Yuxarı

Akademik Kamal Abdullanın kitabı çap olundu

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Akademik Kamal Abdullanın kitabı çap olundu

Akademik Kamal Abdullanın "Azərbaycan dili sintaksisinin nəzəri problemləri" kitabı təkmilləşdirilmiş formatda yenidən çap olunub.

Kitab Azərbaycan dilçilik elmində mövcud olan bir sıra problemlərin həlli, xüsusən dilçiliyin sintaksis bölməsinin predmeti olan cümlə quruluşu, cümlə üzvləri arasındakı münasibət, sadə və mürəkkəb cümlənin xüsusiyyətləri haqqında dərin dilçilik araşdırmalarını özündə əks etdirir.

Axar.az xəbər verir ki, monoqrafiyada Azərbaycan dili sintaksisinin indiyə qədər tədqiqat obyekti olmamış bir sıra nəzəri və eyni zamanda bəzi praktik məqamları təhlil obyekti seçilib. Müəllif öz mülahizələrini üç sintaktik vahidin – sadə cümlənin, mürəkkəb cümlənin və mürəkkəb sintaktik bütövün öyrənilməsi üzərində qurur. Onları bir-birinə bağlayan izomorfizm prinsiplərinə əsasən, bu vahidlərə bütöv bir sintaktik baxış müəyyənləşdirir. Monoqrafiyada sadə cümlənin monopredikativ quruluşu, aktual üzvlənmə, mürəkkəb sintaktik bütöv, onun sərhədləri, kompozisiyası, tərkibi, tədqiqinin əsaslandırılması və başqa problemlər Azərbaycan dilçiliyində ilk dəfə olaraq geniş sistemli sintaktik təhlilə cəlb olunub.

Kitab 3 böyük hissədən və hər hissə ayrı-ayrı fəsillərdən ibarətdir. Birinci hissənin birinci fəslində Azərbaycan dilində cümlənin quruluşunun təşəkkül tarixi "Kitabi-Dədə Qorqud" dastanının dilindən başlayaraq XX əsr ədəbi dilimizin ədəbi-bədii nümunələri əsasında izlənilmiş, alınan elmi nəticələr dünya dillərində cümlənin təşəkkül tarixi kontekstində şərh olunmuşdur.

Digər iki hissədə isə uyğun olaraq dilimizdə mürəkkəb cümlənin müxtəlif aspektlərdən təhlili verilir və mürəkkəb sintaktik bütöv – mətn tədqiqat obyekti kimi nəzərdən keçirilir. Monoqrafiyanın nəticə bölməsində hər 3 hissədə gəlinən elmi nəticələr sistemləşdirilir, dildə həm sadə və mürəkkəb cümlə, həm də mətn səviyyəsində baş verən təşəkkülün bir-biri ilə sıx bağlı və paralel proses olduğu göstərilir.

Kitab Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən ali məktəblər üçün dərs vəsaiti kimi təsdiqlənmişdir.

Tarix
2016.11.19 / 16:09
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Rusiya iqlim dəyişikliyini müzakirə etdi

Azərbaycanla sıx əlaqələrimiz var - Kobaxidze

Araz Ağalarov dövlət şirkətini məhkəməyə verdi

İlham Əliyev Sisini təbrik etdi

Azərbaycanın sədrliyi ilə növbəti mötəbər iclas keçirildi

Berlində təxribat cəhdi: Hədəf Azərbaycan idi!

Məxfi məlumatların mübadiləsi ilə bağlı saziş imzalandı

Gürcüstan Azərbaycandan bu məhsulun idxalını 9 dəfə artırdı

Lavrov Bayramova şikayətləndi, ardınca Rusiya bunu etdi...

Bakıdakı gizli görüşlə bağlı Kremldən açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla