Yuxarı

Kamal Abdullanın Türkiyədə yeni kitabı çap olundu

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kamal Abdullanın Türkiyədə yeni kitabı çap olundu

Görkəmli Azərbaycan yazıçısı Kamal Abdullanın “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi” romanlarından sonra bu trilogiyanın sonuncu romanı “Unutmağa kimsə yox...” (Kemal Abdulla. “Unutmağa kimse yok...”, Ankara 2016) da Türkiyənin məşhur “Bengü” nəşriyyatında nəşr edilib.

Axar.az xəbər verir ki, bir müddət əvvəl Moskvada işıq üzü görən bu roman indi türk oxucusuna nəfis tərtibatda təqdim edilib. Romanı türk dilinə çevirən və ön sözün müəllifi İstanbul Yedditəpə Universitetinin dosenti Arif Acaloğludur.

Kitabın ön sözündə roman müxtəlif aspektlərdən təhlil olunur, oxucuya romanı daha dərindən anlaması üçün ipucları verilir. Arif Acaloğlu bu romanı dil sərhədlərini aşan və yalnız alternativ təhlillərlə qavranıla bilən kitab kimi dəyərləndirir.

Kitabın üzündə Azərbaycanın ən uca zirvəsi olan Bazardüzünün şəkli yer alıb. Kitabın arxa üzündə Kamal Abdullanın ədəbi və elmi fəaliyyəti, əsərlərinin tərcümə olunduğu dillər, nəşr olunduğu ölkələr haqda məlumat əksini tapıb.

Tarix
2016.12.14 / 13:30
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla