Yuxarı

“Əli və Nino” ilə bağlı beynəlxalq konfrans

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Əli və Nino” ilə bağlı beynəlxalq konfrans

Gələn il Bakıda Qurban Səidin "Əli və Nino" əsərinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək.

Bunu AzərTac-a müsahibəsində AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli deyib.

Akademikin sözlərinə görə, bu barədə Ş.Rustaveli adına Gürcüstan Ədəbiyyat İnstitutunun rəhbərliyi ilə Tbilisidə keçirilən görüşdə razılıq əldə olunub.

Hər iki institutun birgə təşkil edəcəyi tədbirə bir çox ölkələrdən alimlər, filosoflar dəvət olunacaq.

İ.Həbibbəyli deyib: "Azərbaycan və gürcü ədəbiyyatşünasları, mədəniyyət işçiləri konfransa qədər Azərbaycan ilə Gürcüstan arasında dostluq əlaqələrinin inkişafında "Əli və Nino" əsərinin rolu, münasibətlərimizin gələcək inkişafı ilə əlaqədar prioritet istiqamətlər barədə elmi məqalələr, tədqiqat əsərləri hazırlayacaqlar".

Elmi konfransda, həmçinin Azərbaycan və gürcü ədəbiyyatının müstəqillik illərində keçdiyi inkişaf yolu, qazanılan uğurlar barədə də məlumatlar dinləniləcək.

Tarix
2016.11.05 / 22:28
Müəllif
Axar.az
Digər xəbərlər

Məktəbdə hicab müzakirəsi: Maarifçilər nəyin savaşını aparırdı?

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla