Yuxarı

Ermənilər bu cəbhədə də əlbirdir... - Afaq

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilər bu cəbhədə də əlbirdir... - Afaq

Ümumiyyətlə, hər yerdə olduğu kimi, Rusiyada da vəziyyət yaxşı deyil. Nə qədər ondan uzaq olmaq istəsən də, bu və ya başqa şəkildə böhran öz təsirini göstərir.

Bu sözləri Azərbaycan və Rusiya Yazıçılar Birliyinin üzvü, şair Afaq Şıxlı Axar.az-ın Rusiyada yaşayan azərbaycanlı yazarların yaradıcılıq durumu və ədəbi mühiti ilə bağlı sualını cavablandırarkən deyib. O, erməni yazarların müxtəlif yollarla Rusiyada fəallıq nümayiş etdirdiklərini qeyd edib:

"İnsan nə zaman yaxşıdır, bilirsinizmi? Heç nəyə ehtiyacı olmadan, heç kimdən heç nə istəmədən öz problemlərini özü həll edərək yaşayarkən. Yazarları soruşursunuz? Heç bir imkanlı şəxs heç vaxt yazarlara özü müraciət etməz ki, probleminiz varmı? Yazarın nə problemi olur ki? Ədəbiyyat adamı elə bir varlıqdır ki, o nə aclıqdan, nə kasıblıqdan, nə əyin-baş çətinliklərindən söhbət açmaz. Onun çətinlik hesab etdiyi şey kitablarının, əsərlərinin nəşri ilə bağlı olur. Əsil ədəbiyyat adamı öz bahalı əşyalarını da heyfsilənmədən satıb ədəbiyyata xərcləyə bilən adamdır. Onun gözünə var-dövlət, zinət əşyaları görünmür.

Və bizim bədbəxtliklərimizdən biri – pul qazanmağı bacaran şəxslərimizin ədəbiyyata biganə olmasıdır.

Yalnız Heydər Əliyev Fondu dəstək olur. Bu il Fondun yardımı ilə Əşrəf Hüseynlinin, Sultan Mərzilinin və Maya Bədəlbəylinin kitabları nəşr olunub. Çox sağ olsunlar. Əslində, düşünün, Moskva kimi böyük meqapolisin imkanlarından, informasiyanın yayılma sürətindən, yazarlarımızın yüksək potensialından istifadə edərək, Azərbaycan adını rus oxucularına, eləcə də dünya oxucularına necə gözəl çatdırmaq və sevdirmək olar!

Şahidlər danışır ki, Zori Balayan üçcildlik kitab üçün erməni diasporuna müraciət edir. Nəticədə ona hər cür yardım edərək səkkizcildlik kitabını çap edirlər. Bunu ağlına gətirmək azərbaycanlı yazar üçün olduqca çətindir. Ermənilər, hər yerdə olduğu kimi, ədəbiyyat cəbhəsində də əlbir və dilbirdirlər. Onlar öz yazıçı və şairlərinin ən adi kitabını elə təqdim edir, elə yayımlayır ki, rus oxucusu istər-istəməz onunla maraqlanır. Kitabların satışını Moskvanın ən tanınmış kitab mağazalarında təşkil edirlər. Öz yazarlarının müxtəlif ədəbi mükafatlara layiq görülmələrinin, Rusiyanın qəzet və jurnallarında dərc olunmalarının qeydinə qalırlar. Məşhur "Drujba narodov" jurnalında azərbaycanlı yazarların əsərlərini görən olurmu? Xeyr! Amma başqa millətlər bunun marağındadır.

Bizdə bununla məşğul olan, marağında olan, yazarları yeni-yeni əsərlərə həvəsləndirən, arxasında duracağına əmin edən adamlar yox dərəcəsindədir. Yazıçı demək olar ki, öz ümidinə qalıb".

Tarix
2016.11.02 / 08:45
Müəllif
Faiq Balabəyli
Digər xəbərlər

İlham Əliyev Putinlə ayaqüstü görüşdü - Video

"ŞƏT plyus" formatında yüksək səviyyəli görüş başladı - Canlı

Bu reallığı Ermənistan cəmiyyəti də etiraf edir

Bişkekdə dövlət və hökumət başçılarına ziyafət verildi

Paşinyan Bişkekdə ABŞ senatoru ilə TRİPP-i müzakirə etdi

ŞƏT-ə sədrlik bu ölkəyə keçdi

Azərbaycanla sərhəddə partlayış... – Xəbərdarlıq edildi

ŞƏT sammiti: 30-dan çox sənəd imzalandı

İlham Əliyev Pelleqrinini təbrik etdi

İlham Əliyev “Irıs Ordo” Konqres Mərkəzində... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla