Yuxarı

Qansız-qadasız bir inqilab yaşandı... - Talıbzadə

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qansız-qadasız bir inqilab yaşandı... - Talıbzadə

Ötən günləri qaytarmaq olurmu? Əlbəttə ki, yox. Heç nə geri dönmür, ölü dirilmir: əgər biz nəyisə zorla qaytarırıqsa, əvvəlki təsirini itirir. Çay axdı, getdi, vəssalam. Onda nədən bu cür narahat oluruq?

Bu sözləri professor, əməkdar incəsənət xadimi Aydın Talıbzadə Axar.az-ın "Çoxlarına görə, müstəqillik dövrünün ədəbiyyatı yarandıqca, oxucuların sayı azalır. Sizcə, cəmiyyətə sovet dövründəki oxuculuq qabiliyyətini qaytarmaq mümkündürmü" sualını cavablandırarkən deyib. O, suala dünyada baş vermiş əvəzetmə prosesi haqda danışaraq cavab verib:

"Niyə biz həmişə keçmişin arxasınca baxırıq, keçmişi avtomatik olaraq əzizləyirik? Çünki keçmiş bitib, sakitlik və rahatlıq içində uyuyur: orada qorxu, təşviş yoxdur, yalnız xatirələr sırası var və həmin o xatirələr sırası bizim cavanlığımızdır. Gələcəksə müəmmalıdır: gələcək haqqında düşüncələrə təşviş hakimdir: bilinmir ki, sabah nə olacaq. Gələcək əbədi gəlir və gələ-gələ hamıya bir ölüm hədiyyə eləyir. Gələcək öldürə-öldürə gəlir.

Gələcək gəldi və sovet dövrünün kitab oxumaq şakərini öldürdü, hamını, bütövlükdə toplumu götürüb monitorların önünə gətirdi. Söz qiymətdən düşdü: ona inam azaldı. Söz qiymətdən düşəndə isə insan dilemma qarşısında qalır: kitab oxumağına dəyərmi?

Dünyada qansız-qadasız bir inqilab yaşanıb: kitab mədəniyyəti ekran mədəniyyəti ilə əvəzlənib. Bizə deyirdilər, kitab bilik mənbəyidir. İndisə bütün kitablar, bilgilər saytlara, portallara hopdurulub. İnformasiya hər gün su kimi axıb saytlara dolur. Bir anın içində sən Bakıda ola-ola Afrikada, Avstraliyada, Amerikada yaşanan hər dəqiqədən xəbər tutursan. Kitab oxumaqsa aşırı vaxt aparan bir məşğuliyyətdir. Yer üzünün əhalisi çoxaldıqca, texnologiyalar inkişaf etdikcə, diqqəti ovlayan əyləncələrin çeşidi, dəblərin dəyişkənlik intensivliyi artdıqca insanlar dar macala düşürlər. Dar macal isə kitab oxumaq üçün yaramır. Dar macalda insanın dadına noutbuk, ayfon və monitor çatır. Bu reallığı qəbul eləmək lazımdır. Kitab oxuyanda sən ancaq kitab oxuyursan, ekrana baxanda isə həm görürsən, həm eşidirsən, həm oxuyursan. Effekt başqadır, zövq başqadır, həzz başqadır.

Razılaşaq ki, kitab köhnədir, ləngdir və çağdaş insan ömrünü kitabxanalarda çürütməyə meyilli deyil: müasirimiz yalnız özünə, öz işinə gərək olduğu qədərincə kitab oxumaq prinsipinə üstünlük verir. Biz kitab oxuya-oxuya yaşamışıq, kitabla yaşamışıq, kitablara ömür sərf eləmişik, yaşlanmışıq, kitab xəstəliyinə yoluxmuşuq. Mixaylo demişkən, "bu da axırı". İndi bunu cəmiyyətdən tələb eləməkdə haqlıyıqmı? Həyatı kitab oxumağa xərcləmək doğrumu? Zənn edirəm ki, Sizin sualınız da köhnə düşüncədən qaynaqlanıb.

Hətta bir gün Şəms Təbrizi Mövlanənin əlindən min bir əziyyətlə tapdığı kitabı alıb çarhovuza atır və deyir ki, kitabı tulla, həqiqəti ürəyinin gözü ilə gör; yəni təkcə beyin çalışmaları ilə irfana yetə bilməzsən. Kitab vasitədir, məqsəd deyil. O qədər savadlı adamlar var ki, amma heç cür müdrikliyə çatmayıb. Kitab oxumaq ruhu məşq elətdirmək, ruhu çalışdırmaq deməkdir. Gərək ruh çalışsın ki, insan işıqlansın. Ancaq bu işdə zor olmaz, şüarçılıq yaramaz. Kitab oxumaq ruhun, qəlbin istəyi ilə olanda insanı zərrə-zərrə kamilləşdirə bilər. Ona görə də bu gün kitab oxumaq hər adamın fərdi seçimidir və bu işi kütləviləşdirmək, cəmiyyətdə oxuculuq qabiliyyəti axtarmaq mənasız bir əyləmdir. Yadda saxlayın: kitab oxumaq fərdi seçimdir və seçilmişlərə əta edilmiş bir lütfdür. Əgər tarixin mədəniyyət olaylarına bir qədər daha analitik yanaşsaq, görəcəyik ki, bu, hər zaman belə olub: kitablar peyğəmbərlərə göndərilib, hər adama yox..."

Tarix
2016.11.11 / 08:45
Müəllif
Axar.Az
Digər xəbərlər

Paşinyan “tualetdə ölü tapılardın” dedi, işarə etdi - Video

Himayədar ailə institutunun inkişaf etdirilməsi... - Görüş

Azərbaycan onu Hindistana təhvil verdi

Özbəkistan hərbçiləri Bakıya gəldi

Prokurorluğun sorğusu əsasında konstitusiya işinə baxıldı

Erməni qadın: Qarabağ nə vaxt bizim olub ki? - Video

Fransanın bu etirazları zorakılıqla yatırmasından 2 il ötür

Bakı neftinin Yaponiyaya ixracı əlavə imkanlar aça bilər

Peter Pelleqrini Azərbaycana bu tarixdə gələcək

300 min azərbaycanlı Ermənistana qayıdır: Harada yaşayacaqlar?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla