Yuxarı

Onların maskası çoxdan yırtılıb... - Musa

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Onların maskası çoxdan yırtılıb... - Musa

Ədəbiyyatda, bədii mətndə səmimiyyət vacib amildirmi?

Axar.az qələm adamlarının bu suala cavabını təqdim edir:

Yazıçı Şərif Ağayar

"Açığı, mən ədəbiyyatda səmimiyyət adlı ölçü tanımıram. Bir əsərin dəyəri əsla onun səmimiyyəti ilə ölçülə bilməz. Ona qalsa, çoxlu zəif, amma olduqca səmimi mətnlər var, indi biz onları, misal üçün Borxesin sənətkarlıq oyunlarından üstün tutmalıyıq? Səmimiyyət şəxsi məsələdir, dost-qardaş, sevənlər arasında daha cazib görünər. O, başqa məsələ ki, yaxşı səmimi mətnlər də olur. Ancaq o mətnlərin dəyəri səmimilikdən əvvəl sənətkarlığında, bədii-estetik gücündədir. Səmimiyyət bunun üçün sadəcə, vasitə ola bilər".

Şair Musa Ələkbərli

"İnsan səmimiyyəti dil ilə ürək arasındakı məsafə ilə ölçülür. Ürəyində necə fikirləşirsən, dilində necə danışırsan?! Yaşadığımız həyatda səmimi olmayıb səmimi görünməyə çalışanlar çoxdur. Səmimiyyət görüntüsü yaradanlar həmişə son anda öz həqiqi sifətlərini göstərməklə bu görüntünü puça çıxarıblar. "El gözü tərəzidir" axı. Səmimiyyətdən uzaq olanların səmimiyyət maskası həmişə vaxtından əvvəl yırtılıb, gülüş hədəfinə çevrilib. Əsil səmimiyyət insanın şəxsiyyətindən qaynaqlanır. "O, insan bədəninin gözəgörünməz bir üzvüdür", - desəm, bu, bəlkə, kimlərəsə qəribə görünə bilər. Səmimiyyət şəxsin qanından, canından, ruhundan süzülüb gələn duruluqdur, saflıqdır, doğruluq, həqiqət meyarına sadiqlikdir. Adətən yaşadığı dövrün, zamanın diktəsindən ucada dayanan, qorxu və qovğalarından üzüağ çıxan, həyat həqiqətlərini hər şeydən üstün tutan yazıçılar öz əsərlərində səmimi olub. Səmimiyyət bədii əsərin ən ümdə atributudur. Onu geniş oxucu auditoriyası, dinləyici marağı müəyyənləşdirir".

Şair Əlirza Həsrət

"Göz yaşı ürəkdən gəldiyi üçün dərdli insanların da, sevincli insanların da çöhrəsinə çox yaraşır... Şairin, yazıçının səmimiyyəti də ilk sevda kimidir. Oxucunu yerindən oynadır. Gözəl şeirin, yaxşı hekayənin oxucu qəlbində yaratdığı təəssürat - şair səmimiyyətinin, yazıçı mehribanlığının poetik şəklidir".

Şair Məlahət Yusifqızı

"Şeytanın ustalığı o dərəcədə güclü olur ki, onu hər dəqiqə və hər adam tuta bilmir. Bədii əsərdə də belədir. Əsərdə ustalıq varsa, əsər güclüdürsə, yazıçının necəliyini hər oxucu tuta bilmir. Sən özün də ədəbi mühitin içərisindəsən və görünürsən. Əsərlə şəxsiyyət üst-üstə düşə də bilir, düşməyə də. Məncə, əsərin yazılmasında ustalıq şərtdir. Müəllif dili, əsərin yaranma, yəni necə yazılma səbəblərini bilirsə, dünyagörüşünü, yaddaşını tənzimləyə bilirsə, həyatda səmimi oldu, olmadı, güclü əsər yarada bilir".

Jurnalist İlham Tumas

"Açığı, hesab edirəm, hansısa yazıçının mətninin səmimi, ya qeyri-səmimiliyi məsələsi sənətin ən çətin problemlərindən biridir. Məsələn, birinə səmimi görünən mətn digərinə qeyri-səmimi görünə bilər, yaxud əksinə. Bu baxımdan, "filan yazıçı səmimidir, ya yox" sualının cavabı fərdi yanaşma tələb edir".

Tarix
2016.11.03 / 09:18
Müəllif
Faiq Balabəyli
Digər xəbərlər

Paşinyan “tualetdə ölü tapılardın” dedi, işarə etdi - Video

Himayədar ailə institutunun inkişaf etdirilməsi... - Görüş

Azərbaycan onu Hindistana təhvil verdi

Özbəkistan hərbçiləri Bakıya gəldi

Prokurorluğun sorğusu əsasında konstitusiya işinə baxıldı

Erməni qadın: Qarabağ nə vaxt bizim olub ki? - Video

Fransanın bu etirazları zorakılıqla yatırmasından 2 il ötür

Bakı neftinin Yaponiyaya ixracı əlavə imkanlar aça bilər

Peter Pelleqrini Azərbaycana bu tarixdə gələcək

300 min azərbaycanlı Ermənistana qayıdır: Harada yaşayacaqlar?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla