Yuxarı

Elmira Kərimi 32 yaşında dünyasını dəyişdi

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elmira Kərimi 32 yaşında dünyasını dəyişdi

Güney Azərbaycan çağdaş ədəbiyyatının müasir üslubda yazan gənc türk şairi Elmira Kərimi 32 yaşında dünyasını dəyişib.

Axar.az xəbər verir ki, onun ölümünə bir müddətdir mübarizə apardığı xərçəng xəstəliyi səbəb olub.

1984-cü ilin 26 fevralında İranın Qərbi Azərbaycan vilayətinin Səlmas şəhərində anadan olan Kərimi Həmədan Universitetinin Kitabxanaçılıq fakültəsini bitirib. Elmira Azərbaycan türkcəsində şeirləri ilə ədəbiyyatsevərlərin diqqətini çəkib. Yaradıcılığının əsas mövzuları qadın hüquqsuzluğu və dünya hadisələri ilə insan varlığının qarşılaşdırması olub.

32 yaşında dünyasını dəyişən gənc şairənin son şeirini təqdim edirik:

***

Bizdən sonra dünya necə olacaq?

Heç bilmirəm günəş hər səhər doğacaq yenidən?

Yaşamla doludur hər yer,

Bir tək bizik qaranlıqlar içində.

Dərin bir yuxuya gömülüb

Unudulmağa tapşırılacağıq həyatın içində.

Tarix
2016.11.17 / 16:05
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla