dərsini bilmirsə

Ana ondan inciyir.

Tarix
2016.10.29 / 01:55
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Putinlə ayaqüstü görüşdü - Video

"ŞƏT plyus" formatında yüksək səviyyəli görüş başladı - Canlı

Bu reallığı Ermənistan cəmiyyəti də etiraf edir

Bişkekdə dövlət və hökumət başçılarına ziyafət verildi

Paşinyan Bişkekdə ABŞ senatoru ilə TRİPP-i müzakirə etdi

ŞƏT-ə sədrlik bu ölkəyə keçdi

Azərbaycanla sərhəddə partlayış... – Xəbərdarlıq edildi

ŞƏT sammiti: 30-dan çox sənəd imzalandı

İlham Əliyev Pelleqrinini təbrik etdi

İlham Əliyev “Irıs Ordo” Konqres Mərkəzində... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla